Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-886/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibai icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, o fərdi sahibkar kimi qeydiyyatdan keçmiş və kiçik sahibkar kimi fəaliyyət göstərir. Belə ki, yaşadığı yerə yaxın ərazidə minik avtomobillərinin yuyulması xidmətini həyata keçirir və fəaliyyətindən əldə etdiyi gəlir qənaətbəxş olmasa da, başqa növ sahibkarlıq fəaliyyəti üçün imkanlarının məhdud olduğu üçün bu fəaliyyətlə kifayətlənir. Xidməti şəxsən özü həyata keçirir və başqa heç bir şəxsi işə götürməmişdir. 12 oktyabr 2023-cü ildə DƏMX Bakı şəhər idarəsinin əməkdaşları tərəfindən onun barəsində MN №1744142 nömrəli protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, guya onun tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Bununla bağlı olaraq bildirir ki, o həmin maddədə nəzərdə tutulan heç bir pozuntuya yol verməmiş və heç bir şəxsi əmək müqaviləsi bağlamadan, yəni faktiki olaraq işə cəlb etməmişdir. Bu mənada həmin protokol əsasında qəbul edilən 23 oktyabr 2023-cü il tarixli MN №1291348 saylı qərar qanunsuz və əsassızdır. Ona şifahi olaraq bildirilmişdir ki, guya o həmin avtoyuyucu məntəqədə yetkinlik yaşına çatmayan şəxsi işə cəlb etmiş, lakin belə bir hal olmamışdır. Yuxarıda da qeyd etdiyi kimi onun həmin xidmət nəticəsində əldə etdiyi qazanc cüzidir və əlavə işçi götürərək həmin işçiyə əmək haqqı vermək üçün yetərli deyil. Bu mənada həmin qərar və protokol onun fəaliyyəti ilə bağlı həqiqəti əks etdirmir. Bundan başqa onun əsassız olaraq 4000 manat məbləğində cərimə olunmağı onun üçün çox ciddi iqtisadi çətinliklərə səbəb ola bilər. Gündəlik qazancı ilə müqayisədə bu məbləğ onun üçün çoxdur, çünki onun fəaliyyəti ilə bağlı zəruri xərcləri (işıq pulu, su pulu, icarə pulu, qurğu və avadanlıqların saxlanma xərcləri, yuyucu vasitələrə çəkilən xərclər və sair) vardır və bu xərcləri də nəzərə alsaq o özünün və ailəsinin dolanışığı üçün çox az qazanır və məhkəmədən bunu da nəzərə almağı xahiş edir. Bundan əlavə hesab edir ki, X6 tərəfindən tərtib edilən qərar və protokol yoxlamanın aparılma qaydalarına uyğun tərtib edilməmişdir. Odur ki, həmin qərar və protokol ləğv edilməlidir. Çünki inzibati orqan qərar qəbul edərkən sübutları düzgün qiymətləndirməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan bütün halları ortaya çıxarmamış, bununla da İXM 76-79-cu maddələrinin tələblərini pozmuşdur. Nəticədə sübutların qiymətləndirilməsi düzgün həyata keçirilməmişdir, işin halları tam və obyektiv şəkildə araşdırılmamışdır. Həmçinin qeyd olunan qərar ona Xətai rayon icra şöbəsi tərəfindən bildirişlə birlikdə 23 fevral 2024-cü ildə təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 göstərdi ki, şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, 2 gün müddətində avto yumada iş görən onun qaynı olub. O rayonda olan zaman qaynı avtoyumada tozsoranla iş görmüşdür, həmin vaxt da polis əməkdaşları yaxınlaşıb ərizəsini almışlar. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 şikayəti əsassız hesab edərək bildirdi ki, vətəndaş X8 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Xətai RPİ-dən gələn materialdan görünür ki, X4 izahatında bildirmişdir ki, bir neçə ildir avtoyuma işlədir, təxminən 2 gün onun qaynı avtoyumada işləyib. Qeyd edilənlərə əsasən X4 tərəfindən verilmiş şikayəti əsassız hesab edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən X1 barəsində tərtib edilmiş 23 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs X4 (VÖEN **********) vətəndaş X8 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 29 yanvar 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, X3 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 29 yanvar 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, X3 icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Xətai RPİ-nin 05 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, DİN-in 02 sentyabr 2009-cu il 509 nömrəli əmrinə və 04 noyabr 2009-cu il tarixli G-61 nömrəli “Yetkinlik yaşına çatmayanların qanunazidd əməllərə cəlb edilməsi və onların əməyinin istismarı hallarının profilaktikasının gücləndirilməsi haqqında” göstərişinə əsasən xx.xx.2023-cü il tarixdə inzibati ərazidə xidmət aparan zaman Xətai rayonu, Gəncə prospekti 232A ünvanında yerləşən “RV WASH” avto yumada xx.xx.2007-ci il təvəllüdlü X5 işləməsi və onun əməyini “Avto yuma”nın sahibi xx.xx.1988-ci il təvəllüdlü X4 tərəfindən istismar edilməsi aşkar edilmişdir. X1 04 sentyabr 2023-cü il tarixdə Xətai Rayon Polis İdarəsində verdiyi izahatdan görünür ki, təxminən 14 ildir ki, Gəncə prospektində yerləşən “RV WASH” avto yumanı işlədir. 2 gün olar ki, qaynı X8 onun işlətdiyi avto yumada kömək etmişdir. Səhər saat 11 radələrində oraya gəlib 6-7 radələrində isə evə getmişdir, gündəlik ona ödəniş olunmamışdır. Valideyinlərinin övladlarına işləməyinə rəsmi olaraq icazə verməmişlər və Əzizlə əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən, Əmək müqaviləsi yazılı formada bağlanır. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. İş materiallarından müəyyən olunmuşdur ki, X1 və xx.xx.2007-ci il təvəllüdlü X5 Xətai Rayon Polis İdarəsində verdiyi izahatlardan görünür ki, X8 2 gün müddət ərzində ünvan 2 ünvanında yerləşən “RV WASH” avto yumada işləmişdir. X8 əmək müqaviləsi bağlanmadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X4 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-886/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-886/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver