Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-8844/2025 24.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, X1 Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sİstemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsinə əlavə etdiyi vəsatətində qeyd etmişdir ki, onun ünvanına xx.xx.2025-ci il tarixində saat 21:31-də Məhəmməd Hadi küçəsi, H.Aslanov metrosunun çıxışında sərnişini düşürtmək üçün 2 dəqiqə dayandığına görə ona İXM-nin 346.4-cü maddəsi tətbiq edilməklə cərimə yazılmışdır. O bu barədə Şəhər YPİ-nə və Respublika YPİ-nə şikayət etmişdir. Ancaq onlardan gələn cavab onları qane etmədiyindən sonda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ancaq ona bildirmişlər ki, şikayət müddəti bitmişdir. Odur ki o, buraxılmış müddətin bərpa edilərək işinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X1 xx.xx.2025-ci il tarixdə, saat 21:31-də Məhəmməd Hadi küçəsində idarə etdiyi “Hyundai Accent minik” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Bundan əlavə, şikayətə əlavə edilmiş “Asan ödəniş” sistemindən çıxarışdan görünür ki, X1 barəsində xx.xx.2025-ci il tarixli, EQ26716308 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar xx.xx.2025-ci il tarixdə sürücünün elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında məlumat nəqliyyat vasitəsinin sürücüsünün istifadəsində olan mobil telefon nömrəsinə SMS vasitəsilə göndərilir və barəsində qəbul edilmiş qərar ona məxsus elektron kabinetdə yerləşdirilir. Lakin, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarın xx.xx.2025-ci il tarixdə qəbul edilməsinə və həmin tarixdə sürücünün elektron akbinetinə yerləşdirilməsinə baxmayaraq, şikayət ərizəsi ilə məhkəməyə qərarın qəbul edildiyi tarixdən xeyli müddət keçdikdən sonra müraciət olunmuş və şikayət ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sİstemi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sİstemi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-8844/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-8844/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver