Məhkəmə qərarları › İş №3(011)-8753/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8753/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8753/2025 15.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun Bayramova Nərmin Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ-nin polis kapitanı X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 19 avqust 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 332.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 09 oktyabr 2025-ci il tarixdə saat 22:30-da sərxoş vəziyyətdə idarə etdiyi “BYD SEAL” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xətai rayonu, Rahib Məmmədov küçəsində hərəkətdə olan zaman X2 idarə etdiyi “Hyundai Sonata” minik markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, zərbənin təsirindən zolaqdan çıxaraq X1 idarə etdiyi “Mercedes Benz C200” minik markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və nəticədə maddi zərər vurulmuşdur. Bakı şəhər X7 İdarəsinin polis kapitanı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 332.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 09 oktyabr 2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ-nin polis kapitanı X5 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən ara məsafəni gözləməmiş, sonra qəza törətmişdir. Özünü itirdiyi üçün biraz qabağa sürüb orada saxlamışdır. Etibarnamə olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Gecikməyə səbəb şəxsin hadisədən sonrakı gün gəlməsi, zərərçəkmiş şəxsin bir neçə gün sonra gəlməsi, bu səbəbdən maddi ziyanın müəyyən edilməsinin gecikməsi olmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu qeyd edərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan X2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, ona məxsus olan “Hyundai Sonata” minik markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Rahib Məmmədov küçəsində geri dönmə zolağı üzərində dayanıb qarşıdan gələn nəqliyyat vasitələrini gözləyirmiş. Bu zaman arxadan gələn avtomobil onun avtomobilini arxadan vurmuş və zərbədən orta zolağa çıxaraq “Nissan” markalı avtomobillə toqquşmuş və təkrar zərbədən avtomobilin baş yola çıxmaq istəyən hərəkətsiz “Mercedes Benz C200” minik markalı avtomobilə dəymişdir. Qəza zamanı xəsarət alan olmamışdır. İş materiallarında olan X1 izahatından görünür ki, ona məxsus olan “Mercedes Benz C200” minik markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandığı yerdə vurulmuşdur. 10 oktyabr 2025-ci il tarixli, 2/58051 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə nəticəsində X1 ayıq vəziyyətdə olduğu müəyyən olunmuşdur. 10 oktyabr 2025-ci il tarixli, 2/58052 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə nəticəsində X2 ayıq vəziyyətdə olduğu müəyyən olunmuşdur. 10 oktyabr 2025-ci il tarixli, 2/2466 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə nəticəsində Şəxs sərxoş vəziyyətdə olduğu müəyyən olunmuşdur. İş materiallarında olan arayışlardan görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 4000 manat, “KİA” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 4000 manat, “Mercedes Benz C200” minik markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2500 manat ziyan dəymişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 332.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etirafı, yol-nəqliyyat hadisəsinin sxemi və digər iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə- yüz manat məbləğində cərimə edilir. 332.1–ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. 333.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən Şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib həmin maddənin sanksiyası həddində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiqdir və və həmin Məcəlləsinin 327.6 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər X7 İdarəsinə göndərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhər X7 İdarəsinə göndərilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar