Məhkəmə qərarları › İş №3(011)-8767/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8767/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8767/2025 31.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Samid Sadiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 09 oktyabr 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 235227.56 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 15 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 235227.56 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Şəxs MMC-nin barəsində ona görə xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, guya Şəxs MMC xx.xx.2023-cü il tarixində 235.227,56 ABŞ dolları məbləğində pul vəsaitini xaricə köçürmüş, lakin 2 il müddət keçsə də nə həmin dəyərdə mal ölkəyə idxal edilmiş, nə də ki, valyuta vəsaiti geri qaytarılmışdır. Hesab edirlər ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş 09 oktyabr 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, Şəxs xx.xx.2006-cı ildə təsdiqlənmiş Nizamnaməsinin 3.1-ci maddəsinə, əsasən, Cəmiyyət bu nizamnamə ilə nəzərdə tutulmuş və Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan edilməmiş təsərrüfat fəaliyyətinin istənilən növü ilə məşğul olmaq hüququna malikdir. Şəxs MMC 2022-ci ildən etibarən Tranzit ticarət fəaliyyəti ilə məşğuldur. Göstərilən ticarət üsulu qanunidir və heç bir qanunvericilik aktları ilə qadağan edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının Azad sahibkarlıq hüququ barəsində 59-cu maddəsinə əsasən, “Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.” Şəxs MMC tərəfindən xaricdə əldə edilmiş, Şəxs MMC-nin mülkiyyətinə keçmiş mallar Azərbaycan Respublikasının sərhədlərinə daxil edilmədən, xaricdə olarkən üçüncü şirkətə Şəxs MMC tərəfindən satılaraq tranzit ticarət münasibəti ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Beləcə vasitəçilik münasibətindən fərqli olaraq Şəxs MMC tərəfindən öz mülkiyyətində olan malları sataraq tranzit ticarətlə məşğul olduğunu qeyd edirlər. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, Belçikanın “Brunswick Marine in Emea” şirkəti ilə Şəxs MMC arasında bağlanmış müqaviləyə əsasən, Şəxs MMC bu şirkətin mallarının rəsmi alıcısı və Azərbaycandakı distribyutorudur. “Brunswick Marine in Emea” şirkətindən Şəxs MMC tərəfindən distribyutor müqaviləsinə əsasən, müqavilədə qeyd edilmiş müxtəlif qayıq motorları və onların ehtiyat hissələri satın alıb Azərbaycanda və digər ölkələrdəki müştərilərə satır. Qeyd etməlidir ki, xx.xx.2023-cü il tarixli, ********* (07) nömrəli ödəniş tapşırığına əsasən məlum olur ki, Belçikanın “Brunswick Marine in Emea” şirkətinin xx.xx.2023-cü il tarixli, 23/410575 nömrəli proforması üzrə Şəxs MMC tərəfindən “Brunswick Marine in Emea” şirkətinin bank hesabına 235.227,56 ABŞ dolları köçürülmüşdür. Mərkəzi Bankın təqdim etdiyi xx.xx.2025-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilən 235.227,56 ABŞ dolları məbləğində (401.170,00 manat) mallar “Brunswick Marine in Emea” şirkətinin xx.xx.2023-cü il tarixli, 23/410575 nömrəli proforması üzrə, Şəxs MMC tərəfindən satın alınmış və Rusiyanın "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixli, 1057-1298-F-S saylı; xx.xx.2023-cü il tarixli, 1058-1298-F-O saylı invoyslarla daha sərfəli qiymətə - 472.915,32 (dörd yüz yetmiş iki min doqquz yüz on beş manat, otuz iki qəpik) manat məbləğinə satılmışdır. Şəxs MMC tərəfindən satın alınmış və Rusiyanın "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixli, 1057-1298-F-S saylı; xx.xx.2023-cü il tarixli, 1058-1298-F-O saylı invoyslara uyğun tarixlər və kodlar üzrə malların qablaşdırma siyahısı işin materiallarına əlavə edilmişdir. X2, ordan da Rusiyaya aparılması təsdiq edən, 10009100/311023/3169194 və 10013160/311023/3464178 nömrəli Gömrük bəyannaməsi, Beynəlxalq yük daşıma qaiməsi kredit köçürməsi üzrə alınan malların Rusiyaya göndərildiyini təstiq edir, həmin sənədlərdə alınan malların invoyslar üzrə tarixləri, nömrələri və kodları mövcuddur. Həmçinin malların Şəxs MMC tərəfindən Rusiyanın "xxxx" MMC-yə verilməsini haqqında, xx.xx.2023-cü il tarixli, 1057-1298-F-S saylı; xx.xx.2023-cü il tarixli, 1058-1298-F-O saylı invoyslar üzrə xx.xx.2023-cü il tarixli təhvil-təslim aktları təsdiq edir ki, mallar Azərbaycan Respublikasına daxil olmadan Rusiyanın "xxxx" MMC-yə təhvil verilmişdir. Şəxs MMC (sifarişçi) və "xxxx" MMC (icraçı) arasında xx.xx.2022-ci il tarixli, KPİ/104/2022 saylı Gömrük rəsmiləşdirilməsinin təmin olunması barədə müqavilə bağlanmışdır. Malların “Brunswick Marine in Emea” şirkətindən Şəxs MMC-nin sifarişi ilə daşınmasını haqqında xx.xx.2023-cü il tarixli, KPİ-ALF058/23 saylı invoysa əsasən, xx.xx.2023-cü il tarixli, ********* saylı ödəniş tapşırığı üzrə ödənişlər edilmişdir. Beləliklə, ümumilikdə bu əməliyyatdan 235.227,56 ABŞ dolları – manat qarşılığı 401.170,00 manat məbləğin "xxxx" MMC tərəfindən xaricə köçürüldüyünü nəzərə alsalar, sifariş olunan həmin mallara görə ölkəyə daha çox: 472.915,32 (dörd yüz yetmiş iki min doqquz yüz on beş manat, otuz iki qəpik) manat məbləğ daxil olmuşdur. Göstərilən müqavilələrdən xx.xx.2023cü il tarixli, 1057-1298-F-S saylı; xx.xx.2023-cü il tarixli, 1058-1298-F-O saylı invoyslarla edilmiş alqı-satqı əsasında qazanılmış (472.915,32 manat –401.170,00 manat) 71.745,32 manat məbləğində həmin mallardan qazanılmış gəlirlə bağlı Şəxs MMC tərəfindən müvafiq gəlir bəyannaməsi verilmiş, müvafiq vergilər ödənilmişdir. Bununla bağlı məhkəməyə Şəxs MMC tərəfindən 2023-2024-cü illər üzrə ödənilmiş Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsi etiraza əlavə edilərək məhkəməyə təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə müvafiq olaraq, “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Pandemiya dövründə Şəxs MMC-nin 3 işçisi olmuş orta əmək haqqı 400 manat təşkil etmişdir. Daha sonra 2022-ci ildən etibarən işçilərin sayı 10, orta aylıq əmək haqqı məbləği 1.000 (min) manata kimi yüksəlmişdir. Şəxs MMC tərəfindən ƏƏSMN-ə illik 30.000 manat məbləğində ödəniş edilmişdir. 2022-2025-ci illər ərzində Şəxs MMC tərəfindən 1.000.000 manat dəyərində vergi ödənilmişdir. Şəxs MMC-nin Mərkəzi Banka təqdim təqdim etdiyi sənədlərdən aşkar etmək olur ki, Şəxs MMC Belçikadan aldığı və “Brunwick Marine in Emea” şirkətinin invoysunda qeyd edilən mallarla eyni adlı və kodlu malları Rusiyanın "xxxx" MMC-yə satdığı mallardır. Həm şirkət tərəfindən göndərilən invoyslar, təhvil-təslim aktları həm də Rusiyadan bu malların İdxal Bəyannaməsindəki malların eynisi olduğu tam təsdiq edilir. Mərkəzi Bank tərəfindən iş düzgün, hər tərəfli araşdırılmadan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Pleniumunun Qərarına əsasən,“2016-cı il 28 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” qəbul edilmişdir. Həmin Qaydaların 4-cü bəndi bank hesabları üzrə aparılan valyuta əməliyyatlarını tənzimləyir. Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir.” Azərbaycan Respublikası Mərkəzi X6 28 noyabr 2016-cı il “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qanunun 4.3.13-cü maddəsinə əsasən, “qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Yuxarıda göstərilən hallardan da məlum olurki, Şəxs MMC 235.227,56 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaitini 15 sentyabr 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürmüş, “Brunswick Marine in Emea” şirkəti tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 23/410575 nömrəli proforma ilə alınan mallar Şəxs ilə Rusiyanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixli, 1057-1298-F-S saylı; xx.xx.2023-cü il tarixli, 1058-1298-F-O saylı invoyslarla “Brunswick Marine in Emea” şirkətindən (xx.xx.2023-cü il tarixli, 23/410575 nömrəli proforma ilə) alınan mallar daha sərfəli qiymətə - 472.915,32 (dörd yüz yetmiş iki min doqquz yüz on beş manat, otuz iki qəpik) manat məbləğinə satılmışdır. 1. xx.xx.2023-cü il tarixində 8.000.000,00 rubl - manat qarşılığı 140.000,00 manat, xx.xx.2023-cü il tarixli, 1057- 1298-F-S saylı invoys; 2. xx.xx.2023-cü il tarixində 3.000.000,00 rubl - manat qarşılığı 51.900,77 manat, xx.xx.2023-cü il tarixli, 1058-1298-F-O saylı invoys; 3. xx.xx.2023-cü il tarixində 10.000.000,00 rubl - manat qarşılığı 169.000,00 manat, xx.xx.2023-cü il tarixli, 1058-1298-F-O saylı invoys; 4. xx.xx.2023-cü il tarixində 4.927.019,00 rubl - manat qarşılığı 85.730,13 manat, xx.xx.2023-cü il tarixli, 1058-1298-F-O saylı invoys; 5. xx.xx.2023-cü il tarixində 1.510.643,00 rubl - manat qarşılığı 26.285,19 manat, xx.xx.2023-cü il tarixli, 1057- 1298-F-S saylı invoys əsasında Azərbaycan Respublikasına daxil olmuşdur. Şəxs MMC xx.xx.2023-cü il tarixdə 235.227,56 ABŞ dolları (manat qarşılığı – 401.170,00 manat) məbləğində vəsaiti xaricə köçürsə də, köçürmənin edildiyi tarixdən 02 il müddət keçmədən, yəni, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində cəmi 472.915,32 (dörd yüz yetmiş iki min doqquz yüz on beş manat, otuz iki qəpik) manat pul vəsaiti vəsaiti üçüncü şəxs tərəfindən (Rusiyanın "xxxx" MMC) geri qaytarılmışdır. Qeyd etməlidir ki, Mərkəzi Bank tərəfindən irəli sürülən iddia əsassız və ziddiyətlidir, belə ki, 30 dekabr 2022-ci il tarixli cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununa və bu sahədə olan digər qanunvericilik aktlarına, əsasən, AR-nın Mərkəzi Bankı bu məsələ ilə bağlı Nəzarət orqanıdır. Əlavə olaraq, Valyuta dövriyyəsinə və valyuta tənzimlənməsinə nəzarət Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətinə aiddir. Bu səbəbdən də göstərilən pulların mənbəyi AR Mərkəzi Bankına məlumdur, hazırki inzibati xətaya dair iş tərəflərindən sadəcə olaraq süründürməçilik və vaxt itkisi, məhkəmə yükünü artırmaq kimi qiymətləndirilir. Azərbaycan Respublikasının 21 oktyabr 1994-cü il tarixli Valyuta tənzimi haqqında Azərbaycan Respublikası Qanununun İİİ fəslində əks olunmuş Maddə 14-1. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasını barəsində qeyd edilir: 14-1.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin və milli valyutanın Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş məlumat və sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidir. Həmin qanunun Valyuta nəzarəti orqanları və agentləri barəsində 15-ci maddəsində əks olunmuşdur ki, “Azərbaycan Respublikasının əsas valyuta nəzarəti orqanı Azərbaycan Respublikasının Mərkəzi Bankı və müvafiq icra hakimiyyəti orqanıdır. Bu halda Şəxs MMC tərəfindən aparılan valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən aşkar olunur. Hər hansı şübhəli valyuta əməliyyatının aşkar olunması zamanı, yaxud hər hansı qeyri-qanuni vəziyyətin aşkarlandığı şəraitdə Mərkəzi Bank Şəxs MMC barəsində cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş məlumat və sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidir. Bu məsələ ilə bağlı Mərkəzi Bankın aidiyyəti orqanlara göstəriş verməsi, yaxud məhkəməyə cinayət işi ilə bağlı müraciət etməsi səlahiyyətləri çərçivəsində edilməlidir. Hazırda göstərilən, İXM 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyini iddia etməsi və buna əsas olaraq malların eyniləşdirilə bilmədiyini göstərməsi, eyniləşmənin mümkün olmadığı qeyd edildiyi halda yuxarıda qeyd edilən heç bir tədbirin görülməməsi, Mərkəzi Bank tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək qurumun əsas marağının Şəxs MMC-ni əsassız cərimələmək olduğunu aydın şəkildə görə bilirlər. Şəxs tərəfindən təqdim edilmiş sübutlardan da göründüyü kimi şirkət tərəfindən məsuliyyət yaradacaq heç bir hal mövcud deyildir. "xxxx" MMC tərəfindən xaricə ödənilmiş 235.227,56 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallın ölkəyə idxal edilməməsi, həmin mallın təyinatına görə birbaşa digər xarici ölkəyə göndərilməsi heç də İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi kimi qiymətləndirilməməlidir. Belə ki, təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Şəxs MMC 235.227,56 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaitini 15 sentyabr 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş və “Brunswick Marine in Emea” şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23/410575 nömrəli proforma ilə alınan mallar Şəxs MMC ilə Rusiyanın "xxxx" MMC-i arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli, 1057-1298-F-S saylı; xx.xx.2023-cü il tarixli, 1058-1298-F-O saylı invoyslarla “Brunswick Marine in Emea” şirkətindən (xx.xx.2023-cü il tarixli, 23/410575 nömrəli proformaı ilə) alınan mallar daha sərfəli qiymətə - 472.915,32 (dörd yüz yetmiş iki min doqquz yüz on beş manat, otuz iki qəpik) manat məbləğinə satılmışdır. xx.xx.2023-cü il tarixində 8.000.000,00 rubl - manat qarşılığı 140.000,00 manat, xx.xx.2023-cü il tarixli, 1057-1298-F-S saylı invoys; xx.xx.2023cü il tarixində 3.000.000,00 rubl - manat qarşılığı 51.900,77 manat, xx.xx.2023-cü il tarixli, 1058-1298-F-O saylı invoys; xx.xx.2023-cü il tarixində 10.000.000,00 rubl – manat qarşılığı 169.000,00 manat, xx.xx.2023-cü il tarixli, 1058-1298-F-O saylı invoys; xx.xx.2023-cü il tarixində 4.927.019,00 rubl - manat qarşılığı 85.730,13 manat, xx.xx.2023-cü il tarixli, 1058- 1298-F-O saylı invoys; xx.xx.2023-cü il tarixində 1.510.643,00 rubl - manat qarşılığı 26.285,19 manat, xx.xx.2023-cü il tarixli, 1057- 1298-F-S saylı invoy əsasında Azərbaycan Respublikasına daxil olmuşdur. Şəxs MMC xx.xx.2023-cü il tarixdə 235.227,56 ABŞ dolları (manat qarşılığı – 401.170,00 manat) məbləğində vəsaiti xaricə köçürsə də, köçürmənin edildiyi tarixdən 02 il müddət keçmədən, yəni, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində cəmi 472.915,32 (dörd yüz yetmiş iki min doqquz yüz on beş manat, otuz iki qəpik) manat pul vəsaiti vəsaiti üçüncü şəxs tərəfindən (Rusiyanın "xxxx" MMC) geri qaytarılmışdır. Eyni analoji iş üzrə vaxtilə Zaqatala Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli Qərarı ilə İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin adı gedən qərarından AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş apellyasiya şikayəti isə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019- cu il tarixli qərarı ilə təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin göstərilən analoji işlə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə etdiyi müraciət əsasında yuxarıda qeyd etdikləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Pleniumunun Qərarı qəbul edilmiş və bu məsələ ilə bağlı ziddiyyət aradan qaldırılmışdır. Eləcə də Şəki Apellyasiya Məhkəməsinin mövqeyi qanuni hesab edilmişdir. Həmçinin mahiyyət üzrə tamamilə eynilik təşkil edən iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-1112/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-1128/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-3247/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-3250/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-4215/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-4205/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-5446/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-6039/2025 saylı işlər üzrə qərarları iş materiallarına əlavə edilmişdir. Həmin inzibati xəta haqqında işlərdə də eyni ilə bu işdə olduğu kimi, şirkət tərəfindən Azərbaycandan xaricə pul köçürülmüş və həmin pul qarşılığında mallar alınmış və ölkəyə idxal edilmədən mallar üçüncü xarici şirkətə satılmışdır. Yəni, məhkəmədə sübut olunmuşdur ki, həmin mallar üçüncü şirkətə satılmış və həmin satışdan daha çox məbləğ Azərbaycana idxal olunmuşdur. Nəticə olaraq, hər iki iş üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd edim ki, gostərilən işlərlə bağlı qarşı tərəfdən apellyasiya şikayəti verilməmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli, 3(011)-3247/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-3250/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-4215/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-4205/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-5446/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-6039/2025 saylı məhkəmə işlərində qarşı tərəfin nümayəndəsi tərəfindən Məhkəməyə ünvanlanan məktubda qeyd edilmişdir ki, iş materiallarında olan "xxxx" ASC-in məktubundan görünmuşdür ki, protokolda qeyd olunan vəsait Şəxs MMC-in hesabına üçüncü şəxs "xxxx" şirkəti tərəfindən daxil olmuşdur. Daxil olan vəsaitin təyinatı avans köçürməsi zamanı təqdim edilən sənədlərlə uyğunluq təşkil etmişdir. Bütün bu halları nəzərə alaraq Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxılmışdır. Göründüyü kimi bu hal onu sübut etmişdir ki, qarşı tərəf qeyd olunan sənədləri eyniləşdirməyərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə, hesab edirlər ki, Şəxs MMC barəsində xx.xx.2023-cü il tarixində xaricə köçürülmüş 235.227,56 ABŞ dolları məbləğində vəsaitə görə, şirkət İXM-nın 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, sənədlərin eyniləşdirilməsi tərəflərindən təqdim edilən sübutlara əsasən, kifayət qədər sadə prosesdir. Lakin, bunun Mərkəzi Banka məlum olmasına baxmayaraq, onlara məlum olmayan hər-hansı bir məqsədlə Şəxs MMC-ni məhkəməyə verərək barəsində cərimə tətbiq edilməsinə çalışmaq ölkənin iqtisadi potensialına ciddi zərbə vurmaq kimi qiymətləndirilməlidir. Belə ki, sahibkarlığa və ölkə iqtisadiyyatına vurulan bu zərbə nəticəsində, yəni cərimə olunmaqları təqdirində bu məsələnin fəsadları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və digər orqanların qərarlarına bilavasitə təsir edəcək. Tərəflərindən ödənilmiş vergi bəyannamələrini, dövlətə edilmiş ödənişlərini geri tələb etmək məcburiyyətində qalacaqlar, həmçinin qeyd etməlidir ki, Şəxs MMC tərəfindən Vergi orqanlarına vergi bəyannamələrini verdikdə və müvafiq sənədləri təqdim etdikdə heç bir orqanının etirazı ilə qarşılaşmamışlar. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan heç bir fəaliyyətlə məşğul olmadan, əldə edilən gəlirləri Azərbaycan Respublikasının iqtisadi bazarında səmərəli şəkildə istifadə etmişlər. Göstərilən şəraitdə onlar bütün malların geri qaytarılmasını təşkil etməyə məcbur olacaqlar. Mərkəzi Bankın iddiasının doğru olduğunu fərz etsələr, bu zaman yeni ziddiyət yaranır. Qeyd etdikləri Azərbaycan Respublikasının 21 oktyabr 1994-cü il tarixli Valyuta tənzimi haqqında Azərbaycan Respublikası Qanununun İİİ fəslində əks olunmuş Maddə 14-1. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasını barəsində qeyd edilmiş maddəyə, əsasən, sübhə yarandığı təqdirdə Mərkəzi Bank tərəfindən aidiyyəti orqanlara Şəxs MMC barəsində məlumat verilməli idi, bu zaman yaranan digər ziddiyət budur ki, Mərkəzi Bank tərəfindən şübhənin hansı səbəbdən yaranmadığını, şübhə yaranmadığı təqdirdə isə onlara qarşı sənədlərin eyniləşməsinin müəyyən edilməməsi əsas gətirilərək tərtib edilən protokolun hansı məqsəd ilə hazırlandığını anlamaq mümkün deyil. Mərkəzi Bank tərəfindən 09 oktyabr 2025-ci il tarixində tərtib olunmuş EP ******* saylı protokola nəzər yetirdikdə protokolun ümumiyyətlə düzgün tərtib edilmədiyini görə bilirlər. Belə ki, protokolda qeyd edilir ki, Şəxs MMC tərəfindən 2 il müddət keçsə də, 235.227,56 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Hansı ki onlar yuxarıda qeyd etdikləri sübutlarla bu halın baş vermədiyini, yəni valyuta vəsaitinin geri qaytarıldığını müəyyən edə bilirlər. Protokolda ona əlavə edilən sənədlər ilə təqdim edilməmiş, təqdim edilməli olan sənədlər protoklda əks etdirilməmişdir. Protokolda müvafiq hissələr boş saxlanılmaqla tərtib edilərək, bu halda məhkəməyə təqdim edilmişdir, lakin müvafiq xanalar doldurulmalı, doldurulmadığı halda isə saxtakarlığın qarşısının alınması məqsədi ilə silinməlidir. Eləcə də, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamış, ona telefonoqram belə göndərilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokola müvafiq qeydlər aparılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququna malikdir. Onlar bu hüquqdan məhrum edilmişlər. Eləcə də, İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbləri pozularaq, qoşma və protokolun surəti olaraq heç bir sənəd Şəxs MMC-yə göndərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə təqdim edilməmişdir. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə və ümumiyyətlə inzibati xəta hadisəsi baş vermədiyinə görə tərtib edilmiş 09 oktyabr 2025-ci il tarixli, EP0256081 saylı inzibati xəta haqqında protokola xitam verilməsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, cəmiyyət barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanladığı ərizəsində qeyd etmişdir ki, tərəflərindən təyin edilmiş inzibati xəta haqqında təyin edilmiş məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini xahiş edir. İş materiallarında olan "xxxx" KB ASC-in 24 iyun 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə 7370179,88 RUR , xx.xx.2023-cü il tarixdə 8888965.34 RUR, xx.xx.2023-cü il tarixdə 3174628.49 RUR və xx.xx.2023-cü il tarixdə 1932577,66 RUR, məbləğində vəsait Şəxs MMC-in hesabına üçüncü şəxs Formula M şirkəti tərəfindən daxil olmuşdur. Daxil olan vəsaitin təyinatı avans köçürməsi zamanı təqdim edilən sənədlərlə uyğunluq təşkil edir. Bütün bu halları nəzərə alaraq Şəxs MMC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 sentyabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 235227.56 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 15 sentyabr 2023-cü il tarixində "xxxx" KB X1 hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür; "xxxx" KB X5 22 sentyabr 2025-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi, xidmətlərin göstərilməsini təsdiq edən sənəd və pulun geri qaytarılması barədə sübutlar banka təqdim edilməmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X3 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 09 oktyabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 235227.56 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 15 sentyabr 2023cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 235227.56 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; "xxxx" KB Nərimanov Filialı tərəfindən Şəxs MMC-nin ünvanına göndərilmiş xx.xx.2025ci il tarixli sorğuya cavab məktubundan görünür ki, bankda mövcud olan AZ65UBAZ**********0140RUB001 saylı cari Rusiya rubi hesabına xx.xx.2023-cü il tarixində 8 000 000,00 RUB 000 FORMULA M şirkəti tərəfindən (OPLATA PO DOGOVORU 1 OT xx.xx.2023 ZA LODOCHNYE MOTORY 1057-1298-F-S), xx.xx.2023-cü il tarixində 3000000,00 RUB (OPLATA PO DOGOVORU 1 OT xx.xx.2023 ZA LODOCHNYE MOTORY 1058-1298-F-O), xx.xx.2023-cü İİ tarixində 10 000 000,00 RUB (OPLATA PO DOGOVORU 1 OT xx.xx.2023 ZA LODOCHNYE MOTORY 1058-1298-F-O), xx.xx.2023-cü il tarixində 4927019,00 RUB (OPLATA PO DOGOVORU 1 OT xx.xx.2023 ZA MOTORNOE MASLO 1058-1298-F-O), xx.xx.2023-cü il tarixində 6 437 662,00 RUB (OPLATA PO DOGOVORU 1 OT xx.xx.2023 ZA ZAPCHASTİ 1057-1298-F-S) təyinatı ilə daxil olmuşdur. xx.xx.2023-cü il tarixində Şəxs MMC şirkəti Brunswick Marine İN EMAE LLC şirkətinə 235 227,56 USD xx.xx.2014-cü il tarixli müqaviləyə və 23/410575 nömrəli invoysa əsasən malların alışı üçün köçürmə edib. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada əməliyyatların aparılması Qaydalarının 4.3.1.3 bəndinə əsasən 2 il bitdikdən sonra banka müvafiq idxal bəyannaməsi təqdim olunmamışdır. Müştəri bildirib ki, ölkəyə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023 tarixlərində daxil olan vəsaitlərin müqabilində xx.xx.2023-cü il tarixində Brunswick Marine İN EMEA LLC şirkətinə 235 227,56 USD avans ödəniş icra olunub və mallar Azərbaycan respublikasının ərazisinə idxal olunmadan bir başa Rusiyaya göndərilmişdir; Belçikanın “Brunswick Marine in Emea” şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli distribyutor müqaviləsindən görünür ki, Şəxs MMC bu şirkətin mallarının rəsmi alıcısı və Azərbaycandakı distribyutorudur. “Brunswick Marine in Emea” şirkətindən Şəxs MMC tərəfindən distribyutor müqaviləsinə əsasən, müqavilədə qeyd edilmiş müxtəlif qayıq motorları və onların ehtiyat hissələri satın alınaraq Azərbaycanda və digər ölkələrdəki müştərilərə satılır; “Brunswick Marine in Emea” şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23/410575 nömrəli proformadan və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən “Brunswick Marine İN EMEA LLC” şirkətinin hesabına 235227.56 USD avans ödənişi edilmişdir; Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış 07 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Şəxs MMC müxtəlif texnika, qayıq motorları, motor və sürtkü yağları, onların ehtiyat hissələrini "xxxx" MMC-yə satmağı öz öhdəsinə götürmüşdür; məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 1058-1298-F-O saylı invoysdan görünür ki, Şəxs MMC ilə Rusiyanın "xxxx" MMC-si arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən “Brunswick Marine in Emea” şirkətindən alınan mallar 472.915,32 (dörd yüz yetmiş iki min doqquz yüz on beş manat, otuz iki qəpik) manat məbləğinə satılmışdır; Şəxs MMC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etdiyi sənədlərdən görünür ki, Şəxs MMC “Brunswick Marine in Emea” şirkətindən aldığı eyni adlı və kodlu malları Rusiyanın "xxxx" MMC şirkətinə satmışdır. Şirkət tərəfindən göndərilən invoys, təhvil-təslim aktları və idxal bəyannaməsindəki malların Şəxs MMC-nin satdığı mallar ilə eyni olduğu tam təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X6 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X6 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 09 oktyabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokolda hüquqi şəxs Şəxs 235227.56 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 15 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 235227.56 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından və məhkməəyə təqdim edilmiş sənədlərdən məlum olduğu kimi təmsil etdiyi hüquqi şəxs ilə Belçikanın “Brunswick Marine in Emea” şirkəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli distribyutor müqaviləsinə Şəxs MMC bu şirkətin mallarının rəsmi alıcısı və Azərbaycandakı distribyutoru olmaqla müqavilədə qeyd edilmiş müxtəlif qayıq motorları və onların ehtiyat hissələrini satın alaraq Azərbaycanda və digər ölkələrdəki müştərilərə satmağı öz öhdəsinə götürmüşdür. “Brunswick Marine in Emea” şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23/410575 nömrəli proformadan və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından məlum olduğu kimi Şəxs MMC tərəfindən “Brunswick Marine İN EMEA LLC” şirkətinin hesabına həmin malların müqabilində 235227.56 USD avans ödənişi edilmişdir. Daha sonra isə Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış 07 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 235227.56 USD müqabilində alınmış mallar "xxxx" MMC-yə satılmış, şirkət tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş invoyslar, təhvil-təslim aktları və idxal bəyannamələrindəki malların Şəxs MMC-nin satdığı mallar ilə eyni olduğu tam təsdiq edilmişdir. Bununlada, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi 15 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 235227.56 ABŞ dolları məbləğində vəsait 02 (iki) il keçmədən Şəxs MMC tərəfindən ölkə ərazisinə geri qaytarılmışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 235227.56 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 15 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara köçürdüyünü, həmin məbləğ müqabilində alınan malların birbaşa Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-yə satıldığını, bu halın iş materiallarında olan məktublarla və digər sənədlərlə də öz təsdiqini tapmasını, 235227.56 ABŞ dolları məbləğində vəsaitin 02 (iki) il keçmədən geri qaytarılmasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata təqsirliliyi sübuta yetmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar