Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8827/2025 29.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, X1 iştirakı ilə, X1 barəsində Bakı şəhər DYPİ tərəfindən EQ 31325170 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək elektron qaydada tərtib edilmiş EQ 31325170 saylı protokolun ləğv edilməsi, ona məxsus **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yazılmış 135 manat məbləğində cərimənin və status üzrə hesablanmış 4 balın silinməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus **-XX- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nərimanov rayonu, Ziya Bünyadov prospektində hərəkətdə olarkən ona EQ 31325170 saylı elektron protokol tərtib edilmiş, həmin protokola əsasən, guya o, üfüqi nişanlama xətlərinin tələblərini pozmaqla nəqliyyat vastəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir və AR İXM-nin 327.4.1.1, 1.3 və 1.11-ci maddələrinə əsasən 135 manat məbləğində cərimə edilmiş və status üzrə 4 bal hesablanmışdır. O, qeyd etdiyi protokolla qeyri-qanuni qaydada cərimə edilmiş və status üzrə 4 bal hesablanmışdır. Belə ki, o, üfüqi nişanlama xəttlərinin tələblərini pozmamış, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçməmiş, nəqliyyat axınına əks istiqamətdə hərəkət etməmişdir. Bu, elektron çəkilişlə çəkilmiş video görüntü ilə də sübut edilir və bir vərəqdən ibarət olan həmin video-görüntünü şikayətinə əlavə edir. Məhkəmə iclasında izahat verən şikayətçi X3 şikayəti müdafiə etmiş və qərarın ləğv edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, avtomobili tam olaraq deyil, sadəcə 2 təkərini əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən EQ 31325170 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 16:58-də Nərimanov rayonu, Ziya Bünyadov prospektində hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi aşkar edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xəta hadisəsinin görüntülərini əks etdirən fotolara baxış keçirilərkən X2 nəqliyyat vasitəsi 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı şikayətçi qeyd etsə də ki, avtomobili tam olaraq əks istiqamətli yola keçirməmişdir, məhkəmə hesab edir ki, təqdim edilmiş görüntüdən şikayətçinin qayda pozuntusuna yol verdiyi müəyyən edilir. Bu səbədən, məhkəmə hesab edir ki, şikayətçi haqlı olaraq cərimələnmişdir. Odur ki, Bakı şəhər DYPİ tərəfindən EQ 31325170 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Məhkəmə şikayətin avtomobilə yazılmış 135 manat məbləğində cərimənin və status üzrə hesablanmış 4 balın silinməsi hissəsinə münasibətdə qeyd edir ki, nə qədər ki, inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün hər hansı əsas mövcud deyildir, bu hissədə də şikayət təmin edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ tərəfindən EQ 31325170 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-8827/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8827/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver