Məhkəmə qərarları › İş №3(011)-9118/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-9118/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9118/2025 06.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Bakı şəhər X11 İdarəsinin 10 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsini və inzibati icraatın dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-4013/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən X4 Azərbaycan Respublikası İXM-nin 327.1-1 və 327.7-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli Bakı şəhər DYP tərəfindən tərtib edilmiş 327.1 və 327.7-ci maddələri üzrə inzibati xəta haqqında qərarla razı deyil. Qərarda göstərilən pozuntu ilə razı deyil, çünki xx.xx.2025-ci il tarixində hakim Sadıxov Rafael Adil oğlunun sədrliyi ilə keçirilən Bakı şəhəri Xətai Rayon Məhkəməsi iş №3(011)-7251/2025 üzrə Azərbaycan Respublikasının İXM-nin 32, 33, 114, 115, 117-ci maddələri rəhbər tutularaq məhkəmə İXM-nin 327.1-1 və 327.7-ci maddələri ilə qərar qəbul etmişdir. Qərara əsasən inzibati xətanın yenidən yoxlanılması və nəqliyyat vasitəsini kimin idarə etməsi dəqiqləşdirilməlidir. Lakin Bakı şəhər DYPİ polis kapitanı X5 qərara məhəl qoymamış, dəlil olmadığı halda inzibati xətanı onun üzərində saxlamışdır. Qeyd etməlidir ki, **-FK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin son etibarnaməsi X3 üzərindədir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, inzibati xəta hadisəsinin qeydə alındığı zolağın ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmasını təsdiqləyən yol nişanı yolun kənarında quraşdırılmamışdır və bu hal həmin yolun görüntüsünü özündə əks etdirən videogörüntü ilə də təsdiqini tapır. Bundan əlavə hadisə zamanı nəqliyyat vasitəsi ümumiyyətlə onun tərəfindən idarə edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X11 İdarəsinin polis kapitanı X5 tərəfindən tərtib olunmuş 10 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 08:05-də Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində “Ford Fusion minik” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi və il ərzində 20 və daha çox bal toplaması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1 və 327.7-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. 327-7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 10 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X4 xx.xx.2025-ci il tarixdə, saat 08:05-də Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində “Ford Fusion minik” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi və il ərzində 20 və daha çox bal toplaması göstərilmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, inzibati xəta hadisəsinin qeydə alındığı zolağın ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmasını təsdiqləyən yol nişanı yolun kənarında quraşdırılmamışdır və bu hal həmin yolun görüntüsünü özündə əks etdirən videogörüntü ilə də təsdiqini tapır. Bundan əlavə hadisə zamanı nəqliyyat vasitəsi ümumiyyətlə onun tərəfindən idarə edilməmişdir. X2 tərəfindən məhkəməyə təqdim olunan 01 ədəd diskdə olan görüntüyə baxış zamanı müəyyən olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yolun ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmasını göstərən 5.9, 5.10.1– 5.10.3 yol nişanlarının quraşdırılmadığı müəyyən edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, şəxsin barəsində tərtib edilmiş 10 oktyabr 2025-ci il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində tərtib olunmuş 10 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-1 və 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti təmin edilməli, Bakı şəhər X11 İdarəsi tərəfindən tərtib olunmuş 10 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Bakı şəhər X11 İdarəsi tərəfindən tərtib olunmuş 10 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar