Məhkəmə qərarları › İş №3(011)-8816/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8816/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8816/2025 20.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xətai rayon X3 Şöbəsinin baş inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş 20 oktyabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 20 oktyabr 2025-ci il tarixdə idarə etdiyi «BYD SEAL 05 PLUG-İN HİBRİD» minik markalı, **-VQ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən DYPX-nin əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını narkotik vasitələrin istifadəsi nəticəsində sərxoş halda idarə etdiyi və zərərçəkmiş şəxsə maddi zərər vurulması məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xətai rayon X3 Şöbəsinin baş inspektoru X1 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tədbirin görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu qeyd edərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 20 oktyabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 oktyabr 2025-ci il tarixdə saat 00:30-da idarə etdiyi «BYD SEAL 05 PLUG-İN HİBRİD» minik markalı, **-VQ-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitələrin istifadəsi nəticəsində sərxoş halda idarə etmiş və zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Nəticədə barəsində İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 20 oktyabr 2025-ci il tarixli, № 33/2025 qüsur aktından görünür ki, “Mercedes Benz E240” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 620 manat maddi zərər dəymişdir. İş materiallarında olan "xxxx" MMC-nin 20 oktyabr 2025-ci il tarixli, № 34/2025 qüsur aktından görünür ki, “Ford Transit” yük markalı **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 500 manat maddi zərər dəymişdir. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, «BYD SEAL 05 PLUG-İN HİBRİD» minik markalı, **-VQ-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs etibar edilmişdir. İş materiallarında olan 20 oktyabr 2025-ci il tarixli, 1/1845 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidikdə MTD (metadon) müsbət aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən Şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib həmin maddənin sanksiyası həddində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmaqla 01 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 20 oktyabr 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinə həvalə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar