Məhkəmə qərarları › İş №3(011)-8848/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8848/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8848/2025 29.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayətinin təmin edilərək, barəsində AR İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli qərarının ləğv olunmasını və barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli qərarına əsasən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 266.3 (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin sanksiyası çərçivəsində 300 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. O, həmin qərarla razı deyi və hesab edir ki, səlahiyyətli orqan tərəfindən sözügedən xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, hal-hazırda SOCAR-ın “Qaz İxrac” İdarəsində yardımçı fəhlə peşəsində çalışır, xx.xx.2025-ci il tarixində saat 15:45 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları: Əliyev Elxan və Axundov İlkin, idarənin inzibati ərazisinə daxil olaraq barəsində məişət tullantısının atılması ilə bağlı protokol tərtib etmişdirlər. Cərimə yazılmasının səbəbi məişət tullantıları hesab olunan malların İdarənin həyətində iş otağının önündə aşkarlanması olmuşdur. Belə ki, polis əməkdaşlarına, məişət tullantılarının yığılması və müvafiq qaydada yönləndirilməsi onun iş prosesinə daxil olan vəzifə öhdəliyini təşkil etdiyini və həmin hissəyə yerləşdirilməsində məqsədinin ətrafı çirkləndirmək olmadığını qeyd etsə də, narazılığına məhəl qoyulmamışdır. Daha sonra 17 və 19 oktyabr 2025-ci il tarixlərində 102 qaynar xəttinə zəng edib iradlarını bildirmiş və tərtib olunmuş qərarın ləğv edilməsini xahiş etmişdir, ancaq ona geri dönüş edilməmişdir. Qeyd olunan məişət tullantısı - qovluqları İdarənin fəaliyyəti ilə bağlı yararsız hala düşmüş mal-material siyahısına daxil edildiyi üçün ehtiyac olduqca xüsusi nəqliyyat İdarəyə daxil olaraq həmin ləvazimatları aidiyyəti üzrə təhvil alır. Bu proses gündəlik təkrarlanır, hər şöbə üzrə lazım olmayan ofis avadanlıqları yığılır və daşıyıcı avtomobil gəlib götürənədək qısa müddət ərzində idarənin həyətində saxlanılır. Protokol tərtib olunan gün də eyni qaydada səlahiyyətli şəxslərin gəlib müvafiq qaydada məişət tullantıları paketləməsi və təhvil alması üçün tərəfindən iş otağının qarşısına (İdarənin həyətində yerləşir) yerləşdirilmişdir. Məqsədi daha əvvəl də qeyd etdiyi kimi, ətrafı çirkləndirmək deyil, vəzifəsindən irəli gələn öhdəliklərin həyata keçirilməsi olmuşdur. 04 aprel 2025-ci il tarixli "Qaz İxrac" İdarəsi İdarəetmə aparatının İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi haqqında Əsasnamə və eyni tarixli "Qaz İxrac" İdarəsi İdarəetmə aparatının icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi, Təsərrüfat bölməsi 4-cü dərəcəli Yardımçı fəhləsinin Peşə təlimatına əsasən “Vaxtaşırı inventarizasiya keçirmək, və sıradan çıxmış, yararsız hala düşmüş inventarları aktlaşdıraraq tullantı mərkəzinə təhvil vermək” Şöbənin əsas funksiyası, onun isə vəzifə öhdəliyidir. Eyni zamanda 2007-ci il tarixli, “ARDNŞ tabeliyindəki müəssisə və təşkilatlarda buraxılış rejimi və obyektdaxili rejim qaydaları haqqında” nümunəvi təlimat və 2021-ci il tarixli “SOCAR “Qaz İxrac” İdarəsinin buraxılış rejimi və obyektdaxili rejim” Qaydalarında müvafiq olaraq i və m bəndlərinə əsasən İdarənin inzibati binasına obyektin dislokasiya olunduğu rayonun (şəhərin) İcra hakimiyyəti başçıları, prokurorları, polis idarələrinin rəisləri, ərazi FH və MM regional şöbələrinin rəisləri, məhkəmə hakimləri buraxılış vərəqələri olmadan xidməti vəsiqələrini göstərməklə obyektə daxil olmaq hüququna malikdirlər. Qeyd olunan siyahıda polis əməkdaşları qeyd olunmadığı üçün həmin şəxslərin birbaşa inzibati əraziyə daxil olması və cərimə yazması qanunsuzdur. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə tərəfindən ziddiyyətli və şübhəli məqamların aradan qaldırması, həmin şübhələri və ziddiyyətli məqamları barəsində protokol tərtib edilmiş şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Qeyd etdiyi kimi, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə təqsirinin olduğu səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayət ərizəsinin təmin edilməsini və barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, “SOCAR “Qaz İxrac” İdarəsinin buraxılış rejimi və obyektdaxili rejim” Qaydalarında müvafiq olaraq i və m bəndlərinə əsasən İdarənin inzibati binasına obyektin dislokasiya olunduğu rayonun (şəhərin) İcra hakimiyyəti başçıları, prokurorları, polis idarələrinin rəisləri, ərazi FH və MM regional şöbələrinin rəisləri, məhkəmə hakimləri buraxılış vərəqələri olmadan xidməti vəsiqələrini göstərməklə obyektə daxil olmaq hüququna malikdirlər. Polis əməkdaşların həmin əraziyə daxil olmaları təlimatda nəzərdə tutulmamışdır. X5 işinin əsasını sıradan çıxmış və yararsız hala düşmüş inventarları aktlaşdıraraq tullantı mərkəzinə təhvil vermək təşkil edir. Hadisə baş verən gün onlar bunu polis əməkdaşına izah etsələr də o, artıq protokol tərtib etdiyini və narazı qaldıqları təqdirdə məhkəməyə müraciət etmələrini bildirmişdir. Lakin həmin ərazidə olan inventar zibil olmamış və Emil Sultanovun barəsində əsassız olaraq cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin və şahidin izahatlarını, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin sahə inspektoru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin sahə rəisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 300 (üç yüz) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. “Qaz İxrac” İdarəsi İdarəetmə aparatının icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi, Təsərrüfat bölməsi 4-cü dərəcəli Yardımçı fəhləsinin peşə təlimatından görünür ki, yardımçı fəhlənin əsas vəzifələri aşağıdakılardan ibarətdir: 1.1. İstehsalat sahələrində, anbar və s. yardımçı və köməkçi işlərin yerinə yetirilməsi. 1.2. Ehtiyatlı olmağı tələb edən yüklərin (şüşənin, yanğın təhlükəli və zəhərli maye ilə doldurulmuş butulkaların və s.) toz şəkilli materialların (sementin, üyüdülmüş əhəngin, gipsin və s.) əl ilə və arabacığın köməyi ilə daşınması, yüklənməsi və boşaldılması. 1.3. Bütün növ yüklərin əl arabası ilə daşınması. 1.4. Şöbə rəisi və rəis müavini tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirilməsi. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək və onlara riayət etmək. 1.5. İdarədə tətbiq edilən Beynəlxalq standartların tələblərinə və İdarənin Siyasətinə riayət etmək. 1.6. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası. elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarından irəli gələn tələbləri bilmək və onlara riayət etmək. 1.7. Müəssisə üzrə tətbiq edilən X2 tələblərinə əməl etmək və davamlı təkməlləşdırmə planlarının hazırlanmasında təkliflər vermək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda Emil Sultanovun Azərbaycan Respublikası İXM-in 266.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi göstərilmiş və o, inzibati məsuliyyətə cəlb edilməklə barəsində cərimə cəzası tətbiq edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 37ci Polis Bölməsinin sahə rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsas gətirilərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Lakin məhkəmə iclasında şahid qismində izahatı alınmış X6 izahatında bildirmişdir ki, “SOCAR “Qaz İxrac” İdarəsinin buraxılış rejimi və obyektdaxili rejim” Qaydalarında müvafiq olaraq i və m bəndlərinə əsasən İdarənin inzibati binasına obyektin dislokasiya olunduğu rayonun (şəhərin) İcra hakimiyyəti başçıları, prokurorları, polis idarələrinin rəisləri, ərazi FH və MM regional şöbələrinin rəisləri, məhkəmə hakimləri buraxılış vərəqələri olmadan xidməti vəsiqələrini göstərməklə obyektə daxil olmaq hüququna malikdirlər. Polis əməkdaşların həmin əraziyə daxil olmaları təlimatda nəzərdə tutulmamışdır. X5 işinin əsasını sıradan çıxmış və yararsız hala düşmüş inventarları aktlaşdıraraq tullantı mərkəzinə təhvil vermək təşkil edir. Hadisə baş verən gün onlar bunu polis əməkdaşına izah etsələr də o, artıq protokol tərtib etdiyini və narazı qaldıqları təqdirdə məhkəməyə müraciət etmələrini bildirmişdir. Lakin həmin ərazidə olan inventar zibil olmamış və Emil Sultanovun barəsində əsassız olaraq cərimə cəzası tətbiq edilmişdir. Həmçinin, şikayət ərizəsinə əlavə edilmiş “Qaz İxrac” İdarəsi İdarəetmə aparatının icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi, Təsərrüfat bölməsi 4-cü dərəcəli Yardımçı fəhləsinin peşə təlimatından göründüyü kimi Emil Sultanovun əsas vəzifəsi yüklərin daşınması, yüklənməsi və boşaldılmasından ibarət olmuşdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı qərarda göstərilən inzibati xətanın X9 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, X5 şikayəti təmin edilməli, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata təqsirliliyi sübuta yetmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və təqsirliliyi sübuta yetmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar