Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-879/2021 12.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X3 iştirakı ilə, X3 Xətai RPİ 34-cü Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 34-cü Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən X3 Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 (on) günlük müddətin ötürülməsinin üzrlü hesab edilməsi və inzibati xəta haqqında şikayətin buraxılmış müddətin bərpa edilməsi qeyri-mümkün hesab edilmişdir. X3 Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətin icraata qəbulundan imtina olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş və X3 Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 (on) günlük müddətin ötürməsi üzürlü hesab edilməklə həmin qərardan şikayət verilməsi nəzərdə buraxılmış prosessual müddət bərpa edilmişdir. X4 tərəfindən Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində Xətai Rayon Məhkəməsinə göndərdiyi məktub, ona xx.xx.2020-ci il tarixində sənədlərin çatışmamazlığı səbəbindən qeri qaytarılmışdır. Şikayətə çatışmayan sənədi əlavə edərək, yenidən şikayətini bildirdi. xx.xx.2020-ci il tarixində qeydiyyatda olduğu ünvandan səhər radələrində çıxaraq, Əhmədli metrostansiyası istiqamətinə tərəf gedirdi. Neapol küçəsi, ev 41 ilə üzbəüz olan Məzahir Rüstəmov, ev 31-in həyətində onu polis baş leytenantı dayanma əmri verdi, dayanandan sonra o, özünü təqdim edib, açıq havada maskasız gezməyinə etiraz bildirərək protokol tərtib etməyə başladı. Öz etirazını bildirdi. Dedi ki, açıq havada maska ilə gəzməklə bağlı xx.xx.2020-ci il tarixinə kimi Nazirlər Kabinetinin heç bir qərarı yoxdur və Operativ qərargah tərəfindən belə bir məlumat yayılmayıb. Polis baş leytenantı Həbibullayev Tural ona izah etdi ki, “protokol yazıram, amma heç narahat olma, protokol xəbərdarlıq xarakteri daşıyır, cəriməsi də yoxdur. Protokola baxsan orada cərimə yazmaq üçün yer yoxdur, qol çək protokola və yoluna davam et”. O, qeydini yazıb, protokolu imzalayıb surətini aldı və yoluna davam etdi. xx.xx.2020-ci il tarixində qeydiyyatda olduğu ünvana məktub daxil oldu. Məktubda adına xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsindən 135392/2020-1-8 nömrəli bildiriş var idi. Bildirişdə xx.xx.2020-ci il tarixində icra məmurunun icraatına daxil olmuş Xətai RPİ 34-cü Polis Bölməsinin ******* nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 100 manat məbləğində inzibati cərimənin ödənilməsi tələb olunur. İndiyə qədər ona qərar göndərilməyib və işə baxarkən iştirakı təmin olunmayıb. Barəsində tərtib olunmuş ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh verilməsi barədə qərar aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur: Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 189 №-li xx.xx.2020 tarixli qərarı xx.xx.2020-ci il tarixdə mövcud olmayıb. Hətta həmin qərar xx.xx.2020-ci il tarixdə mövcud olsaydı belə, bu qərarda açıq havada piyada gedərkən maskadan və ya digər tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi mövcud deyil. Açıq havada maksasız piyada getmək inzibati xəta deyil. xx xxxxx 2020-ci il tarixli MN ******* №-li protokolun əsasında Xətai RPİ 34-cü Polis Bölməsinin ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarını ləğv edib, inzibati xəta hadisəsi və tərkibi olmadığını müəyyən edərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Xətai RPİ 34-cü Polis Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai RPİ 34-cü Polis Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xətai RPİ 34-cü Polis Şöbəsinin sahə inspektoru polis baş leytenantı Tural Həbibullayev tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2020ci il tarixli protokoldan görünür ki, X1 maskasız gəzməsi faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Xətai RPİ 34-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2020-ci il tarixində karantin rejimi ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən yoxlanılarkən, açıq havada maskasız gəzməyə icazə olduğu halda barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur, onun hərəkətinə məhdudiyyət olmadığı halda əsassız cərimə olunmuşdur. xx.xx.2020-ci il tarixdə ümumiyyətlə fərdi qoruyucu maskaların açıq havata istifadəsi ilə bağlı heç bir qadağa mövcud olmamışdır. X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Xətai RPİ 34-cü Polis Şöbəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Xətai RPİ 34-cü Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Xətai RPİ 34-cü Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-879/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-879/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver