Məhkəmə qərarları › İş №3(011)-937/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-937/2022

01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-937/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlu Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 01.03.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 01.03.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7794/2019 saylı 13.12.2019-cu il tarixli icra sənədinə əsasən 10030 manat məbləğində pul vəsaiti Şəxs tutularaq X1 xeyrinə ödənilməlidir. Borclu üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməkdən boyun qaçırmışdır. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X2 məhkəməyə təqdim etdiyi 01.03.2022-ci il tarixli ərizəsindən görünür ki, o, borclu barəsində tərtib olunmuş 01.03.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair müraciətini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında material səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 01.03.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xətai rayon İcra şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar