Məhkəmə qərarları › İş №3(011)-9011/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-9011/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9011/2025 29.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəfərov Samid Sadiq oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1971-ci il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 29 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1280/2022, 2(011)-893/2023 saylı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4041/2025, 8(103)-204/2024, 2(103)-486/2025 və 2(103)-520/2022 saylı icra sənədləri üzrə tələblər Şəxs tərəfindən könüllü olaraq icra edilməmiş və o, icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya tələbin icrası üçün bildirişlər göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamələrin icraları tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icralarını tam təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Gözəlov X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, barəsində qəbul edilmiş icra sənədlərindən xəbəri vardır və borcunu ödəməkdən imtina etmir. O, borcunun hissə-hissə ödənilməsi üçün məhkəməyə müraciət etmiş və borcunun hər ay 500 manat olmaqla ödənilməsini xahiş etmişdir. Maddi imkanı zəif olduğundan, heç bir yerdə çalışmadığından və şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyindən borcunu tam olaraq ödəyə bilməmişdir. Həmçinin, bu vaxtadək borcundan ümumilikdə 50000 manatdan çox ödəniş edilmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, maddi imkanının zəif olduğunu bildirərək barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X7 hüquqlarını müdafiə etdiyi şəxsin izahatında göstərdiyi halları təsdiqləyərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 8(103)-204/2024 saylı, 10 dekabr 2024-cü il tarixli icra sənədindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulmalı olan (59.248,40 manat), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmalı olan (6.451,84 manat), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə tutulmalı olan (4.132,54 manat) cəmi 69.832,78 manat məbləğ 2023-cü il üzrə indeksasiya olunmuş və borclu Şəxs tələbkar X3 xeyrinə 6.145 (altı min yüz qırx beş) manat 28 (iyirmi səkkiz) qəpik pulun tutulması qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-204/2024 saylı, 10 dekabr 2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmişdir; bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 nömrəli, xx.xx.2020-ci il, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı, xx.xx.2021-ci il, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8405/2021 nömrəli, xx.xx.2021-ci il, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1825/2022 nömrəli, xx.xx.2022-ci il, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 nömrəli, xx.xx.2022-ci il, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1280/2022 nömrəli, xx.xx.2022-ci il, Bakı şəhəri 54 saylı xx.xx.2023-cü il, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-893/2023 nömrəli, xx.xx.2023-cü il, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-204/2024 nömrəli, xx.xx.2024-cü il və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri birləşdirilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 3410,34 (üç min dörd yüz on manat otuz dörd qəpik) manat məbləğində pul vəsait və iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş (60+30=90) 90 (doxsan) manat dövlət rüsumunun alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 2304,10 (iki min üç yüz dörd manat 10 qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsi və apellyasıya şikayətinin verilməsi ilə bağlı ödənilmiş (30+15=45) 45 (qırx beş) manat dövlət rüsumunun alınaraq iddiaçı X6 verilməsi qərara alınmışdır; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1280/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, 3491,64 manat məbləğində pul və 51,60 manat məbləğində dövlət rüsumu, cəmi 3543,24 manat pulun Şəxs alınaraq X6 ödənilməsi, ödənilmiş dövlət rüsumunun 8,40 manat hissəsi iddiaçıya aid edilməsi, ekspertiza xərcinin 86 manat hissəsinin Şəxs, 14 manat hissəsi isə X2 alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1280/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs ooğlundan 14 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 59.218,40 manat (53.000 manat əsas borc, 6.218 manat məzənnə fərqi) borc məbləğinin 2022-ci ıl üzrə gecikdirilmiş vaxt üçün 5 faizi olmaqla 2.960,92 (iki min doqquz yüz altmış manat doxsan iki) manat məbləğində maddi ziyanın iddiaçı X6 ödənilməsi, ödənilmiş 60 manat dövlət rüsumunun 49.20 (qırx doqquz manat iyirmi qəpik) manatının cavabdeh Şəxs alınaraq iddiaçıya ödənilməsi, qalan 10.80 (on manat səksən qəpik) manatın iddiaçı X3 özünə aid edilməsi qərara alınmışdır; icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4041/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, zərər olaraq 2.960,92 manat məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş (60+30) 90 manatın 74 manatı məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qərara alınmışdır; icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4041/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmişdir; "xxxx" ASC tərəfindən verilmiş və “Birbank” ödəniş tətbiqindən əldə edilmiş qəbzlərdən görünür ki, Şəxs tərəfindən icra sənədləri üzrə xx.xx.2024-cü il tarixdə 10000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat,xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2025-ci il tarixdə 5000 manat, xx.xx.2025-ci il tarixdə 8000 manat, xx.xx.2025-ci il tarixdə 5000 manat, xx.xx.2025-ci il tarixdə 5000 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat və xx.xx.2025-ci il tarixdə 400 manat məbləğində ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin 8(103)-204/2024 saylı, 10 dekabr 2024-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1280/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4041/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-204/2024 saylı, 10 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X3 xeyrinə 6.145 (altı min yüz qırx beş) manat 28 (iyirmi səkkiz) qəpik pulun ödənilməsinin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 3410,34 (üç min dörd yüz on manat otuz dörd qəpik) manat məbləğində pul vəsait və ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun alınaraq iddiaçı X6 ödənilməsinin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2304,10 (iki min üç yüz dörd manat 10 qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsi və apellyasıya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun alınaraq iddiaçı X6 tutulmasının, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1280/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cəmi 3543,24 manat pulun Şəxs alınaraq X6 ödənilməsinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs ooğlundan 14 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 59.218,40 manat borc məbləğinin 2022-ci il üzrə gecikdirilmiş vaxt üçün 5 faizi olmaqla 2.960,92 (iki min doqquz yüz altmış manat doxsan iki) manat məbləğində maddi ziyanın və ödənilmiş 60 manat dövlət rüsumunun 49.20 (qırx doqquz manat iyirmi qəpik) manatının cavabdeh Şəxs alınaraq iddiaçıya ödənilməsinin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4041/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən zərər olaraq 2.960,92 manat məbləğində pulun iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 90 manatın 74 manatı məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı X3 xeyrinə ödənilməsinin qət edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən yayınmışdır. Bunlar, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar