Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-877/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Həsənova Aygün Namiq qızı, Yüzbaşlı Günel Elbrus qızının “inzibati tənbeh vermə haqqında protokolun və qərarın ləğv edilməsi” barədə şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Yüzbaşlı Günel Elbrus qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində İXM-nin 327.4-cü maddəsi ilə tərtib edilmiş İXP ********* nömrəli protokol və protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, qərardan şikayət nəzərdə tutulmuşdur. Odur ki, həmin protokollar əsasında qəbul edilmiş qərarlar şikayətə əlavə olunaraq qərarlardan şikayət ərizəsi məhkəməyə təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar təqdim edilmədən, qeyd edilən çatışmazlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Odur ki, Yüzbaşlı Günel Elbrus qızının şikayəti və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Yüzbaşlı Günel Elbrus qızının “inzibati tənbeh vermə haqqında protokolun və qərarın ləğv edilməsi” barədə ərizəsinin icraata qəbulundan imtina olunsun və şikayət və əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Yüzbaşlı Günel Elbrus qızına qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunur. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-877/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-877/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver