Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-939/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə rəisi polis mayoru X6 və sahə inspektoru polis mayoru X2, zərərçəkmiş şəxslər X8 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə rəisi polis mayoru X6 və sahə inspektoru polis mayoru X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollar 01 mart 2022-ci il tarixdə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı məhkəmənin icraatında olan 3(011)-939/2022 və 3(011)-940/2022 nömrə inzibati işlər birlikdə baxılmaları üçün bir icraatda birləşdirilmiş və iş 3(011)-939/2022 nömrəsi ilə davam etdirilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə rəisi polis mayoru X6 oğlu tərəfindən tərtib olunmuş 01.03.2022-ci il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 20.01.2022-ci il tarixdə gecə saatlarında Vunq Tau küçəsi, 18 saylı binanın yaxınlığında “Mitsubishi Pajero” markalı avtomobilin sol yan şüşəsini sındıraraq salondan 1 ədəd 2 qramlıq qızıl diş və iki ədəd yaddaş kartını talamışdır. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru polis mayoru X7 oğlu tərəfindən tərtib olunmuş 01.03.2022-ci il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, o, X3 məxsus 2 ədəd hind quşlarını oğurlayaraq zərərçəkmiş şəxsə 74 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə rəisi polis mayoru X6 və sahə inspektoru polis mayoru X7 hər biri ayrı-ayrılıqda tərtib olunmuş protokolların məzmunlarına uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. 2022-ci ilin yanvar ayında gecə saatlarında qaçqınların məskunlaşdığı binanın ərazisinə girərək 2 ədəd hinduşkanı oğurlamış və bir gün sonra dostları ilə pişirib yemişdir. Həmçinin o, 20.01.2022-ci il tarixdə gecə saatlarında ünvan 2 ünvanın yaxınlığında “Mitsubishi Pajero” markalı avtomobilin dayandığını görmüş və dəmir parçası ilə maşının sol yan şüşəsini qıraraq saxlanc yerindən 1 ədəd qızıl diş və 2 ədəd yaddaş kartı oğurlamışdır. Beləliklə o, törətdiyi əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadəsində bildirmişdir ki, ona məxsus “Mitsubishi Pajero” markalı avtomobilin sol yan şüşəsi sındırılaraq salondan 1 ədəd 2 qramlıq qızıl diş və iki ədəd yaddaş kartı oğurlandığı üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət etmişdir. Lakin hal-hazırda ona dəymiş maddi zərər ödənilmişdir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə o, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində bildirmişdir ki, Şəxs tərəfindən ona məxsus 2 ədəd 75 manat qiymətində hinduşka talandığı üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət etmişdir. Lakin hal-hazırda ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə o, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis mayoru X9 tərəfindən qəbul edilmiş 08 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuşdur; Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis leytenantı X10 tərəfindən qəbul edilmiş 29 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuşdur; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə rəisi polis mayoru X6 oğlu tərəfindən tərtib olunmuş 01.03.2022-ci il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20.01.2022-ci il tarixdə gecə saatlarında Vunq Tau küçəsi, 18 saylı binanın yaxınlığında “Mitsubishi Pajero” markalı avtomobilin sol yan şüşəsini sındıraraq salondan 1 ədəd 2 qramlıq qızıl diş və iki ədəd yaddaş kartını talamışdır. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru polis mayoru X7 oğlu tərəfindən tərtib olunmuş 01.03.2022-ci il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X3 məxsus 2 ədəd hind quşlarını oğurlayaraq zərərçəkmiş şəxsə 74 manat məbləğində maddi ziyan vurmuşdur. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; 28 fevral 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə həmin tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur; zərərçəkmiş şəxs Telman Əliyevin 01 mart 2022-ci il tarixli ərizəsindən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs törətdiyi xəta nəticəsində ona dəymiş maddi zərər ödənilmiş və onun inzibati xəta törətmiş şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən o, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; zərərçəkmiş şəxs Cavid Quliyevin 01 mart 2022-ci il tarixli ərizəsindən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs törətdiyi xəta nəticəsində ona dəymiş maddi zərər ödənilmiş və onun inzibati xəta törətmiş şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən o, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eyni zamanda zərərçəkmiş şəxslərin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən təqsirli bilinməli və vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslərlə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslərlə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı şəhər Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaş Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-939/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-939/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver