Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-89/2024 18.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibai icraata xitam verilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə X7 Azərbaycan Respublikası İXM-nin 192.1-cü maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə edilmişdir. Lakin həmin qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi (bundan sonra Bakı şəhər İdarəsi) heç bir araşdırma aparmadan, qanunvericiliyin tələblərinə zidd inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan orqan (vəzifəli şəxs) saysız pozuntularla düzgün tərtib olunmayan inzibati xəta haqqında protokolu geri qaytarmalı olduğu halda bunu etməyərək, qanunsuz və əsassız qərar qəbul etmişdir. Bundan əlavə, o nahar etmək üçün yaxın qohumundan istifadəsindədə olan dükana baxmasını xahiş etmiş və təxminən oradan 20-25 dəqiqəlik müddətə ayrılmışdır. Həmin vaxtda müvafiq qurumun əməkdaşları yaxınlaşaraq orada olan şəxsdən orada işləməsi barədə sənəd istəmişlər o, isə dükanın sahibinin naharda olduğunu və dükana baxmağı xahiş etdiyini bildirsə də, onlar onun sözünə inanmamışlar və bu barədə akt tərtib etmişlər. Onu bununla bağlı Dost xidmətinə dəvət etdilər və o orada da həmin şəxsin satıcı olmadığını qohumu olduğunu dükana 5-10 dəqiqəlik nəzarət etməsini xahiş etdiyini bildirsə də, onun sözlərinə əhəmiyyət verilməmişdir. Eyni qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsində də, təkrar etsə də onlar da buna əhəmiyyət verməmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə edilməsinə dair qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 göstərdi ki, şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8 şikayəti əsassız hesab edərək bildirdi ki, polisdən bölməsindən iş daxil olmuşdur. Mağazada satıcı işləyən 16 yaşlı şəxs özü həmçinin Savalan Vəliyev etiraf etmişdirlər ki, günü 15-20 manata həmin mağazada işləmişdir. Həmçinin bu işlə bağlı şahidlər də dindirilmişdir. 16 yaşlı şəxs valideyn razılığı ilə işləyə bilər. X12 həmin şəxslə müqavilə bağlamamışdır. Savalan Vəliyev ilkin ifadəsində də özü etiraf etmişdir ki, həmin şəxs qohumudur və 3-4 aydır ki, orada işləyir. Qeyd edilənlərə əsasən X7 tərəfindən verilmiş şikayəti əsassız hesab edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən vəzifəli şəxs X4 barəsində tərtib edilmiş 04 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs X7 (VÖEN **********) vətəndaş X3 xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı vəzifəli şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhəri İdarəsinin 13 sentyabr 2023-cü il tarixli 3-17-5/2-35193/2023 №-li məktubundan görünür ki, X4 inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 15:00-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 1 saylı DOST Mərkəzinə dəvət olunmuşdur. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli X2 Xətai Rayon Polis İdarəsində verdiyi izahatdan görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küç.75 ünvanında yerləşən “Qadın paltarları mağazasında” 4 aya yaxındır ki, satıcı işləyir, bibisi oğlu X7 gündə ona 10-15 manat pul verir. Lakin işlədiyi müddət ərzində valideynlərindən işləməsi ilə bağlı icazə kağızı verməmişdir, həmçinin əmək müqaviləsi də bağlamamışdır. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli X4 Xətai Rayon Polis İdarəsində verdiyi izahatdan görünür ki, onun dayısı oğlu X6 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küç.75 ünvanında yerləşən “Qadın paltarları mağazasında” 4 aya yaxındır ki, onun yanında səhər saat 10:00-dan axşam saat 21:00-dək işləyir və gündəlik olaraq ona 10-15 manat pul verir. X1 valideynlərindən rəsmi olaraq işləməsi ilə bağlı nə icazə kağızı, nə də əmək müqaviləsi bağlamamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən, Əmək müqaviləsi yazılı formada bağlanır. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. İş materiallarından müəyyən olunmuşdur ki, X4 və X2 Xətai Rayon Polis İdarəsində verdiyi izahatlardan görünür ki, X6 4 aya yaxın müddət ərzində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küç.75 ünvanında yerləşən “Qadın paltarları mağazasında” satıcı olaraq işləmişdir. X6 əmək müqaviləsi bağlanmadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X7 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X7 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-89/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-89/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver