Məhkəmə qərarları › İş №3(011)-8728/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8728/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8728/2025 27.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs nümayəndəsi və vəkili «De Fendo» Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, Fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə 24 sentyabr 2025-ci il tarixli, 14000-02394/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmiş 14000-00952/25 nömrəli material barəsində, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən xx.xx.2025-ci tarixli, 3-33/2-014337/2025 nömrəli məktub ilə daxil olmuş, 3-33/1- 014495/2025 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın icrası ilə əlaqədar Gürcüstan vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə materiallar Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Gürcüstan vətəndaşı Şəxs Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə deyil, İXM-nin 481-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqpozma faktını törətmişdir. Belə ki, İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsi məsuliyyətə səbəb olur. Gürcüstan vətəndaşı Şəxs tərəfindən nəqliyyat vasitəsini gömrük sərhədindən keçirərkən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən hərəkətlər edilməmiş, gömrük sərhədindən keçərkən gömrük orqanlarına digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim etmiş, beləliklə İXM-nin 481-ci maddəsi ilə nəzərdə tutulan hüquqpozma faktını törətmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi və vəkili «De Fendo» Vəkil bürosunun vəkili Vəkil təmsil etdiyi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X2 icraatında olan 3-33/1- 014495/2025 nömrəli material üzrə qəbul olunmuş "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 29 avqust 2025-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən hüquqlarını müdafiə etdiyim Gürcüstan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti zəruri sənədlərlə birlikdə Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və X4 bölməsinə göndərilmişdir. Sözügedən Qərarın təsviri hissəsinə əsasən İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X2 gəldiyi nəticəyə görə Gürcüstan vətəndaşı Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdiyi nəqliyyat vasitəsini düzgün bəyan etmədiyinə görə, yəni gömrük orqanlarının Azərbaycan Respublikası Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi sənədlərdə düzgün olmayan məlumatları göstərərək İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sözügedən qərarda qeyd olunanların qanuni və sübut əhəmiyyəti kəsb etməyən əsassız faktlara söykəndiyini müəyyən etdiyimizə görə hüquqlarını müdafiə etdiyim Gürcüstan vətəndaşı Şəxs əməlində inzibati xəta tərkibinin olmadığı qənaətinə gələrək, Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və X4 bölməsi tərəfindən aparılan 14000-02394/2025 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün vəsatət vermişdik və vəsatətimiz rədd edilmişdir. Daha sonra hüquqlarını müdafiə etdiyi Gürcüstan Respublikasının vətəndaşı Şəxs barəsində icraatı aparılan 14000-02394/2025 nömrəli inzibati xəta haqqında iş üzrə yol verilmiş çoxsaylı prosessual pozuntuların mövcud olması, təqdim etdiyimiz vəsatətdə qaldırılan məsələlərə dair obyektiv mövqe sərgilənməyərək qanunamüvafiq qərarın qəbul ediləcəyinə dair əsaslı şübhələrimizin formalaşması, habelə müdafiə hüququmuzun kobud sürətdə pozulduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən qeyd olunan inzibati xəta haqqında işin baxılması üçün Bakı şəhərində müvəqqəti qeydiyyatda olduğu və yaşadığı yer üzrə (Bakı şəhəri, Xətai rayonu, Levanevski küçəsi, NZS y/sahəsi, ev 6C), yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatət təqdim etmişik, vəsatətimiz təmin olunaraq material baxılması üçün məhkəməyə göndərilmiş və Sizin icraatınızdadır. İcraatınızda olan hazırki iş üzrə inzibati xəta haqqında protokoldan aşağıdakı səbəblərə görə razı deyilik və aşağıda sadaladığımız səbəblərdən inzibati xətalar qanunvericiliyinin hüquqtətbiqetmə normaları əsasında işin qiymətləndirilməsi və bunun da nəticəsi olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini Sizdən xahiş edir: 1) İlk öncə vurğulamaq istərdik ki, İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X3 icraatında olan 3-33/1-014495/2025 nömrəli material üzrə icraat apararkən qüvvədə olan prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmuş və toplanmış materiallarla sübut olunmayan məsələyə dair qanunsuz qərar qəbul etmişdir. Belə ki, sözügedən materiallarla təsdiq olunur ki, hüquqlarını müdafiə etdiyi Gürcüstan vətəndaşı Şəxs tərəfindən qüvvədə olan Gömrük Məcəlləsinin müddəalarına əsasən tələb olunan bütün sənədlər gömrük sərhədini keçərkən gömrük orqanına düzgün bəyan edilmiş və idarə etdiyi nəqliyyat vasitəsinin də gömrük nəzarətinə təqdim olunarkən gömrük nəzarətini həyata keçirən gömrük əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinin bəyan olunan nəqliyyat vasitəsilə uyğunsuzluğuna dair hər hansı bir şübhəli məqam aşkar olunmamış və gömrük xidmətinin X1 Sistemində də "Mercedes Traveqo 17SHD A" markalı ME-555-TN dövlət qeydiyyat nişanlı avtobusun xx.xx.2024-cü il tarixdə Gürcüstana apardığına dair qeydiyyat aparılmışdır. Müstəntiqin digər bir qənaətinə əsasən həmin avtobusun zahiri görünüşünə görə "Mercedes Traveqo 17SHD A" markalı avtobus deyil, "Mercedes-Benz C457 İran Khodro" markalı avtobus olduğu vurğulanmış, lakin bu halı hər hansı bir mötəbər sübut əhəmiyyəti kəsb edən rəsmi faktlarla sübuta yetirə bilməmişdir. Belə olan halda sual doğurur ki, əgər müstəntiq gəldiyi nəticədə haqlıdırsa, o zaman hansı səbəbdən sözügedən avtobus xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının gömrük sərhədindən kənara aparılarkən gömrük orqanlarının rəsmi informasiya sistemi olan gömrük xidmətinin X1 Sistemində məsul gömrük orqanının vəzifəli şəxsi tərəfindən avtobusun "Mercedes- Benz C457 İran Khodro" markalı kimi deyil, məhz "Mercedes Traveqo 17SHD A" markalı olduğu barədə qeydiyyat aparılmışdır və bu halı da rəsmi elektron qeydiyyat sistemi vasitəsilə təsdiq etmişdir? Bu sualın cavabı əslində çox sadədir, çünki iş materiallarında olan bütün rəsmi sənədlərlə, habelə Gürcüstan Gəlirlər Xidmətinin rəsmi məktubuna əsasən də təsdiq olnmuşdur ki, "Mercedes Traveqo 17SHD A" markalı ME-555-TN dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2020-ci il tarixdə Gürcüstandan Azərbaycan Respublikasına gətirilmiş və xx.xx.2024-cü il tarixdə də geriyə-Gürcüstana qaytarılmışdır. 2) Eyni zamanda Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X3 3-33/1- 014495/2025 nömrəli material üzrə icraat apararkən xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində gömrük əməkdaşları tərəfindən saxlanılmış 2005-ci il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli, **-FA-*** dövlət qeydiyyat nişanlı avtobusun 2006-cı il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, NMB**********2734 şassi nömrəli, ME-555-TN dövlət qeydiyyat nişanlı avtobus olduğunu sübut edə bilməmiş, əksinə iş üzrə təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-3/128 9/815/2025 nömrəli ekspert rəyi ilə sübut olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim olunan "Mercedes Traveqo 17SHD A" markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtobusun **********651 şassi nömrəsi ilə ban nömrəsini bildirən rəqəmlər kustar yollarla deyil, məhz zavod üsulu ilə həkk edilmişdir. Bu halın əksini sübut etməyə çalışan müstəntiq X3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ayaz Namazovdan izahat alaraq ekspert rəyinin şübhə altına alınması üçün səy göstərməyə çalışsa da, ekspertin cavabında yenə də həmin ban nömrəsinin məhz zavod üsulu ilə həkk olunması təsdiqlənmişdir. Belə olan halda bu cavab ilə də qane olmayan və bununla kifayətlənməyən müstəntiq izahat verən ekspertə məqsədli şəkildə şassi nömrəsinin zavod üsulu ilə həkk edilməsini şübhə altına ala biləcək istiqamətli müxtəlif suallar verərək ekspert rəyinin mübahisələndirilməsinə dair səy göstərmiş və bu kimi qanunauyğun olmayan suallarının da məcbur cavablandırılması məcburiyyətində qalan ekspertdən sadəcə ehtimal əsaslı fikirlərə əsaslanan banın üzərində mövcud olan qaynaq izlərinın nəticəsində bu kimi halın baş verə biləcəyinə dair fikirlərin bildirilməsinə nail olmuşdur. 3) Bundan başqa fakt üzrə toplanmış bütün sorğular nəticəsində, xüsusən də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-134446 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli, **-FA-*** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2024-cü il tarixdən qeydiyyatdadır və bununla da təsdiq olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində gömrük əməkdaşları tərəfindən saxlanılmış 2005-ci il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli, **-FA-*** dövlət qeydiyyat nişanlı avtobus Azərbaycan Respublikasının qüvvədə olan və bu sahəni tənzimləyən bütün qanunvericilik aktlarına əsasən Azərbaycan Respublikasında tam qanuni qaydada qeydiyyata alınmış nəqliyyat vasitəsidir və ona dair verilmiş sənədlər də qanunauyğun verilmişdir. Məhz bu səbəbdən də material üzrə icraat aparan müstəntiqin qərarında hüquqlarını müdafiə etdiyim şəxs tərəfindən hər hansı bir saxta və ya digər formada orijinallığı şübhə altına alına biləcək sənədlərin gömrük orqanına bilavasitə təqdim olunması faktı sübuta yetirilməmişdir. 4) Sözügedən araşdırmanın qanunauyğun aparılmamasının digər təkzibolunmaz sübutu da ondan ibarətdir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X3 3-33/1-014495/2025 nömrəli material üzrə icraat apararkən belə qənaətə gəlmişdir ki, Gürcüstan vətəndaşı Mekhdievi Aphıg tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinin tələbləri pozulmuş və məhz bu səbəbdən də onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiqi tətbiq olunması üçün toplanmış materiallar Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə göndərilmişdir. Material ilə tanış olan Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı Səlmi Zeynalova bunun qanunauyğun olmadığını özünün tərtib etdiyi 14000- 02394/25 nömrəli inzibati xəta haqqında protokolu ilə sübut etmişdir. Belə ki, 14000- 02394/25 nömrəli inzibati xəta haqqında protokolu tərtib edən böyük təhqiqatçı həmin protokolda qeyd etmişdir ki, "Araşdırma zamanı müəyyən edilmişdir ki, Gürcüstan vətəndaşı Şəxs Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə deyil, İXM-nin 481ci maddəsi ilə nəzərdə tutulmuş hüquqpozma faktını törətmişdir. Belə ki, İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsi məsuliyyətə səbəb olur. Gürcüstan vətəndaşı Mekhdievi Aphıq tərəfindən nəqliyyat vasitəsini gömrük sərhədindən keçirərkən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən hərəkətlər edilməmiş, gömrük sərhədindən keçərkən gömrük orqanlarına digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim etmiş, beləliklə İXM-nin 481-ci maddəsi ilə nəzərdə tutulan hüquqpozma faktını törətmişdir. Malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda)." Lakin bununla belə, Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı Səlmi Zeynalovanın bu kimi qənaətə gəlməsi də qanunauyğun olmamışdır. Qeyd olunan halda isə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X2 3-33/1-014495/2025 nömrəli materialı olmuş və həmin material üzrə də müstəntiqin gəldiyi nəticə Gürcüstan vətəndaşı Mekhdievi Aphıg tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinin tələblərinin pozulması olmuşdur. Göründüyü kimi, Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı Səlmi Zeynalova sözügedən inzibati xəta haqqında protokolda müstəntiqin gəldiyi nəticənin əsassız olduğunu bilavasitə müəyyən etmiş və bunu özünün tərtib etdiyi 14000-02394/25 nömrəli inzibati xəta haqqında protokol ilə də sübut etmişdir. Belə olan halda inzibati xətalar qanunvericiliyinin tələblərinə əsasən Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı Səlmi Zeynalova sözügedən inzibati xəta haqqında iş üzrə icraat apararkən əməli digər maddəyə tövsif etməli deyil, məhz İXM-nin 99.5-ci maddəsinin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün əsas olan materialların əsassız olması səbəbindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul etməli idi. Çünki Gürcüstan vətəndaşı Mekhdievi Aphıgin İXM-nin 481-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta faktına görə məsuliyyətə cəlb olunması üçün 3-33/1-014495/2025 nömrəli materialda hər hansı bir rəsmi sübut əhəmiyyəti kəsb edən sənədlər müəyyən olunmamış, Şəxs gömrük sərhədindən keçərkən gömrük orqanlarına məhz hansı digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlərin təqdim olunması rəsmi sənədlərlə müəyyən edilməmişdir. Sözügedən halda isə, Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı X7 Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X2 3-33/1-014495/2025 nömrəli material üzrə əsassız nəticəyə gəlməsini müəyyən etsə də, İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozmaqla sözügedən əsassız icraatı davam etmişdir. 5) Bundan əlavə Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı Səlmi Zeynalova tərtib etdiyi 14000-02394/25 nömrəli inzibati xəta haqqında protokolda qeyd etmişdir ki, "Bu fakt Raport, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən xx.xx.2025-ci tarixli, 3-33/2-014337/2025 nömrəli məktub ilə daxil olmuş, 3-33/1-014495/2025 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar, ekspert rəyi və işdə olan digər sənədlər ilə təsdiq edilir." Halbuki 3-33/1-014495/2025 nömrəli materialda mövcud olmaqla istinad edilən ekspert rəyində heç bir təsdiqedici sübut əhəmiyyəti kəsb edən hallar mövcud olmamışdır. 6) Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Lakin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı Səlmi Zeynalovanın tərtib etdiyi 14000-02394/25 nömrəli inzibati xəta haqqında protokolda isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5.4-cü maddəsinin tələbləri pozulmaqla inzibati xətanın harada və nə vaxt törədilməsi ümumən qeyd olunmamışdır. Bu hal təəccüblü də deyil, çünki yuxarıda qeyd etdiyimiz kimi, Əməliyyat-istintaq Baş İdarəsinin İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X2 icraatında olan 3-33/1- 014495/2025 nömrəli material üzrə də bu fakt müəyyən edilə bilməmişdir. 7) Xüsusən, 27 yanvar 2025-ci ildə DGK-nin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində aparılmış ilkin yoxlama nəticəsində **-FA-*** dövlət nömrə nişanlı "Mercedes Travego 17SHD A" markalı avtobusun qeydiyyat şəhadətnaməsində şassi/ban nömrəsində uyğunsuzluq müəyyən edildiyindən gömrük sərhədindən keçirilməsi üçün hüquq verən sənədin saxtalaşdırılması şübhəsi əsasında DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılmaqla toplanmış materiallar istintaq aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi məqsədilə AR Baş Prokurorluğundan NBPİ-nə daxil olmuş və faktla bağlı aparılmış araşdırma üzrə NBPİ İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Sərdar Rüstəmov tərəfindən "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 08 oktyabr 2025-ci il tarixli qərar qəbul edilmişdir. NBPİ İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Sərdar Rüstəmov cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 oktyabr 2025-ci il tarixli qərarı qəbul edərkən ona istinad etmişdir ki, AR ƏN MEM-nin 3-16-16/2-3/128-9/815/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, təqdim edilmiş "Mercedes Traveqo 17SHD A" markalı, **- FA-*** dövlət nömrə nişanlı avtobusun "**********3651" ban nömrəsini bildirən rəqəmlər zavod üsulu ilə həkk edilmişdir. Lakin ban nömrəsi həkk edilmiş detalın (metal lövhənin) birləşən sahəsində qaynaq izi müşahidə edilir. Həmin detal avtobusun təmiri zamanı da qaynaq oluna bilər. Bu səbəbdən də konkret olaraq ban nömrənin dəyişdirilibdəyişdirilməməsini müəyyən etmək mümkün deyildir. Həmçinin araşdırma üzrə müəyyən edilmişdir ki, "Mercedes Traveqo 17SHD A" markalı, ME-555-TN qeydiyyat nişanı olan NMB**********2734 şassi/ban nömrəli nəqliyyat vasitəsi ölkə ərazisinə 13 mart 2020-ci il tarixdə qanuni əsaslarla müvəqqəti qaydada gətirilmişdir. Beləliklə araşdırılan bütün digər hallara əsasən və CPM-nin 21, 39.1.1, 41.1, 145.3 maddələrinə istinadən cinayət işinin başlanması rədd edilmişdir (qərar əlavə edilir). 8) Bundan başqa, həmin məqam hazırki iş üzrə icraata birbaşa xitam verilməsi üçün əsasdır. Belə ki, işin materiallarında olan Gömrük Xidmətinin X1 sistemindən çıxarılmış və avtobusun şəkli olan məlumatda "Mercedes-Benz Traveqo 17SHD" markalı, ME-555TN nömrə nişanı olan avtobusun sürücüsü qismində Gumbatov Ganbar qeyd olunmuşdur. Göründüyü kimi gömrük xidməti qarşısında birbaşa məsuliyyəti həmin şəxs daşıdığı halda ümumiyyətlə Gumbatov Ganbar icraata cəlb edilməmişdir. Beləliklə Gömrük Xidmətinin X1 sistemindən çıxarılmış məlumatlara müstəntiq və təhqiqatçı tərəfindən diqqət yetirilməmiş və həmin hallar araşdırılmamış və hüquqlarını müdafiə etdiyi şəxs barəsində qanunsuz və əsassız prosedur aparılmışdır. 9) Hazırki iş üzrə icraata birbaşa xitam verilməsi üçün digər bir məqam da odur ki, DYP-dən verilmiş cavab məktubunda "Mercedes Benz Traveqo17SHD A" markalı **-FA-*** qeydiyyat nişanı olan avtobusla bağlı "Qeyd" sətirində göstərilmişdir: "BDYΡ 3- 13-161/2-48958/2024 MERC.BENZ-C457 modelindən AV.İ və T.Ş. 3-13-5/2- 7636/2024 ŞASSİ QİZ ÜSULU İLƏ VURULUB". Göründüyü kimi DYP tərəfindən verilmiş məlumatdan bir daha görünür ki, "Mercedes Benz Traveqo17SHD A" markalı avtobus MERC.BENZ-C457 modelindən çevrilmişdir və ME-555-TN nömrə nişanlı avtobusla əlaqəsi olmadığı bir daha öz təsdiqini tapır. 10) Yuxarıda qeyd olunanlardan göründüyü kimi toplanmış materiallarda çoxsaylı prosessual pozuntulara yol verilməsinə dair təqdim etdiyimiz mötəbər əhəmiyyətli sübutlar mövcuddur. Ona görə də hesab edirik ki, gömrük orqanı tərəfindən təqdim olunan "sübut" istinadları qanunvericiliyin tələblərinin pozulması yolu ilə əldə olunduğuna görə həmin "sübutlar" İXM-nin 76.2-ci maddəsinə əsasən sübut əhəmiyyəti daşımır və həmin sübutlardan istifadə edilməsinə yol verilmir. 11) Beləliklə, hazırki vəsatətlə tam sübuta yetirilir ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin nə 481, nə də 482-ci maddələrinin tələbləri qətiyyən pozulmamış və onun tərəfindən sözügedən inzibati xətanın törədilməsi heç bir rəsmi sənədlərlə sübut edilməmiş, əksinə gömrük orqanı tərəfindən aparılmış araşdırma tamamilə əsassız, qanunsuz olmaqla gəldikləri nəticə hər hansı mötəbər sübutla təsdiqini tapmamışdır. 12) Yuxarıda qeyd olunduğu kimi toplanmış materiallarda çoxsaylı prosessual pozuntulara yol verilməsinə dair təqdim etdiyi mötəbər əhəmiyyətli sübutlara əsasən, habelə gömrük orqanı tərəfindən təqdim olunan "sübut" istinadlarının da qanunvericiliyin tələblərinin pozulması yolu ilə əldə olunduğuna görə həmin "sübutlar" İXM-nin 76.2-ci maddəsinə əsasən sübut əhəmiyyəti daşımır və həmin sübutlardan istifadə edilməsinə yol verilmir. Məhz bu səbəbdən və toplanmış materiallarla tam sübut olunur ki, iş üzrə aparılan icraat zamanı və onun da nəticəsinə müvafiq olaraq qəbul olunmuş "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 29 avqust 2025-ci il tarixli Qərarda xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində gömrük əməkdaşları tərəfindən saxlanılmış 2005-ci il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli, **-FA-*** dövlət qeydiyyat nişanlı avtobusun 2006-cı il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, NMB**********2734 şassi nömrəli, ME-555-TN dövlət qeydiyyat nişanlı avtobus olduğunu sübut edə biləcək heç bir sübut əhəmiyyətli hallar müəyyən edilməmiş, yalnız fikir və mülahizələrə, hətta dolayı sübut əhəmiyyəti də daşımayan "faktlarla" əsaslanmaqla saxlanılan avtobusun guya ki, dəyişdirilməsi qənaətinə gəlinmiş, Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı Səlmi Zeynalova da bu halları faktiki olaraq müəyyən etməsinə baxmayaraq hüquqlarını müdafiə etdiyim Gürcüstan vətəndaşı Mekhdievi Aphıg barəsində qanunsuz olaraq əsassız inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə, hazırki vəsatətimizlə tam sübuta yetirilir ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2 və ya 481-ci maddələrinin tələbləri qətiyyən pozulmamış və onun tərəfindən sözügedən inzibati xətaların törədilməsi heç bir iş materialları ilə sübut edilməmişdir, çünki fakt üzrə inzibati xəta hadisəsi mövcud olmadığına görə Gürcüstan vətəndaşı Mekhdievi Aphıgin əməlində də inzibati xəta tərkibi olmamışdır. Odur ki, Gürcüstan vətəndaşı Şəxs barəsində Aksizli mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən icraatı aparılmış 14000-02394/2025 nömrəli inzibati xəta haqqında iş üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli 14000-02394/25 nömrəli inzibati xəta haqqında protokolun ləğv olunaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X5 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 24 sentyabr 2025-ci il tarixli, 14000- 02394/25 nömrəli protokoldan görünür ki, Gürcüstan vətəndaşı Şəxs Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə deyil, İXM-nin 481-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqpozma faktını törətmişdir. Belə ki, İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsi məsuliyyətə səbəb olur. Gürcüstan vətəndaşı Şəxs tərəfindən nəqliyyat vasitəsini gömrük sərhəddindən keçirərkən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən hərəkətlər edilməmiş, gömrük sərhədindən keçərkən gömrük orqanlarına digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim etmiş, beləliklə İXM-nin 481-ci maddəsi ilə nəzərdə tutulan hüquqpozma faktını törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 481-ci maddəsinə əsasən, Malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin çıxışını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X3 3-33/1- 014495/2025 nömrəli material üzrə icraat apararkən xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində gömrük əməkdaşları tərəfindən saxlanılmış 2005-ci il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli, **-FA-*** dövlət qeydiyyat nişanlı avtobusun 2006-cı il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, NMB**********2734 şassi nömrəli, ME-555-TN dövlət qeydiyyat nişanlı avtobus olduğunu sübut edə bilməmiş, əksinə iş üzrə təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-3/128 9/815/2025 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan "Mercedes Traveqo 17SHD A" markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtobusun **********651 şassi nömrəsi ilə ban nömrəsini bildirən rəqəmlər kustar yollarla deyil, məhz zavod üsulu ilə həkk edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-134446 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli, **-FA-*** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2024-cü il tarixdən qeydiyyatdadır və bununla da təsdiq olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində gömrük əməkdaşları tərəfindən saxlanılmış 2005-ci il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli, **-FA-*** dövlət qeydiyyat nişanlı avtobus Azərbaycan Respublikasının qüvvədə olan və bu sahəni tənzimləyən bütün qanunvericilik aktlarına əsasən Azərbaycan Respublikasında tam qanuni qaydada qeydiyyata alınmış nəqliyyat vasitəsidir və ona dair verilmiş sənədlər də qanunauyğun verilmişdir. Bundan başqa, Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı Səlmi Zeynalovanın tərtib etdiyi 14000-02394/25 nömrəli inzibati xəta haqqında protokolda inzibati xətanın harada və nə vaxt törədilməsi ümumən qeyd olunmamışdır. 27 yanvar 2025-ci ildə DGK-nin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində aparılmış ilkin yoxlama nəticəsində **-FA-*** dövlət nömrə nişanlı "Mercedes Travego 17SHD A" markalı avtobusun qeydiyyat şəhadətnaməsində şassi/ban nömrəsində uyğunsuzluq müəyyən edildiyindən gömrük sərhədindən keçirilməsi üçün hüquq verən sənədin saxtalaşdırılması şübhəsi əsasında DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılmaqla toplanmış materiallar istintaq aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi məqsədilə AR Baş Prokurorluğundan NBPİ-nə daxil olmuş və faktla bağlı aparılmış araşdırma üzrə NBPİ İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Sərdar Rüstəmov tərəfindən "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 08 oktyabr 2025-ci il tarixli qərar qəbul edilmişdir. NBPİ İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Sərdar Rüstəmov cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 oktyabr 2025-ci il tarixli qərarı qəbul edərkən ona istinad etmişdir ki, AR ƏN MEM-nin 3-16-16/2-3/128-9/815/2025 nömrəli, xx.xx.2025ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, təqdim edilmiş "Mercedes Traveqo 17SHD A" markalı, **-FA-*** dövlət nömrə nişanlı avtobusun "**********3651" ban nömrəsini bildirən rəqəmlər zavod üsulu ilə həkk edilmişdir. Lakin ban nömrəsi həkk edilmiş detalın (metal lövhənin) birləşən sahəsində qaynaq izi müşahidə edilir. Həmin detal avtobusun təmiri zamanı da qaynaq oluna bilər. Bu səbəbdən də konkret olaraq ban nömrənin dəyişdirilib-dəyişdirilməməsini müəyyən etmək mümkün deyildir. Həmçinin araşdırma üzrə müəyyən edilmişdir ki, "Mercedes Traveqo 17SHD A" markalı, ME-555-TN qeydiyyat nişanı olan NMB**********2734 şassi/ban nömrəli nəqliyyat vasitəsi ölkə ərazisinə 13 mart 2020-ci il tarixdə qanuni əsaslarla müvəqqəti qaydada gətirilmişdir. Beləliklə araşdırılan bütün digər hallara əsasən və CPM-nin 21, 39.1.1, 41.1, 145.3 maddələrinə istinadən cinayət işinin başlanması rədd edilmişdir. İşin materiallarında olan Gömrük Xidmətinin X1 sistemindən çıxarılmış və avtobusun şəkli olan məlumatda "Mercedes-Benz Traveqo 17SHD" markalı, ME-555-TN nömrə nişanı olan avtobusun sürücüsü qismində Gumbatov Ganbar qeyd olunmuşdur. Göründüyü kimi gömrük xidməti qarşısında birbaşa məsuliyyəti həmin şəxs daşıdığı halda ümumiyyətlə Gumbatov Ganbar icraata cəlb edilməmişdir. DYP-dən verilmiş cavab məktubunda "Mercedes Benz Traveqo17SHD A" markalı **-FA-*** qeydiyyat nişanı olan avtobusla bağlı "Qeyd" sətirində göstərilmişdir: "BDYΡ 3- 13-161/2-48958/2024 MERC.BENZ-C457 modelindən AV.İ və T.Ş. 3-13-5/2-7636/2024 ŞASSİ QİZ ÜSULU İLƏ VURULUB". Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunması əsassız olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar