Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9375/2025 04.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, X5 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə 3-17-512-72533/2025 nömrəli 14 avqust 2025-ci il tarixli məktubla sənədlərin 7 (yeddi) iş günü müddətində göndərilməsi tələb olunsa da, sənədlər 16 oktyabr 2025-ci il tarixədək təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən X5 Xidmətinin nümayəndəsi X4 prtokolu müdafiə edərək,bildirmişdir ki, adıkeçən şirkətə işçisi tərəfindən şikayət əsasında sorğu göndərilmiş, lakin 7 gün ərzində sorğuda tələb olunan sənədlər və məlumatlar təqdim edilməmişdir. Göndərilən sorğu məktubu şirkətin elektron kabinetinə yüklənmişdir. Birinci instansiya məhkəməsi şirkəti təqsirli bilərək, şərti cərimə tətbiq etmişdir. Apellyasiya məhkəməsi qərarı ləğv edib, yenidən baxılması üçün Xətai rayon Məhkəməsinə göndərmişdir. Xatırlatmışdır ki, sorğu elektron kabinetə yerləşdirildiyi tarixdən 3 gün sonra çatdırılmış hesab edilir. Sorğu məktubu, həm poçt vasitəsiylə, həm də elektoron kabinet vasitəsiylə göndərilmişdir. Şəxs MMC-nin inzibati qaydada məsuliyyətə cəlb edilməyini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ŞəxsMMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin ŞəxsMMC-yə ünvanladığı 14 avqust 2025-ci il tarixli məktubdan görünür ki, aşağıdakı sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 ünvan 3 Əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, X3 müraciət və HİT-nın razılığı və s.) - İş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (son 12 ay üzrə) - Əmək funksiyası və vəzifə təlimatı - Əmək haqqının ödənilməsini təsdiq edən sənədlərin surəti (son 12 ay üzrə) - Son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti - Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu. 14 avqust 2025-ci il tarixli elektron sənəd çıxarışından görünür ki, sorğu məktubu hüquqi şəxsin şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə, şərti olaraq 2000 (iki min) manat məbləğində cərimə edilərək, sınaq müddəti müəyyən edilmişdir. Şəxs MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, təyin edilmiş sınaq müddəti ərzində yol verilmiş nöqsanlar aradan qaldırılmış, sorğu edilən sənədlər Əmək Müfəttişliyinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli, 3(103)-3413/2025 nömrəli qərarından görünür ki, Şəxs MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, inzibati cərimənin şərti olaraq tətbiq edilməsinin inzibati orqana aid səlahiyyət olması əsası ilə Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)-9375/2025 saylı qərar ləğv edilərək, iş inzibati tənbehin tətbiqinə dair hissədə yenidən baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 539.3-cü maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, ŞəxsMMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, Şəxs MMC-yə 3-17-512-72533/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək müraciətə dair sənədlərin 7 (yeddi) iş günü müddətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinə verilməsi tələb edilmiş, lakin, sənədlər həmin müddət ərzində təqdim edilməmişdir. 3-17-512-72533/2025 nömrəli, xx.xx.2025-ci tarixli məktub 14 avqust 2025-ci il tarixli sənədlə hüquqi şəxsin elektron kabinetinə yerləşdirilmişdir. Bununla da, Şəxs MMC qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla AR İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Şəxs MMC-nin AR İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması sorğunun hüquqi şəxsin elektron kabinetinə yerləşdirilməsi barədə çıxarış, sınaq müddəti ərzində yol verilmiş nöqsanların aradan qaldırılmasına dair Şəxs MMC-nin xx.xx.2025-ci il tarixli məktubu və digər sübutlarla tam təsdiq edilmişdir. Eyni zamanda, sınaq müddəti ərzində yol verilmiş nöqsanların aradan qaldırılmasına dair Şəxs MMC-nin xx.xx.2025-ci il tarixli məktubu hüquqi şəxsi inzibati məsuliyyətdən azad edən hal olmamaqla, inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsi kimi nəzərə alınmalıdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə əsasən, törədilmiş inzibati xətanın nəticələrinin aradan qaldırılmasını Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs MMC-nin əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, hazırki iş üzrə inzibati tənbeh verildikdən sonra inzibati tənbehə səbəb olan hallar faktiki olaraq aradan qaldırıldığından, hazırki halda Şəxs MMC-nin barəsində inzibati cərimənin şərti tətbiq edilərək hüquqpozmanı aradan qaldırması üçün müddətin təyin edilməsi məqsədəuyğun hesab edilmir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №3(011)-9375/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-9375/2025
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver