Məhkəmə qərarları › İş №3(011)-8724/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8724/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8724/2025 27.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs QSC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXMnin 539.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, elektron əmək müqavilələrinə keçid etmək üçün Şəxs QSC-yə 3-17-5/2-73400/2025 nömrəli xx.xx.2025-ci il tarixli göstəriş xarakterli məktub göndərilmişdir, lakin işəgötürən tərəfindən həmin göstəriş xarakterli məktubda tələb olunan elektron sənəd formasına keçirilmə halı təmin edilməmişdir. “Əmək və Məşğulluq" altsisteminə baxış zamanı Kayton QSC tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Bununla bağlı 07 oktyabr 2025-ci il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O, bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən bildirilir ki, “Əmək və Məşğulluq" altsisteminə baxış zamanı Kayton QSC tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Bu səbəbdən həmin müqavilələrin elektron sənəd formasına keçirilməsinin təmin edilməsi məqsədilə X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Kayton QSC-nin ünvanına 3-17-5/2-73400/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərildiyi, ancaq həmin məktubun icrasının təmin edilmədiyi qeyd edilir. Qeyd edilənlərlə bağlı bildirir ki, sözügedən işlə bağlı X3 Xidməti tərəfindən göndərilmiş məktubun nömrəsi və tarixi araşdırılmışdır. Belə ki, məktub KAYTON QSC-yə rəsmi qaydada təqdim olunmamışdır. Məktubun rəsmi qaydada alınması ilə bağlı hər hansı qəbz sənəd siyahısına əlavə olunmadığından müvafiq poçt şöbəsi ilə əlaqə yaradıb belə bir məktubun mövcudluğu ilə bağlı məlumat əldə etmək də mümkün olmamışdır. Bununla yanaşı, məktubda nömrə və tarix əl yazısı ilə yazılmış, imza hissədə isə ümumiyyətlə, imza və yaxud da elektron imza (QR) qeyd edilməmişdir. Halbuki, Müfəttişliyin Məhkəməyə göndərdiyi sənədlər rəsmi blankda və səlahiyyətli şəxsin imzası ilə təqdim olunmuşdur. Bununla yanaşı məktubda icranın təmin olunmaması səbəbindən İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 10:30-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 4 saylı Bakı Dost Mərkəzinə və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetə daxil edilmiş ZOOM platforması linki üzərindən) Kayton QSC-nin dəvət edildiyi qeyd olunur. Lakin KAYTON QSC-nin ƏMAS şəxsi kabinetinə Müfəttişlik tərəfindən heç bir dəvət məktubu və ya ZOOM linki daxil olmamışdır (ƏMAS şəxsi kabinetinin ekran görüntüsünü qoşma edilir). Qeyd edilməlidir ki, Müfəttlişlik tərəfindən real vaxt rejimində tərtib edilməyən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında protokol Kayton QSC-nin iştirakı olmadan hazırlanmışdır. Eyni zamanda protokolda KAYTON QSC-yə xx.xx.2025-ci il tarixində göstəriş xarakterli məktub göndərildiyi də qeyd olunur. Hansı ki, həmin məktub da KAYTON QSC-yə gəlib çatmamış və çatması barədə də hər hansı təsdiqedici sənəd də əlavə edilməmişdir. Bu da İXM 539.1-1-in şərtlərinin pozulmasıdır. Çünki həmin maddədə qeyd edilir ki, ".... norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi". KAYTON QSCyə belə bir göstəriş daxil olmadığından həmin göstərişin icrası da mümkün olmamışdır. Nəzərdə tutulan hallar prosedur qaydalarının pozulmasıdır və inzibati icraatın şəffaflığına, obyektivliyinə və qanuniliyinə şübhə yaradır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs QSC-yə ünvanlanmış icrası məcburi göstərişdən görünür ki, “Əmək və Məşğulluq" altsisteminə baxış zamanı Kayton QSC tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Bu səbəbdən həmin müqavilələrin elektron sənəd formasına keçirilməsinin təmin edilməsi məqsədilə X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Kayton QSC-nin ünvanına 3-17-5/2-73400/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərildiyi, ancaq həmin məktubun icrasının təmin edilmədiyi qeyd edilmişdir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, nümayəndənin izahatını dinləyib, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Hüquqi şəxs Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs QSC tərəfindən 3-17-5/2-73400/2025 nömrəli xx.xx.2025-ci il tarixli göstəriş xarakterli məktubda qeyd olunan tələblərin təmin edilməməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 07 oktyabr 2025-ci il tarixli MN ******* saylı protokol tərtib etmişdir. Lakin səlahiyyətli orqan tərəfindən göstəriş xarakterli məktubun hüquqi şəxs Şəxs QSC-yə göndərilməsini və çatdırılmasını təsdiq edən xəbərnamə və ya digər mötəbər sübutlar iş materiallarında olmamış, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməyərək zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Bununla da, yuxarıda götərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs QSC-yə göstəriş xarakterli məktubun çatdırılmasını təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadan hüquqi şəxs Şəxs QSC-nin barəsində əsassız olaraq 07 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Hüquqi şəxs Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar