Məhkəmə qərarları › İş №3(011)-933/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-933/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-933/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzli Nihad İlham oğlunun katibliyi, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə 07 fevral 2023-cü il tarixli 00100-00334/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı səhəri, Xətai rayonu, Xocalı, ev 37 ünvanında qeydiyyatda olan Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına Marşal adaları Respublikasından daxil olmuş 1 ədəd "CMS-2 No 26199” və 1 ədəd “CMS-1 No 26198” yedək gəmiləri yükü **********8240 sorğu nömrəli və **********8239 sorğu nömrəli xx.xx.2013-cü il tarixli gömrük bəyannamələri ilə xx.xx.2014-cü il tarixədək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonuncu dəfə xx.xx.2018-ci il tarixdə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialından Bakı Baş Gömrük İdarəsinə daxil olmuş xx/xx/016889 qeydiyyat nömrəli məktub əsasında 1 ədəd “CMS-2 No 26199” və 1 ədəd “CMS-1 No 26198" yedək gəmiləri yükünün müvəqqəti idxal müddəti xx.xx.2019-cu il tarixədək 1 (bir) il müddətinə uzadılmışdır. Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2019-cu il tarixində bitməsinə baxmayaraq **********8240 sorğu nömrəli və **********8239 sorğu nömrəli xx.xx.2013-cü il tarixli gömrük bəyannamələri ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş “Caspian Marine Services Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Aparılmış araşdırma zamanı “Caspian Marine Services Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********8240 sorğu nömrəli və **********8239 sorğu nömrəli xx.xx.2013-cü il tarixli gömrük beyənnamələri ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara görə gömrük ödənişlərinin ödənilib-ödənilməməsi, ödənilmədiyi təqdirdə hüquqi şəxs tərəfindən ödənilməli olan gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə 34/013/029816 saylı xx.xx.2022-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Təhqiqat şöbəsinə daxil olmuş 34/012/031167 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən “Çaspian Marine Services Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********8240 sorğu nömrəli və **********8239 sorğu nömrəli xx.xx.2013-cü il tarixli gömrük bəyannamələrində qeyd edilən yedək gəmilər yükünün 2016-cı il tarixində növbəti uzadılması zamanı müvəqqəti idxalın aylıq ödənişləri (3%) tam səkildə həyata keçirilərək dövlət büdcəsinə ödənilməli olan 18% ƏDV məbləği və idxal gömrük rüsumu tam səkildə tamamlanmış, lakin müvəqqəti idxalın ilk 12 (on iki) ayı üçün aylıq ödənişləri gec ödənildiyi üçün aylıq ödənişlərə görə yaranan gömrük borcları üçün dəbbə pulu ödənişləri yaranmış, gecikmiş gömrük borcları üzrə dəbbə pulunun 365 gündən artıq müddətə hesablanmadığını nəzərə alaraq “Caspian Marine Services Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tərtib edilmiş **********8240 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 7391,25 manat və **********8239 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 7391,25 manat olmaqla ümumilikdə 14782,5 manat dəbbə pulu yaranmışdır. Yaranmış 14782,5 manat məbləğində dəbbə pulunun ödəniş tapşırığı araşdırma zamanı Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən gömrük orqanına təqdim edilmişdir. Qeyd edilən faktla bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, **********8240 sorğu nömrəli və **********8239 sorğu nömrəli xx.xx.2013-cü il tarixli gömrük bəyannamələrində qeyd edilən 1 ədəd “CMS-2 No 26199” və 1 ədəd “CMS-1 No 26198” yedək gəmiləri yükünün müvəqqəti idxal müddəti xx.xx.2019-cu il tarixdə bitsə də, həmin malların sərbəst dövriyyə ücün buraxılış gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı Şəxs Şirkətinin Azərbaycan Respublıkasındakı Filialı tərəfindən müvəqqəti idxal müddəti bitdikdən 3 (üç) il 6 (altı) ay 17 (on yeddi) gün sonra, yəni xx.xx.2023-cü il tarixdə **********9153 sorğu nömrəli və 0123100Ö009119 sorğu nömrəli gömrük bəyannamələri tərtib edilmiş və gömrük orqanına təqdim edilmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********8240 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş 1 ədəd "CMS-2 No 26199" yedək gəmisi yükünün xx.xx.2023cü il tarixli **********9153 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən ümumi dəyəri 302032.51 manat, **********8239 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş 1 ədəd “CMS-1 No 26198” yedək gəmisi yükünün xx.xx.2023-cü il tarixli **********9119 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən ümumi dəyəri 302032.51 manat, ümumilikdə isə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2 (iki) bəyannamə üzrə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləsdirilmiş sözügedən maİların ümumi dəyəri 604065.02 (altı yüz dörd min altmış bes manat iki qəpik) manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X3 izahatında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X4 tərəfindən tərtib edilmiş 07 fevral 2023-cü il tarixli 00100-00334/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına Marşal adaları Respublikasından daxil olmuş 1 ədəd "CMS-2 No 26199” və 1 ədəd “CMS-1 No 26198” yedək gəmiləri yükü **********8240 sorğu nömrəli və **********8239 sorğu nömrəli xx.xx.2013-cü il tarixli gömrük bəyannamələri ilə xx.xx.2014-cü il tarixədək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonuncu dəfə xx.xx.2018-ci il tarixdə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialından Bakı Baş Gömrük İdarəsinə daxil olmuş xx/xx/016889 qeydiyyat nömrəli məktub əsasında 1 ədəd “CMS-2 No 26199” və 1 ədəd “CMS-1 No 26198” yedək gəmiləri yükünün müvəqqəti idxal müddəti xx.xx.2019-cu il tarixədək 1 (bir) il müddətinə uzadılmışdır. Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2019-cu il tarixində bitməsinə baxmayaraq **********8240 sorğu nömrəli və **********8239 sorğu nömrəli xx.xx.2013-cü il tarixli gömrük bəyannamələri ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş “Caspian Marine Services Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Malların müvəqqəti idxal (ixrac) müddətlərin sonradan uzadılmasının məqsədəuyğunluğuna dair xidməti qeyddən görünür ki, “Caspian Marine Services Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının istehsalat zəruriyyəti ilə bağlı **********8240 sorğu nömrəli və **********8239 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Bakı Baş Gömrük İdarəsinin Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, **********8240 sorğu nömrəli və **********8239 sorğu nömrəli xx.xx.2013-cü il tarixli gömrük bəyannamələri ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2019cu il tarix müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına Marşal adaları Respublikasından daxil olmuş 1 ədəd “CMS-2 No 26199” və 1 ədəd “CMS-1 No 26198” yedək gəmiləri yükü **********8240 sorğu nömrəli və **********8239 sorğu nömrəli xx.xx.2013-cü il tarixli gömrük bəyannamələri ilə xx.xx.2014-cü il tarixədək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonuncu dəfə xx.xx.2018-ci il tarixdə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialından Bakı Baş Gömrük İdarəsinə daxil olmuş xx/xx/016889 qeydiyyat nömrəli məktub əsasında 1 ədəd “CMS-2 No 26199” və 1 ədəd “CMS-1 No 26198" yedək gəmiləri yükünün müvəqqəti idxal müddəti xx.xx.2019-cu il tarixədək 1 (bir) il müddətinə uzadılmışdır. Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2019-cu il tarixində bitməsinə baxmayaraq **********8240 sorğu nömrəli və **********8239 sorğu nömrəli xx.xx.2013-cü il tarixli gömrük bəyannamələri ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş “Caspian Marine Services Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində gömrük qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 07 fevral 2023-cü il tarixli 00100-00334/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 499.1.5-ci maddəsinə əsasən bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına daxil olmuş 1 ədəd “CMS-2 No 26199” və 1 ədəd “CMS-1 No 26198” yedək gəmiləri yükünün **********8240 sorğu nömrəli və **********8239 sorğu nömrəli xx.xx.2013-cü il tarixli gömrük bəyannamələri ilə xx.xx.2014-cü il tarixədək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsini, həmin yüklərin müvəqqəti idxal müddətinin xx.xx.2019-cu il tarixində bitməsini, lakin **********8240 sorğu nömrəli və **********8239 sorğu nömrəli xx.xx.2013-cü il tarixli gömrük bəyannamələri ilə bəyan edilmiş malların müvəqqəti idxal müddətinin uzadılması barədə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilmədiyini və göstərilən vaxtdan inzibati məsuliyyətə cəlb edilmə üçün nəzərdə tutulmuş bir il müddətin keçdiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar