Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-885/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Şikayət verən şəxs - X9, şikayət verən şəxs X8 etibarnamə üzrə nümayəndəsi Piriyev Vəkil Bağman oğlunun iştirakları ilə, Əmlak Məsələləri Dövlət Komitəsi 13 saylı ərazi sahəsinin inzibati tənbeh vermə haqqında 16 may 2017-ci il tarixli, 000080 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Əmlak Məsələləri Dövlət Komitəsi 13 saylı ərazi sahəsinin İnzibati tənbeh vermə haqqında 16 may 2017-ci il tarixli, 000080 nömrəli qərarının ləğv edilməsi və inzibai icraata xitam verilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, o 2011-ci ildə fermer işi ilə məşğul olmaq üçün özünə Şabran rayon ərazisində Ferma almaq istəyirdi. Şabranda olan tanışları ona bildirdilər ki, X1 düzü adlanan ərazidəki fermasını satır. O gedib həmin fermaya baxmışdır. Fermanın sahibi X3 ona bildirdi ki, 2002-ci ildən həmin ərazidə 3 ədəd mal tövləsi, 2 ədəd gözətçi evi inşa etmiş və təsərrüfat aparmaq üçün hər şəraiti var. O bu fikirlə razılaşmışdır. Şabran rayonu Dövlət Notariat Kontorunun X12 Nəsirov tərəfindən təsdiq edilmiş, xx.xx.2011-ci il tarixli, 4Ə-15 reyestr nömrəli Daşınmaz Əmlakın alqı-satqısı barədə 267316 nömrəli Müqavilə əsasında Şabran şəhəri ərazisində yerləşən xüsusi mülkiyyətdə olan, 3.36 ha ölçüdə olan kənd təsərrüfatlı təyinatlı torpağı X3 və X6 3000 (üç min) manata almışdır. Həmin alqı-satqı müqaviləsindən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarış və xx.xx.2011-ci il tarixli, AA 016560 nömrəli Torpaq sahəsinin planı və ölçüsü onun adına rəsmiləşdirilmişdir. Bu günkü günə qədər Şabran rayonu Malyan düzü ərazisində yerləşən həmin ferma onun şəxsi mülkiyyətindədir. Ona məlum olmayan səbəblərdən Əmlak Məsələləri Dövlət Komitəsi 13 saylı ərazi sahəsinin müdiri X11 onun barəsində xx.xx.2017-ci il tarixli, 000080 nömrəli inzibati tənbeh vermə haqqında Qərara tərtib etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi 13 saylı ərazi sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 000080 nömrəli inzibati təhben vermə haqqında Qərara əsasında mən Azərbaycan Respublikası İXM-nin 294.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə günahkar bilinib, 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi 13 saylı ərazi sahəsinin müdiri X11 tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 000080 nömrəli inzibati təhben vermə haqqında Qərar barəsində xx.xx.2024-cü il tarixə qədər onun məlumatı olmamışdır. Əmlak Məsələləri Dövlət Komitəsi 13 saylı ərazi sahəsinin müdiri X11 tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 000080 nömrəli inzibati təhbeh vermə haqqında Qərarın surətini o xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru onu Bakı şəhəri Xətai Rayonu İcra Şöbəsinə dəvət etdiyi zaman almışdır. Məhz bu səbəblərdən o barəsində tərtib olunmuş inzibati təhben vermə haqqında Qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi 13 saylı ərazi sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 000080 nömrəli inzibati təhben vermə haqqında Qərarı qanunsuz və əsassızdır. Əmlak Məsələləri Dövlət Komitəsi 13 saylı ərazi sahəsinin müdiri X11 tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 000080 nömrəli inzibati təhben vermə haqqında Qərar qanunsuz və əsassız olduğundan Məhkəmə tərəfindən ləğv olunması barədə Qərar qəbul olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X9 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 etibarnamə üzrə nümayəndəsi Piriyev Vəkil Bağman oğlu şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Əmlak Məsələləri Dövlət Komitəsi 13 saylı ərazi sahəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Komitəsi 13 saylı ərazi sahəsinin müdiri, dövlət müfəttişi X11 tərəfindən X8 barəsində tərtib edilmiş 19 aprel 2017-ci il tarixli 000382 nömrəli protokol əsasında qəbul edilmiş 16 may 2017-ci il tarixli 000080 №-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şabran Bələdiyyəsi Ərazisində yerləşən Kənd Təsərrüfatı təyinatlı, mülkiyyətindəki torpaq səhəsində üç ədəd mal tövləsi, iki ədəd gözətçi evi inşa etməklə torpağın üst münbit qatını korlamış və nəticədə X9 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1000 (min) manat məbləğində cərimə olunmuşdur. 31 yanvar 2011-ci il tarixli 267316 nömrəli müqavilədən görünür ki, X4 rayonu Dövlət Notariat Kontorunun X12 Nəsirov tərəfindən təsdiq edilmiş, xx.xx.2011-ci il tarixli, 4Ə-15 reyestr nömrəli Daşınmaz Əmlakın alqı-satqısı barədə 267316 nömrəli Müqavilə əsasında Şabran şəhəri ərazisində yerləşən xüsusi mülkiyyətdə olan, 3.36 ha ölçüdə olan kənd təsərrüfatlı təyinatlı torpağı X3 və X6 3000 (üç min) manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışdan və xx.xx.2011-ci il tarixli, AA 016560 nömrəli Torpaq sahəsinin planı və ölçüsü haqqında sənəddən görünür ki, Şabran şəhərində 0,7604 ha torpaq sahəsi X9 adına rəsmiləşdirilmişdir. X2 təqdim edilmiş 25 yanvar 2011-ci il tarixli 5/1819 saylı arayışdan görünür ki, Şabran şəhəri ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 244.2-ci maddəsinə əsasən, Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X8 Şabran Bələdiyyəsi Ərazisində yerləşən Kənd Təsərrüfatı təyinatlı, mülkiyyətindəki torpaq səhəsində üç ədəd mal tövləsi, iki ədəd gözətçi evi inşa etməklə torpağın üst münbit qatını korlaması göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 244.2-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 13 saylı ərazi sahəsinin müdiri, dövlət müfəttişi X11 tərəfindən X8 barəsində tərtib edilmiş 19 aprel 2017-ci il tarixli 000382 nömrəli protokol əsasında qəbul edilmiş 16 may 2017-ci il tarixli 000080 №-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şabran Bələdiyyəsi Ərazisində yerləşən Kənd Təsərrüfatı təyinatlı, mülkiyyətindəki torpaq səhəsində üç ədəd mal tövləsi, iki ədəd gözətçi evi inşa etməklə torpağın üst münbit qatını korlamış və nəticədə X9 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1000 (min) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X9 izahatında bildirmişdir ki, Şabran rayonu Dövlət Notariat Kontorunun X12 Nəsirov tərəfindən təsdiq edilmiş, xx.xx.2011-ci il tarixli, 4Ə-15 reyestr nömrəli Daşınmaz Əmlakın alqı-satqısı barədə 267316 nömrəli Müqavilə əsasında Şabran şəhəri ərazisində yerləşən xüsusi mülkiyyətdə olan, 3.36 ha ölçüdə olan kənd təsərrüfatlı təyinatlı torpağı X3 və X6 3000 (üç min) manata almışdır. Həmin alqı-satqı müqaviləsindən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarış və xx.xx.2011-ci il tarixli, AA 016560 nömrəli Torpaq sahəsinin planı və ölçüsü onun adına rəsmiləşdirilmişdir. Bu günkü günə qədər Şabran rayonu Malyan düzü ərazisində yerləşən həmin ferma onun şəxsi mülkiyyətindədir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Əmlak Məsələləri Dövlət Komitəsi 13 saylı ərazi sahəsinin İnzibati tənbeh vermə haqqında 16 may 2017-ci il tarixli, 000080 nömrəli qərarda göstərilən inzibati xətanın X9 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X8 barəsində 16 may 2017-ci il tarixli, 000080 nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X8 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan əlavə iş üzrə qərar qəbul edilərkən X8 iştirakı olmadan, onun iştirakı ilə heç bir araşdırma aparılmadan 16 may 2017-ci il tarixli, 000080 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X8 şikayəti qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Komitəsi 13 saylı ərazi sahəsinin 19 aprel 2017-ci il tarixli 000382 nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 16 may 2017-ci il tarixli, 000080 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X8 şikayəti qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi 13 saylı ərazi sahəsinin 19 aprel 2017-ci il tarixli 000382 nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 16 may 2017-ci il tarixli, 000080 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-885/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-885/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver