Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-9057/2025 31.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi ilə, X1 AR Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin 18 iyul 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək, AR Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin 18 iyul 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini buraxdığından və müddətin bərpası üçün vəsatət təmin edilmədiyindən şikayətin icraata qəbuldan imtina olunmalı və geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan AR Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin 18 iyul 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. İş materiallarından görünür ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi təxminən 03 ay 12 gün sonra, yəni 30 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 AR Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin 18 iyul 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin icraata qəbulundan imtina olunmalı və geri qaytarılmalıdır. qızına X2 qərardadda göstərilən nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 120- 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 AR Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin 18 iyul 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin icraata qəbulundan imtina olunsun və şikayət və əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-9057/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-9057/2025
31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver