Məhkəmə qərarları › İş №3(011)-9/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-9/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-9/2024 07.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi ilə, X1 İXM-in 339.1-1-ci maddəsi ilə barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ 17455579 saylı, 14 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 İXM-in 339.1-1-ci maddəsi ilə barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ 17455579 saylı, 14 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərardan şikayət vermişdir. Məhkəmə iclasında X3 Arif qızı şikayətə baxılmasını tələb etmədiyini, şikayətin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Ona görə də məhkəmə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə İXM-ə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsindən asılıdır. Bu səbəbdən də şikayətçi şikayətinin geri qaytarılmasını tələb etdiyindən şikayətə baxılmayaraq geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar