Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-888/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə səaliyyətli nümayəndəsi X1, Azərbaycan Respublikası Dövlət Miqrasaiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Miqrasaiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Dövlət Miqrasaiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən daxil olmuş 10 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyyə Respublikasının vətəndaşı xx.xx.1992-ci il təvəllüdlü X4 iş icazəsi olmadan "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mexanika üzrə mühəndis vəzifəsində işə cəlb olunması göstərilmişdir. Məhkəmə iclasında Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Türkiyyə Respublikasının vətəndaşı Özkan Polat Azərbaycan Respublikasında işə götürən tərəfindən işə götürülməsi ilə bağlı müraciət olunmuşdur. Həmin müraciətə baxılması zamanı müəyyən olunmuşdur ki, əmək icazəsinin müddəti xx.xx.2024-cü ildə bitməsinə baxmayaraq sistemdə adına aktiv əmək müqaviləsi bildirişi mövcud olunmuşdur. Bunun əsasında "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, hüquqi şəxs "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının səaliyyətli nümayəndəsi X2 inzibatə xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, protokolda işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin işə cəlb edilərək inzibati xəta törətdiyi qeyd edilmişdir. Nəzərə çatdırır ki, X5 iş icazəsinin müddətinin 08 dekabr 2024-cü ildə bitmişdir. Lakin şöbələr arasında baş vermiş məlumat itkisinə və texniki xətaya görə işçinin iş icazəsinin uzadılmasıyla bağlı müraciət 24 dekabr 2024-cü il tarixində edilmiş və işçinin əmək müqaviləsinin sistemdə aktiv olduğu aşkar edilmiş və dərhal işçinin əmək müqaviləsinə xitam verilmişdir. Halbuki bu dönəmdə işçi faktiki olaraq hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. Qeyd edilənlər dəfələrlə DVX-nə bildirilmiş, lakin DVX yalnız sistemdə əmək müqaviləsinin aktiv olduğu əsasını gətirərək, xüsusi halları nəzərə almamışdır. Bildirmək istəyir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı olaraq onlar bir sıra böyük layihələrin icrasını həyata keçirirlər. Şirkət tikinti sahəsindəki reputasiyasını da nəzərə alaraq belə mütəxəssislərin qanuni olaraq işə cəlb edilməsi və AR Miqrasiya qanunvericiliyinin bütün tələblərinə əməl edilməsi Şirkətlərinin ədalətlilik və şəffaflıq kimi əsas prinsiplərinə birbaşa xidmət edir və bunun təmin edilməsində birbaşa olaraq maraqlıdır. Əlavə olaraq qeyd etmək istəyir ki, işəgötürən olaraq tərəflərindən qəsdən qanun pozuntusuna yol verilməmiş, əksinə, texniki xəta səbəbindən gecikmə baş vermiş və bu hal aşkar edilən kimi dərhal düzəliş edilmişdir. Həmçinin, yuxanda da bildirdiyi kimi işçi 08 dekabr 2024-cü il tarixindən etibarən faktiki olarak əmək fəaliyyəti ilə məşğul olmamışdır. Bununla Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 578.1-ci maddəsinin məqsədini nəzərə alaraq tərəfindən bu məqsədə xələl gətiriləcək hər hansı qəsdən edilmiş bir pozuntuya yol verilməmişdir. Yuxarıda sadalanan normalarının tələblərindən göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur. Lakin tərəflərindən AR İXM-nin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmamış, işçi faktiki olarak əmək fəaliyyəti ilə məşğul olmamış və bununla əlaqədar olaraq DVX tərəfindən təsdiqedici hər hansı sübut təqdim edilməmişdir. Əlavə olaraq bildirir ki, Türkiyyə Respublikasının vətəndaşının əmək icazəsi xx.xx.2024-cü ildə iş icazəsi bitib. Bu sadəcə texniki xəta səbəbindən olmuşdur. Həmin xətanı onlar xx.xx.2024-cü ildə aşkar ediblər. Bu faktı aşkar edən kimi dərhal xitam verilib. İXM-nin 578.1-ci maddəsinə əsasən qəsd olmalı və qanunvericilikdən boyun qaçırmaqdır. xx.xx.2024-cü il tarixdə "xxxx" Şirkəti tərəfindən təkrar müraciət olunubdur. Həmçinin əlavə edilmiş sənədlərdəndə görünür ki, xx.xx.2024-dən sonra işə cəlb edilməyibdir. Dəfələrlə bunu Miqrasiya Xidmətinə bildirsələrdə bunu nəzərə almamışlar. Qeyd olunanları nəzərə alaraq, işin faktiki hallarını və noqmanın məqsədini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə olunmuş izahatdan görünür ki, Özkan Polat iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuş barəsində İXM-in 575.1.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərara qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialında Türkiyyə Respublikasının vətəndaşı X7 mühəndis, mexanika vəzifəsində işlədiyi müəyyən olunmuşdur. U26947486 nömrəli pasportdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X7 Türkiyyə Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən ünvan 2 ünvanında yaşayan X6 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iş icazəsi olmadan əmək müqaviləsi əsasında Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialında mühəndis, mexanika vəzifəsində işləməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qeyd olunan poznutunun araşdırılması ilə bağlı şəxsiyyətini təsdiq edən sənədlə 10.01 2025-ci il tarixdə saat 11:00-da Miqrasiya nəzarəti baş idarəsinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 189) gəlməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, aparılmış araşdırma zamanı Türkiyə Respublikasının vətəndaşı X4 iş icazəsi olmadan əmək müqaviləsi əsasında Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialında mühəndis, mexanikə vəzifəsində işləməsi faktı aşkar edilmişdir. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılması ilə əlaqədar MMC-nin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlə xx.xx.2025-ci il tarixdə saat 11:00-da Miqrasiya nəzarəti baş idarəsinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 189) gəlməsi xahiş olunmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialında mexanika üzrə mühəndis vəzifəsində işə qəbul olunmuş. Onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İşə başlama tarixi xx.xx.2023-cü ildir. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2024-cü il tarixdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialında çalışan Taylan Cetin, Aydan Alamazova, Erdal Yıldıran, İsmayıl Bağırov, Ayaz Məmmədov tərəfindən tərtib olunmuş və imzanalanmış 06 yanvar 2025-ci il tarixli akt şəklində tərtib olunmuş protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdən etibarən X8 şirkətdə çalışmadığı, iş yerinə gəlmədiyi və hər hansı əmək funksiyalarını yerinə yetirmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 63.5-ci maddəsinə əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43-48, 53, 76, 84, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15.000 (on beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-888/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-888/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver