Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-888/2023 14.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X7 Şəxs Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 07 yanvar 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Şəxs Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X5 sorğusuna əsasən mülkiyyətində olan “Toyota Land-Cruiser GXR” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X6 verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Bank olmayan Kredit Təşkilatı MMC-nin və səlahiyyətli orqanın nümayəndələri məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Bank olmayan Kredit Təşkilatı MMC-nin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, Şəxs Bank olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə sorğu göndərərək, onun balansında olan "TOYOTA LAND-CRUİSER GXR MİNİK" markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumat verilməsini tələb etmişdir. Həmin sorğu "xxxx" BOKT MMC-yə xx.xx.2022-ci il tarixdə daxil olmuş (sorğunun çatdırılması qəbzi iş materiallarında mövcuddur). Buna cavab olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə xx.xx.2022-ci il tarixdə 1946/22 saylı məktub ünvanlanmışdır. Bu məktubda sözügedən nəqliyyat vasitəsinin idarəçisi barədə məlumatlar əks olunmuşdur. Buna baxmayaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin pozulmasına dair xx.xx.2023-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC sorğu daxil olduğu günün ertəsi - xx.xx.2022-ci il tarixdə 1946/22 saylı məktubla nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatları cavablandırmışdır. "TOYOTA LAND-CRUİSER GXR MİNİK" markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə məlumat məktubda 20-ci sırada qeyd edilmişdir. Həmin məktubun Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə çatdırılmasını təsdiq edən poçt qəbzinin əsli iş materiallarına əlavə edilir. Göründüyü kimi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Digər bir tərəfdən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən göndərilən cavab məktubundan aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən 5 gün ərzində daxil olmuş sorğuları lazımı bütün məlumatları özündə əks etdirən bir məktubla cavablandırır. Belə olan halda digər sorğularla bağlı hər hansı mübahisə olmaması, hazırkı mübahisə üzrə tərtib edilmiş protokolun absurd, qanunsuz və əsassız olmasını bir daha sübut edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X5 sorğu məktubundan görünür ki, hüquqi şəxs Şəxs Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “Toyota Land-Cruiser GXR” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs xx.xx.2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X7 tərəfindən “Toyota Land-Cruiser GXR” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs Şəxs Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətindən xahiş olunmuşdur; SS714924336AZ saylı xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X5 sorğu məktubu xx.xx.2022-ci il tarixdə hüquqi şəxs Şəxs Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətində “Əliyeva N.” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Şəxs Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən və ona əlavə edilmiş çıxarışdan görünür ki, “Toyota Land- Cruiser GXR” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı X1 idarə etməsi haqqında məlumat 5 gün keçmədən Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X6 göndərilmişdir; Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X5 04 yanvar 2023-cü il tarixli 3-13-55 nömrəli məktubundan görünür ki, "xxxx" MMC tərəfindən sorğuya vaxtında cavab verilmədiyi üçün onun barəsində Xətai RPİ-nin DYPŞ-də inzibati icraatın başlanılması barədə "xxxx" MMC-yə məlumat verilmişdir; Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X5 Yol patrul xidməti inspektoru polis leytenantı X2 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 07 yanvar 2023-cü il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X5 sorğusuna əsasən mülkiyyətində olan “Toyota Land-Cruiser GXR” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X6 verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin ərizəsini dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X5 sorğu məktubu xx.xx.2022-ci il tarixdə hüquqi şəxs Şəxs Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətində “Əliyeva N.” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmiş, sorğuya cavab məktubu hüquqi şəxs Şəxs Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə, yəni 5 gün keçmədən Xətai rayon Polis İdarəsinin DYPŞ-nə ünvanlanmış və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Bank olmayan Kredit Təşkilatı MMC-nin məhkəməyə ünvanladığı məktubla da həmin fakt öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hüquqi şəxs tərəfindən məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-888/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-888/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver