Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-921/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi «xxxx» Qapalı Səhmdar Cəmiyyəti X16 Donanmasının rəisi X1 müdafiəçisi X6, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, «xxxx» Qapalı Səhmdar Cəmiyyəti X16 Donanmasının rəisi X1 Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «xxxx» Qapalı Səhmdar Cəmiyyəti X16 Donanmasının rəisi X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şkayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən “xxxx” Qapalı Səhmdar Cəmiyyəti X16 Donanması tərəfindən İXM-nin 233, 239 və 264.01-ci maddələrinin tələbləri pozulduğu qeyd edilərək, XDND-nin rəisi X7 barəsində xx.xx.2020-ci il tarixli, 65324 saylı akt və MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 65324 saylı akt və MN0300115 saylı protokol əsasında xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərar verilmiş və XDND-nin rəisi 3500 manat məbləğində cərimə edilmişdir. XDND tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilmiş və ETSN tərəfindən xx xxxxxx 2020-ci il tarixdə ETSN- 02/202Q saylı qərarla təmin edilməmişdir. İXM-nin 233.1, 239, 264.0.1-ci maddələri ilə inzibati xətanın törədilməsi Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 65324 saylı aktla və MN ******* saylı protokolla əsaslandırılır. Aktda qeyd olunan pozuntularla bağlı cavabdeh hər hansı bir sübut növünü protokola əlavə etməmiş və nəticə etibari ilə birtərəfli akt tərtib etmişdir. Belə ki, aktda qeyd olunan inzibati hüquqpozmaları ilə bağlı hər hansı bir fotoşəkil, inzibati xətanı törədən şəxslərin izahatları nəinki əlavə olunmamış, hətta XDND-nin ƏMTTE şöbəsinin ekoloqu Elşad Məmmədov adı aktda qeyd olunmuş və onun bu barədə heç bir məlumatı olmamışdır. Aktda qeyd olunan inzibati xətalar tərəflərindən törədilməmişdir və akta əsaslanaraq protokolun tərtib edilməsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinə ziddir, əsassız və qanunsuzdur. İXM-nin 100-cü maddəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinin qayda və əsasları qeyd edilir. İXM-nin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin izahatları alınmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən X16 Donanmasının hər hansı əməkdaşından izahatının alınması və yaxud alınmış izahatın protokola əlavə edilməsi barədə heç bir məlumat yoxdur. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları izah edilir və bu barədə protokolda müvafiq qeyd edilir və izah edilən şəxsin imzası ilə təsdiq edilir. İş materiallarına əlavə edilmiş MN ******* saylı protokolda hüquqları izah edilən şəxsin imzasına rast gəlinmir və bununla da 100.2-ci maddənin tələbləri aşkarcasına kobud şəkildə pozulmuşdur. İXM-nin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli halların əsasları qeyd edilmişdir, inzibati xəta hadisəsi (inzibati xəta tərədilmişdirmi), inzibati xətanı törətmiş şəxs, inzibati xətanı törətməkdə şəxsin təqsiri. İXM-nin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xətanı törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən 65324 saylı akt və MN0300115 saylı protokol tərtib edilərkən aşağıda qeyd olunan pozuntulara yol verilmişdir. Belə ki, aktda qeyd olunan xx.xx.2020-ci il tarixli, 00035 saylı sərəncam yoxlama başlayarkən DETX nümayəndələri tərəfindən XDND-na təqdim edilməmişdir. DETX əməkdaşları yoxlamaya əsas kimi xx.xx.2020-ci il tarixdə X14 Monitorinq İdarəsinin keçirdiyi monitorinq yoxlaması zamanı XDND-nin sahil akvatoriyasının dəniz suyundan götürülmüş nümunələrin nəticələrinə istinad edirlər. Nümunələrin nəticələrinin çirkli olmasına səbəb, çirkab suları ilə qarışıq “Əhmədli” yağış suları kollektorunun birbaşa XDND-nın sahil akvatoriyasına axıdılmasıdır. Qeyd olunanları mütəmadi olaraq həmin ərazidən su nümünələri götürən X14 Monitorinq idarəsinin əməkdaşları müşahidə etdiklərindən təsdiq edə bilərlər. Qeyd etmək istərdik ki, XDND-nin birbaşa dənizə axıntısı yoxdur və bütün çirkab sular “xxxx” ASC ilə bağlanmış müqavilə əsasında ASC-nin kanalizasiya şəbəkəsinə ötürülür (müqavilənin sürəti əlavə olunur). Qeyd olunan xüsusat, XDND-nin AR İXM-nin 233-cü maddəsi ilə təqsirli bilinib cərimə edilməsinin əsassız və qanunsuz olmasını sübuta yetirir, belə ki, çirkab suların xxxx ASC-nin kanalizasiya sisteminə axıdılması, XDND-nin dənizə hər hansı bir çirkab suların axıtmamasına dəlalət edir. İXM-nin 239-cu maddəsi ilə təqsirli hesab edilmələri qanunsuz və əsasszıdır, belə ki, XDND tərəfindən 2-TG su təsərrüfatı illik statistik hesabatı tərəflərindən tərtib edilərək, MC11/02-145 saylı xx.xx.2020-ci il tarixli məktub ilə adı çəkilən hesabatların razılışdırılması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik İdarəsinə göndərilmişdir. XDND-nin ekoloji yönümlü normativ sənədləri ƏMTTE şöbəsində saxlanılır. Aktda qeyd olunan “ekoloji pasport” və “Buraxıla bilən tullantı həddi normaları” sənədləri yenilənmişdir və təsdiq olunması üçün xx.xx.2020-ci il tarixli, Mİ 05/02-444 saylı məktub ilə DETX-yə və xx.xx.2020-ci il tarixli, Mİ 05/02-445 saylı məktublar ilə ETSN Dövlət X4 müraciət edilmiş və müsbət rəy alınmışdır. Qeyd olunanlar XDND-nin İXM-nin 239-cu maddəsi ilə təqsirli olmamasını birbaşa və aşkarcasına sübuta yetirir. İXM-nin 264.0.1-ci maddəsi ilə XDND-nin təqsirli bilinməsi qanunsuz və əsasızdır, belə ki, XDND-nin gəmilərində formalaşan tullantılar təkrar olaraq sahildə yerləşən tullantıların qəbulu məntəqəsinə gətirilərək yenidən çeşidlənməsi aparıldıqdan sonra müqavilələr əsasında adı çəkilən tullantıların emal və utilizasiyası üzrə ixtisaslaşmış şirkətlərə təhvil verilir. Belə ki, AXDG QSC ilə “xxxx” MMC arasında xx.xx.2019-cu il tarixdə XA-0559 saylı müqavilə imzalanmış və müqaviləyə əsasən bütün növ maye, çirkab tullantıların daşınmasını qeyd olunan şirkət həyata keçirmişdir. Qeyd olunanlardan müəyyən olunmuş ki, ETSN tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 65324 saylı akt və MN ******* saylı protokol qanunsuz və əsassız olmuşdur. Belə ki, təqdim olunmuş sənədlərdən sübuta yetirilir ki, XDND tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. ETSN tərəfindən tərtib olunmuş akt və protokol hər hansı bir sübuta əsaslanaraq tərtib olunmamış, formal mülahizələrə əsaslanmışdır. Bununla da Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarın qanunsuz və əsassız olması sübuta yetirilir. ETSN tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında ETSN-02/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı XDND-yə poçt vasitəsi ilə xx.xx.2021-ci il tarixdə daxil olmuş və qanunla məhkəməyə müraciət etmək üçün tərəflərindən müddət buraxılmamışdır. Şikayətçi «xxxx» Qapalı Səhmdar Cəmiyyəti X16 Donanmasının rəisi X7 şikayətinin hüquqi əsası kimi İXM-nin 14, 15, 133.2.8-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi «xxxx» Qapalı Səhmdar Cəmiyyəti X16 Donanmasının rəisi X1 müdafiəçisi X8 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu bildirərək göstərdi ki, X14 Monitorinq İdarəsindən «xxxx» QSC-nin X16 Donanması ilə əlaqədar daxil olmuş xx.xx.2020-ci il tarixli məlumat bülletenində qeyd olunanlar, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin xx.xx.2020-ci il tarixli, 00095 saylı qərar (sərəncamına) əsasən, X16 Donanması İdarəsində “X12 haqqında”, “Ekoloji Təhlükəsizlik haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, Su Məcəlləsinə və X12 sahəsində mövcud olan digər hüquqi normativ aktların tələblərinin icra vəziyyəti araşdırılmış, araşdırma donanmanın ekologiya şöbəsinin mühəndisi Elşad Məmmədovun iştirakı ilə keçirilmişdir. XDND-nin “Liman Bazar yanalma körpüsünün ətrafından götürülmüş dəniz suyu nümunəsi üzərində aparılmış analitik təhlillərin nəticəsinə görə sintetik səthi aktiv maddələr (SSAM) 1,4 dəfə normadan artıq müəyyən edilmişdir. Mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirkli olmuşdur. Bağırsaq çöpü bakteriyalarının miqdarı – 56 200 ədəd/litr, enterobakteriyaların miqdarı - 65 000 və şərti patogen xəstəliktörədən bakteriyaların (E.coli) miqdarı - 770 000 ədəd/litr olması müəyyən olunmuşdur. Xəstəlik törədən bakteriyaların miqdarı normadan 154 dəfə çox olmuşdur. xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokolla «xxxx» Qapalı Səhmdar Cəmiyyəti X16 Donanmasının rəisi X7 İXM-nin 233, 239, 264-cü maddələrinin tələblərinin pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla «xxxx» Qapalı Səhmdar Cəmiyyəti X16 Donanmasının rəisi X3 İXM-nin 264.0.1-ci maddəsində nəzərədə tutlmuş inzibati xətanı törətdiyinə görə 3500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq şikayətin rədd edilməsini xahiş etmişdir. X16 Donanmasının müvafiq müqavilələr bağlaması onu “X12 haqqında”, “Ekoloji Təhlükəsizlik haqqında” qanunvericiliyin tələblərinə əməl etməsindən azad etməmişdir. Qeyd olunanları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 65324 nömrəli aktda qeyd edilmişdir ki, X14 Monitorinq İdarəsindən «xxxx» QSC-nin X16 Donanması ilə əlaqədar daxil olmuş xx.xx.2020-ci il tarixli məlumat bülletenində qeyd olunanlar, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin xx.xx.2020-ci il tarixli, 00095 saylı qərar (sərəncamına) əsasən, X16 Donanması İdarəsində “X12 haqqında”, “Ekoloji Təhlükəsizlik haqqında”, “X5 haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, Su Məcəlləsinə və X12 sahəsində mövcud olan digər hüquqi normativ aktların tələblərinin icra vəziyyəti araşdırılmış, araşdırma donanmanın ekologiya şöbəsinin mühəndisi Elşad Məmmədovun iştirakı ilə keçirilmişdir. X16 Donanmasında 3200 nəfər işçi heyəti olmaqla, balansında olan müxtəlif təyinatlı gəmiləri ilə SOCAR-ın Xəzər dənizində yerləşən neft-qaz yataqlarında yüklərin və sərnişinlərin daşınması, xüsusi təyinatlı gəmilər vasitəsi ilə texniki xidmət göstərməkdən ibarətdir. Donanmanın ekoloji normativ sənədlərindən, yol verilən axıntı həddi normativ layihə sənədi, təhlükləli tullantılar pasportu təqdim olundu. Ekoloji pasport, buraxıla bilən tullantı həddi normativ sənədi araşdırma zamanı təqdim olunmadı. Donanmanın 2 TC – hava və 2 TC – su Təhlükəli Tullantıların əmələ gəlməsi və hərəkətinə dair illik statistik hesabatları 2019-cu ilin yekununa görə X12 Departamenti tərəfindən razılaşdırılmışdır. 2 TC – Su Təsərrüfatı illik statistik hesabatında qeydlərin düzgün aparılmadığı su obyektinə axıdılan suyun tərkib göstəricilərinin qeyd olunmadığı səbəbindən hesabatın yenidən işlənilməsi məqsədi ilə razılaşdırılmadan geri qaytarılmışdır. Hesabatın yenidən işlənərək nazirliyə razılaşdırılması məqsədi ilə təqdim olunmaması, Donanmanın içməli suya olan tələbatı “xxxx” ASC ilə bağlanmış müqavilə əsasında şəhər su kəmərindən il ərzində 296,4000 m3 götürülən suyun hesabına ödənilir. Bu sudan 57,6000 m3-lik təsərrüfat məişətdə stifadə olur, suvarmada 6,0 min m3, qalan 224,2000 m3 su istifadə olunmadan digər istehlakçılara verilməsi hesabtada qeyd olunmuşdur. 50,98000 m3-lik su isə kanalizasiya şəbəkəsinə axıdıldığı qeyd olunmuşdur. Hesabatın 2-ci bölməsində axıdılması və keyfiyyəti qeyd olunan su həcmlərinə gəldikdə isə 5,22000 m3 məişətçirkab suyunun təmizlənmədən Xəzər dənizinə axıdılması qeyd olunduğu və xəzərin çirklənməsi faktı baş vermişdir. Axıdılan suların liman ərazisinə çıxdığı müəyyən olundu. Çirkab suların su obyektlərinə axıdılması, suyun tərkibində olan çirkləndiricilərin normadan artıq olması aşkar olunmuşdur. Nazirliyin X14 Monitorinq İdarəsi tərəfindən “Liman Baza” yanalma körpüsünün ətrafından götürülmüş dəniz suyu nümunəsi üzərində alarılmış analitik təhlillərinə nəticəsinə görə sintetik aktiv maddələri 1,4 dəfə normadan artıq müəyyən edilmişdir. Mikrobioloji tədqiqatların nəticəsinə görə nümunədə bağırsaq çöpü bakteriyalarının miqdarı 56,200 ədəd/litr edib. Liderobakteriyaların miqdarı 65.000 və şərti patogen xəstəlik törədən bakteriyaların miqdarı – 770.000 ədəd/litr edib. Xəstəliktörədən bakteriyaların miqdarı 154 dəfə çoxdur. Donanmanın digər limanlarında “Şimal”, “Damba” və “Qaradağ” limanlarına daxil olan gəmilərdən çıxan fekal və döşəməaltı suları SHV tipli tullantı sular yığılması üçün ixtisaslaşmış gəmilərlə yığılaraq xüsusi tutumlara toplanır, oradan da “xxxx” MMC-nə təhvil verilir. Donanmanın fəaliyyəti nəticəsində gəmidə formalaşan müxtəlif növ bərk tullantıların yığılması üçün xüsusi tutumlar qoyularaq yığılır. Lakin tullantıların növləri üzrə çeşidlənməsi üzrə işlər həyata keçirilmir. X16 Donanmasının mühəndisi Balarza Məmmədov çaloven yerqazan gəmisinə baxış keçirmişdir. Gəmi Dübəndi limanı ərazisində xx xxxxx 2020-ci il tarixdən dib dərinləşdirmə işlərini həyata keçirir. Qazma işləri nəticəsində 304,950 m3 suxur qatı xüsusi ayrılmış dompiqlərə daşınması işləri yerinə yetirilmişdir. Gəminin istismarı zamanı heyət üzvlərinin sayı 33 nəfər, sərf olunmuş içməli suyun miqdarı isə 3 m3 təşkil edir. Gəmidə istifadədən sonra formalaşan fenal sularının yığılaraq təhvil verilməsinə baxmayaraq suların həcmləri, təhvil verilən suların miqdarı ilə uyğun gəlməmədiyindən, suların bir qismi Xəzər dənizinə atılır. Formalaşan döşəməaltı suların isə təhvil verilməsi barədə sənədlərin olduğu aşkar olundu. Döşəməaltı suların uçot-qeydiyyat kitabındakı qeydlər MARPOV 73/78 beynəlxalq konvensiyanın tələblərinə uyğun aparılmadığı, kodlar üzrə qeydlərin aparılmadığı müəyyən olunur. Bu da, X12 haqqında qanunun 13, 18, 47-ci maddələrinin, Su Məcəlləsinin 84-cü maddəsinin pozulmasına səbəb olmuşdur. Nəticədə İXM-nin 233, 239, 264.0.1-ci maddələrinin tələbləri pozulmaqla inzibati xəta hadisəsi baş vermişdir; ASCO X2 və Təhlükəsiz Bərk və X9, Daşınması və Utilizasiyasına dair xx.xx.2019-cu il tarixli, İXA-0232 nömrəli müqavilədən görünür ki, sifarişçi «xxxx» Qapalı Səhmdar Cəmiyyəti ilə podratçı «Azərbaycan Təmiz Texnologiyaları» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında, gəminin yanacaq, anbar və çirkab çənlərindən bərk, yaxud maye tullantıların toplanması, bütün toplanmış tullantı materiallarının podratçı tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi emal müəssisələrinə daşınması, Azərbaycan Respublikasının qanunlarına tam müvafiq olaraq müxtəlif növ tullantıların qəbul edilib istifadə olunması, sifarişçini bütün əməliyyatların Azərbaycan Respublikasının qanunlarına tam müvafiq olaraq yerinə yetirilməsini təsdiq edən hər bir sifariş, yaxud iş üzrə sənədlərin tam toplusu ilə təmin edilməsi, çirkab sularının daşınması və utilizasiyası, neftli suların daşınması və utilizasiyası, qazma tullantılarının boşaldılması, daşınması və utilizasiyası, məişət tullantılarının daşınması, utilizasiyası və gəmilərə skiplərin qoyulması, yağlı əsgilərin daşınması və utilizasiyası kimi xidmətlərin “xxxx” MMC tərəfindən həyata keçirilməsi, çirkab sular saxlanılan çənlərin təmizlənməsi, döşəməaltı sular saxlanılan çənlərin təmizlənməsi, qazma məhlulları saxlanılan çənlərin təmizlənməsi, yanacaq çənlərinin təmizlənməsi, sement qalıqlarının daşınması, sement və barıt saxlanılan çənlərin təmizlənməsi, motor və generator şöbələrinin təmizlənməsi, müqavilənin mövzusuna daxil edilməyən, lakin iş prosesində yarana biləcək digər əlavə uyğun xidmətlər, sifarişçinin təchizatla bağlı sifarişlərinin icra edilməsi, boş çəlləklərin buxarla təmizlənməsi, zərərsiz maye tullantıların daşınması və utilizasiyası, işlənmiş (zərərsiz) partlayıcı vasitələrin daşınması utilizasiyası, durulducu və həledicilərin daşınması və utilizasiyası, nəm (yaş) batareyaların daşınması və utilizasiyası, quru batareyaların (akkumlyatorların) daşınması və utilizasiyası, yağlı və yağsız rezin tərkibli, fiiterlərin daşınması və utilizasiyası, çirklənmiş mum tullantıların daşınması və utilizasiyası, qoruyucu sapların (salniklərin) daşınması və utilizasiyası, duru (maye) boyalarının daşınması və utilizasiyası, döşəməaltı suların daşınması və utilizasiyası və çənlərdə formalaşan neftli şlamlarm daşınması və utilizasiyasına dair şərtlər çərçivəsində müqaviləsi bağlanmışdır; «xxxx» QSC-nin Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin X12 Departamentinə ünvanladığı xx xxxx 2020-ci il tarixli MC 11/02-145 saylı məktubunda qeyd edilmişdir ki, X10 və X16 Donanmasının “xxxx” ASC-dən qəbul etdiyi içməli su məişətdə, suvarmada və istehsalatda “xxxx” MMC şirkətinə təhvil verilir, digər hissəsi isə “xxxx” ASC-nin şəhər kanalizasiya xəttinə yönəldilir. Həmçinin, qapalı fan sistemləri olmayan, XDND-na məxsus kiçik tutumlu gəmilərdən və istisna hallarda DND-na məxsus bəzi iritutumlu gəmilərindən də Xəzər dənizinə müəyyən miqdarda formalaşan tullantı sularının axıdılması halları da mövcuddur ki, bütün bunlar barədə məlumatlar 2 TG dövlət statistik hesabatında öz əksini tapmışdır; Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan XA 0909 saylı müqavilədən görünür ki, “xxxx” ASC ilə «xxxx» Qapalı Səhmdar Cəmiyyəti arasında su təchizatı və tullantı suların axıdılması müqaviləsi bağlanılmış, müavilənin qüvvədə olma müddəti xx xxxxxx 2018-ci il tarixədək müəyyən edilmişdir; Xəzər dənizinin ekoloji vəziyyəti barədə bülletenində qeyd edilmişdir ki, AXDG QSCnin X16 Donanması (XDND) 3200 nəfər işçi heyəti olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dənizdəki obyektlərinə xidmət göstərir. Müəssisə ərazisində formalaşan məişət-fekal və çirkab suları “xxxx” ASC ilə bağlanmış müqavilə əsasında mərkəzi kanalizasiya sisteminə ötürülür. Formalaşan bərk tullantılar isə “xxxx” MMC ilə bağlanmış müqavilə əsasında daşınır. XDND-nın 4 yanalma körpüsü var (“Şimal”, “Damba”, “Qaradağ” və “Liman Baza”). Gəmilərdə formalaşan döşəməaltı suları SLV tipli gəmilərlə daşınaraq XDND-nın ərazisində yerləşən 150 m3-lik çənə yığılır və sonra “xxxx” MMC-yə təhvil verilərək akt tərtib olunur. Gəmilərdə formalaşan məişət-fekal suları SLV tipli gəmilər vasitəsilə daşınaraq Xətai rayonunun sahil zolağındakı “Liman Baza” yanalma körpüsü ərazisindən boru vasitəsilə kanalizasiya şəbəkəsinə ötürülür. XDND-nin “Liman Bazar yanalma körpüsünün ətrafından götürülmüş dəniz suyu nümunəsi üzərində aparılmış analitik təhlillərin nəticəsinə görə sintetik səthi aktiv maddələr (SSAM) 1,4 dəfə normadan artıq müəyyən edilmişdir. Mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının miqdarı – 56 200 ədəd/litr, enterobakteriyaların miqdarı - 65 000 və şərti patogen xəstəliktörədən bakteriyaların (E.coli) miqdarı - 770 000 ədəd/litrdir (coli indeks). Xəstəliktörədən bakteriyaların miqdarı normadan 154 dəfə çoxdur; xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən «xxxx» Qapalı Səhmdar Cəmiyyəti X16 Donanmasının rəisi X7 İXM-nin 233, 239, 264-cü maddələrinin tələblərinin pozduğu əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur; inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* ssaylı qərardan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən «xxxx» Qapalı Səhmdar Cəmiyyəti X16 Donanmasının rəisi X3 İXM-nin 264.0.1-ci maddəsində nəzərədə tutlmuş inzibati xətanı törətdiyinə görə 3500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 233-cü maddəsinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir; 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir; 264-cü maddəsinə əsasən, 264.0. su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: 264.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. X12 haqqında Azərbaycan Respublikası qanununun: 13-cü maddəsinə əsasən, təbiətdən istifadəçilərin vəzifələri: 1.1. təsərrüfat və digər fəaliyyətlər üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək; 1.2. X12 və təbii resursların bərpası üzrə tədbirləri müəyyən edilmiş qaydada həyata keçirmək; 1.4. X12 sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə lazımi məlumatı təqdim etmək; 18-ci maddəsinə əsasən hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar; Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır; Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat X12 sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir; Azərbaycan Respublikasının Su Məcəlləsinin 84-cü maddəsinə əsasən öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə: su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi; suların yağlar, ağac, kimyəvi, neft və digər istehsalat məhsullarının texniki və texnoloji nasazlıqdan axması nəticəsində çirkləndirilməsi və zibilləndirilməsi; su yığılan sahələrin, sututarların, qar və buz örtüyünün, buzlaqların səthinin istehsalat, məişət tullantıları, neft məhsulları ilə çirkləndirilməsi və zibilləndirilməsi; su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində istehsalat və məişət tullantılarının basdırılması; suların radioaktiv və zəhərlikimyəvi maddələrlə çirkləndirilməsi qadağan edilir; Su obyektlərinə tullantı suların axıdılmasına bu Məcəllənin 77—79-cu maddələrində nəzərdə tutulan tələblərə riayət edilməklə yol verilə bilər. Şikayətçinin dəlilləri: aktda qeyd olunan pozuntularla bağlı hər hansı bir sübut növü olmamış, protokol İXM-nin tələbləri pozulmaqla tərtib edilmiş, nümunələrin nəticələrinin çirkli olmasına səbəb, çirkab suları ilə qarışıq “Əhmədli” yağış suları kollektorunun birbaşa XDND-nın sahil akvatoriyasına axıdılması olmuş, XDND-nin birbaşa dənizə axıntısı olmamış və bütün çirkab sular “xxxx” ASC ilə bağlanmış müqavilə əsasında ASC-nin kanalizasiya şəbəkəsinə ötürülmüş, AXDG QSC ilə “xxxx” MMC arasında xx.xx.2019-cu il tarixdə XA- 0559 saylı müqavilə imzalanmış və müqaviləyə əsasən bütün növ maye, çirkab tullantıların daşınmasını qeyd olunan şirkət həyata keçirmişdir. Məhkəmə, şikayətçinin dəlilləri ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır. Müəyyən edilmişdir ki, müvafiq inzibati xətanın baş verməsi halı xx.xx.2020-ci il tarixli məlumat bülleteni, xx.xx.2020-ci il tarixli, 65324 nömrəli aktla təsdiq edilmiş, həmçinin, hesabatın 2-ci bölməsində 5,22000 m3 məişət-çirkab suyunun təmizlənmədən Xəzər dənizinə axıdılması qeyd olunmaqla Xəzər dənizinin çirklənməsi faktı baş vermiş, çirkab sularının su obyektlərinə axıdılması, suyun tərkibində olan çirkləndiricilərin normadan artıq olması aşkar olunmuşdur. X14 Monitorinq İdarəsi tərəfindən “Liman Baza” yanalma körpüsünün ətrafından götürülmüş dəniz suyu nümunəsi üzərində alarılmış analitik təhlillərinə nəticəsinə görə sintetik aktiv maddələri 1,4 dəfə normadan artıq, mikrobioloji tədqiqatların nəticəsinə görə nümunədə bağırsaq çöpü bakteriyalarının miqdarı 56,200 ədəd/litr, liderobakteriyaların miqdarı 65.000 və şərti patogen xəstəlik törədən bakteriyaların miqdarı – 770.000 ədəd/litr müəyyən edilmiş, xəstəlik törədən bakteriyaların miqdarı 154 dəfə çox olmuşdur. Şikayətçi çirkab suları ilə qarışıq “Əhmədli” yağış suları kollektorunun birbaşa XDNDnın sahil akvatoriyasına axıdılmasını qeyd etmiş, lakin, xx.xx.2020-ci il tarixli, 65324 nömrəli aktla qeyd olunan hal müəyyən edilməmiş, həmçinin, müvafiq analizlər X16 X13 yanalma körpüsünün ətrafından götürülmüş dəniz suyu nümunəsi üzərində aparılmışdır. Məhkəmə şikayətçinin XDND-nin birbaşa dənizə axıntısı olmaması və bütün çirkab suların “xxxx” ASC ilə bağlanmış müqavilə əsasında ASC-nin kanalizasiya şəbəkəsinə ötürülməsi, AXDG QSC ilə “xxxx” MMC arasında xx.xx.2019-cu il tarixdə XA-0559 saylı müqavilə imzalanmış müqaviləyə əsasən bütün növ maye, çirkab tullantıların daşınmasını qeyd olunan şirkətin həyata keçirməsi ilə bağlı qeyd edir ki, “xxxx” ASC ilə «xxxx» Qapalı Səhmdar Cəmiyyəti arasında su təchizatı və tullantı suların axıdılması barədə müqavilədə istehlakçının vəzifəsi kimi ölçü cihazlarının, digər tənzimləyicilərin işlək vəziyyətdə saxlanılması göstərilmiş, ölçü cihazlarının, digər tənzimləyicilərin işində qüsurlar yarandıqda və ya sıradan çıxdıqda növbəti iş günündən gec olmayaraq müəssisəyə (“xxxx” ASC) məlumat verilməsi qeyd edilmişdir (müqavilənin 4.1.5, 4.1.6-cı bəndi). Bundan əlavə, müqavilənin bağlanması ilə X16 Donanmasının məsuliyyəti bitməmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 78-ci madəsinə əsasən ətraf mühitin qorunması hər bir şəxsin borcudur. X12 haqqında Azərbaycan Respublikası qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir. Su Məcəlləsinin 45-ci maddəsinə əsasən tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verməmək sudan istifadə edənlərin vəzifəsidir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. Göründüyü kimi, tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verməmək sudan istifadə edənlərin vəzifəsi kimi müəyyən edilmişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, “xxxx” ASC-nin müqavilə şərtlərinə əməl etməməsi X16 Donanmasının vəzifəli şəxsini inzibati məsuliyyətdən azad etməməklə yanaşı istehlakçının müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımı qaydada icra edilməməsi ilə bağlı iddiası üçün əsas ola bilər. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi təsdiq edilmiş, bununla da şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, «xxxx» Qapalı Səhmdar Cəmiyyəti X16 Donanmasının rəisi X1 Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: «xxxx» Qapalı Səhmdar Cəmiyyəti X16 Donanmasının rəisi X1 Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-921/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-921/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver