Məhkəmə qərarları › İş №3(011)-9014/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-9014/2025

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9014/2025 18.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, X20 oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 17 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, m ü ə y y ə n e t d i: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 17 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, X6, X14 Xidməti tərəfindən xx.xx.2024 tarixində tərtib edilmiş MN №1932137 saylı protokol və xx.xx.2024 tarixli MN №1612762 saylı qərar əsasında İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Qərar ona yalnız xx.xx.2025-ci il tarixində rəsmi qaydada təqdim edilmişdir (ƏƏSMN-in möhürlü təqdimat məktubu ilə). Qanunvericiliyə əsasən, inzibati qərardan şikayət təqdim edildiyi tarixdən etibarən 10 gün ərzində verilə bilər. Bu səbəbdən, qanuni müddət çərçivəsində bu şikayəti təqdim edir. Eyni inzibati fakt "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı məsələ üzrə X14 artıq MMC barəsində inzibati icraat aparmış və 20.000 manat cərimə tətbiq etmişdir. Bu iş üzrə Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024 tarixli, 3(103)-1498/2024 saylı qərarı ilə Xətai Rayon Məhkəməsinin qərarını ləğv etmiş və inzibati icraata xitam vermişdir. Qərarda göstərilmişdir ki, inzibati pozuntu faktı aşkar edilməmişdir. Bundan əlavə, protokolda adı çəkilən X18, eləcə də müəssisənin əməkdaşları Həsənov Orxan və Köçəriyeva Rəna Bakı Apellyasiya Məhkəməsində iştirak edərək, heç bir qayda pozuntusunun olmadığını açıq şəkildə bildirmişlər. Aydan Emin qızı ifadəsində etiraf etmişdir ki, əvvəlki müraciətini emosional vəziyyətdə və tələsik yazmış, əslində isə göstərilən tarixlərdə müəssisədə işlədiyini və pozuntu olmadığını təsdiqləmişdir. Beləliklə, inzibati orqan tərəfindən təqdim edilmiş materiallarda hüquq pozuntusuna rastlanmamışdır. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X6 şikayəti müdafiə edərək əlavə olaraq izahatında göstərmişdir ki, X3 yoldaşları işləyirdi. Xanım kafeyə sadəcə gedibgəlirdi. Sonradan özü orada işləmək istəmişdir. Uyğun olmadığını desələr də, bir neçə dəfə təkrar istəmişdir. Yanvarda işə götürmüşlər, lakin görmüşlər ki, işləyə bilmir. Şəxsi rəsmi işə qəbul edib azad etmişlər. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 17 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 17 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X15 "xxxx" MMC-də xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixdən AR ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuş əmək müqaviləsinə (xx.xx.2024-cü il tarixli) xx.xx.2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq son haqq-hesab gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Bununla X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1498/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 tərəfindən verilmiş şikayət təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair 07 iyul 2024-ci il tarixli, 3(011)-2216/2024 saylı qərarı ləğv edilməsi və barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin vaxt işləmiş əməkdaşları X12 və X9 hər biri ayrı-ayrılıqda izahat verərək bildirmişlər ki, X8 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 12 dekabr 2023-cü il tarixindən 19 yanvar 2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir, X15 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 19 yanvar 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək rəsmi qaydada işləmişdir. X15 izahat verərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 19 yanvar 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək rəsmi qaydada çalışmışdır, 12 dekabr 2023-cü il tarixindən 19 yanvar 2024-cü il tarixədək orada rəsmi və qeyri rəsmi çalışmamışdır, 05 fevral 2024-cü il tarixdə işdən çıxdıqdan sonra problemləri olduğu üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 12 dekabr 2023-cü il tarixindən 19 yanvar 2024cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə ərizə vermişdir, lakin o, həmin vaxtlar orada işləməmişdir və hal-hazırda da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 135-ci maddəsinə əsasən aşağıdakılar inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 noyabr 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 noyabr 2016-ci il tarixli qərarına görə preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş cinayət ittihamı anlayışı ilə əlaqədar formalaşmış presedentlərinə əsasən sosial təminat üzrə qanunvericik əleyhinə hüquq pozuntuları (məşğulluğun bəyan edilməməsi, təyin edilən cərimənin mülayim xarakterinə baxmayaraq, X10rşı, §§ 18-21) inzibati hüquq pozuntuları 6-cı Maddənin cinayət hüququ aspektinin tətbiq dairəsinə daxildir. Bundan əlavə 1) sözügedən hüquqi normanın hamı üçün məcburi xarakter daşımasına (Bendenun Fransaya qarşı, $ 47), 2) icraatın qanunla müəyyən edilmiş icranın məcburi təmin edilməsi səlahiyyəti olan dövlət orqanı tərəfindən başladılmasına (X7rsı, $ 56), 3) hüquqi normanın məqsədinin cəzalandırma, məqsədi daşımasına (Öztürk Almaniyaya qarşı, $ 53, Bendenun Fransaya qarsı, $ 47), 4) cəzanın təyin edilməsi təqsirin müəyyən edilməsindən asılı olmasına (X7rşı, $ 56) görə məhkəmə hesab edir ki, hazırkı inzibati xəta barədə qərarın cinayət ittihamı kimi qəbul edilməsi və cinayətprosessual qanunvericiliyin normalarının işə tətbiqi tamamilə yolveriləndir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1498/2024 saylı res judicata – yekun və qəti qərar statusu almış qərarı ilə müəyyən edilmişdir ki, X15 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 12 dekabr 2023-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Nəticə etibari ilə eyni məzmunlu, yəni X8 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında işə Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1498/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə işin icraatına xitam verilmişdir. Göründüyü kimi eyni məzmunlu inzibati iş barədə artıq qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1498/2024 saylı qərarı mövcuddur və həmin qərar birinci instansiya məhkəməsi üçün məcburi xarakter daşıyır. Bununla da, X4 inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 128, 129, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 17 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar