Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8854/2025 12.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu və qərarı tərtib etmiş Bakı Şəhər X11i İdarəsinin polis mayoru X4, X1 iştirakı ilə, X3 Bakı Şəhər X11i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək şikayətinin təmin edilməsini, Azərbaycan Respublikası Bakı Şəhər DYPİ YNH baş inspektoru, polis mayoru X8 tərəfindən tərtib edilmiş İXP ******* №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun və protokol əsasında tərtib edilmiş TP ******* saylı qərarın qanunsuz hesab edilərək ləğv edilməsini və icraata xitam verilməsini, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi və protokolun qeydiyyata aldığı ərazinin kamera görüntülərinin məhkəmə tərəfindən sorğu əsasında əldə edilməsinin təmin edilməsini, Azərbaycan Respublikası Bakı Şəhər DYPİ YNH baş inspektoru, polis mayoru X8 barəsində “ xüsusi qərar” qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2565/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən X3 Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər DYPİ YNH baş inspektoru, polis mayoru X8 tərəfindən tərtib edilmiş İXP ******* №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə 40(qırx) manat məbləğində cərimə edilmişdir. Tərtib olunmuş protokol əsassızdır. Hadisənin gedişatı olaraq qeyd etmək istəyir ki, xx.xx.2025-ci il tarixində səhər saat 09:00 radələrində Babək prospekti ərazisində, “Babək Plaza”-nın qarşısında “**-QJ-***” dövlət qeydiyyat nişanlı “KİA CARNİVAL” markalı minik avtomobili ilə öz hərəkət zolağı ilə hərəkət edərkən, binanın həyətindən “TOYOTA CAMRY” markalı “**-NE-***” dövlət qeydiyyat nişanlı minik avtomobili çıxaraq onun və digər minik markalı avtomobilin hərəkət etdiyi zolağın ortasına doğru hərəkət edərək, onu sıxışdırmış və avtomobilinə ziyan vurmuşdur. Videogörüntülər təsdiq edir ki, biraz irəlilədikdən sonra avtomobillərini dayandırıb avtomobildən düşmüşlər. Sonradan Azərbaycan Respublikası Bakı Şəhər DYPİ-nin əməkdaşı gələrək heç bir protokol və qərar tərtib etmədən, araşdırma aparmadan sadəcə “alkotester” müayinəsindən keçmələrini bildirib, sənədlərini təhvil alaraq getmişdir. Hadisənin növbəti günü, yəni xx.xx.2025-ci il tarixində Bakı Şəhər DYPİ YNH baş inspektoru, polis mayoru X8 onu və “TOYOTA CAMRY” markalı “**-NE-***” dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibini qəbuluna çağırarkən, keçdiyi “alkotester”-in nəticələrini polis mayoru X5 təqdim etməyinə əhəmiyyət vermədən, qərəzli formada hadisə üzrə zərərçəkmiş şəxsin onun olmasına baxmayaraq, baş vermiş hadisədə onu günahlandırmışdır. Öz hərəkət zolağı ilə hərəkət etdiyinə baxmayaraq, onun hadisə zamanı hərəkət zolağı üzrə manevr etdiyini bildirərək hadisənin səbəbkarının o, olduğunu bildirmişdir. Hadisədə heç bir günahı olmadığından nəticələrini polis mayoru X5 tərtib olunacaq qərara və protokolla indidən razı olmadığını, təyin ediləcək cəriməni ödəməyəcəyini və şikayət ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirərək qəbulu tərk etmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, hadisənin baş verdiyi ərazi üzrə kamera çəkilişlərinə nəzər yetirilməmiş, tam əksi hadisənin baş verdiyi ərazini uzaq məsafədən izləyən kameralar üzrə çəkilişlər üstün tutulmuşdur. xx.xx.2025-ci il tarixində SMS Radar vasitəsilə ödənilməli olan cərimə məbləği ilə birlikdə qərarsız formada İXP ******* №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu ona ünvanlanmışdır. xx.xx.2025-ci il tarixində yenidən Bakı Şəhər DYPİ YNH-ə yaxınlaşsa da qarşı tərəfin ümumiyyətlə qəbula gəlmədiyini, sənədlərini təhvil almadığını və qeyd olunan müayinədən keçdiyinə dair sənədin polisə təqdim edilmədiyini görmüşdür. Qarşı tərəfin hadisə ilə bağlı polisə təqdim edilməli olan izahatının mövcud olmaması da yazılmış cərimənin və tərtib edilmiş protokolun əsassız olmasını bir daha sübut edir. Hesab edir ki, Azərbaycan Respublikası Bakı Şəhər DYPİ YNH baş inspektoru, polis mayoru X8 tərəfindən tərtib edilmiş İXP ******* №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu ilə onun 40 manat məbləğində cərimə olunması qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən hesab edir ki, Azərbaycan Respublikası Bakı Şəhər DYPİ YNH baş inspektoru, polis mayoru X8 tərəfindən tərtib edilmiş İXP ******* №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu qanunsuz hesab edilərək ləğv edilməlidir. Məhkəmə iclasında X6 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Azərbaycan Respublikası Bakı Şəhər DYPİ YNH baş inspektoru, polis mayoru X8 tərəfindən tərtib edilmiş İXP ******* №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun və protokol əsasında tərtib edilmiş TP ******* saylı qərarın qanunsuz hesab edilərək ləğv edilməsini və icraata xitam verilməsini, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi və protokolun qeydiyyata aldığı ərazinin kamera görüntülərinin məhkəmə tərəfindən sorğu əsasında əldə edilməsinin təmin edilməsini, Azərbaycan Respublikası Bakı Şəhər DYPİ YNH baş inspektoru, polis mayoru X8 barəsində “ xüsusi qərar” qəbul edilməsini xahiş etmişdir. Həmçinin verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, “TOYOTA CAMRY” markalı “**-NE-***” dövlət qeydiyyat nişanlı minik avtomobili onun və digər minik markalı avtomobilin hərəkət etdiyi zolağın ortasına doğru hərəkət edərək, onu sıxışdırmış və avtomobilinə ziyan vurmuş, inzibati xəta onun təqsiri ucbatından baş verməmiş, hadisənin görüntülərini özündə əks edən fotoşəkillər və videogörüntü onun elektron kabinetinə yerləşdirilməmişdir. Məhkəmə iclasında Bakı Şəhər X11i İdarəsinin polis mayoru X8 xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və şikayət ərizəsi əsassız olduğundan inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, hadisə zamanı qeydə alınmış videogörüntüdən də göründüyü kimi X6 “Kia Carnival minik” markalı, **-QJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə digər avtomobili vurur.. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər X11i İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixində, saat 09:00-da Babək prospektində “Kia Carnival minik” markalı, **-QJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərə baxış zamanı müəyyən edilmişdir ki, “Kia Carnival minik” markalı, **-QJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir; 101.1-ci maddəsinə əsasən nzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 300.1-ci, 302-ci, 304-cü, 351-1-ci, 371- 1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3-cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır; 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixində, saat 09:00-da Babək prospektində “Kia Carnival minik” markalı, **-QJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 hazırkı şikayətində və məhkəmə iclasında verdiyi izahatında “TOYOTA CAMRY” markalı “**-NE-***” dövlət qeydiyyat nişanlı minik avtomobilin onun və digər minik markalı avtomobilin hərəkət etdiyi zolağın ortasına doğru hərəkət edərək, onu sıxışdırdığını və avtomobilinə ziyan vurduğunu, inzibati xətanın onun təqsiri ucbatından baş vermədiyini, hadisənin görüntülərini özündə əks edən fotoşəkillərin və videogörüntünün onun elektron kabinetinə yerləşdirilmədiyini, barəsində qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X3 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Bundan əlavə, məhkəməyə səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüyə baxış zamanı da “Kia Carnival minik” markalı, **-QJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər avtomobili vurması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı Şəhər X11i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-8854/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8854/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver