Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-94/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ali, taksi fəaliyyəti ilə məşğul olan, Şabran rayonu, Əmirxanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Cahid Musayevin xx.xx.2022-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 106, mənzil 39-da yaşayan Qanuni nümayəndə xx.xx.2022-ci il tarixdə saat 08:30-da DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat verərək Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 116 saylı tam orta məktəbin qarşısında “UBER” taksi şirkəti vaitəsi ilə sifariş etdiyi “Toyota Prius” markalı Az-**-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2011-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs qeyd olunan ünvana çatdırdıqdan sonra sonuncunun avtomobildən enərkən sağ ayağından xəsarət alması və sürücünün hadisə yerindən yayınaraq getməsini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə, “UBER” proqramı vasitəsi ilə ona sms gəldiyindən ünvan 2 ünvandan sifarişi qəbul edib həmin yerə getmişdir. Təxminən 5 dəqiqədən sonra azyaşlı qız uşağı maşınına yaxınlaşaraq sol arxa oturacaqda əyləşmişdir. O, uşağı Bakı şəhəri, Cavanşir küçəsində yerləşən 116 saylı məktəbin qarşısına aparmışdır. Məktəbin qarşısına çatdıqda avtomobili saxlamışdır. Azyaşlı sol arxa qapını açıb avtomobildən aşağı enmək istədikdə onun səsini eşitmişdir. O, çönüb arxaya baxdıqda azyaşlının yerə yıxıldığını görmüşdür. O, həmin azyaşlıdan nə baş verdiyini və əzilib əzilmədiyini soruşduqda o, ona heç bir şey olmadığını bildirmişdir və qaçıb getmişdir. Bundan sonra valideyn ona “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə səs atdıqda ona məlum olmuşdur ki, uşaq avtomobildən aşağı endikdə xəsarət almışdır. Onun qardaşı bir neçə dəfə zərərçəkmiş şəxslə barışmağa cəhd etmiş, lakin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi onların barışmağına imkan verməmişdir. Beləliklə, o, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə izahatı alınmış yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında anası proqram vasitəsi ilə onu üçün taksi sifariş etmişdir. Bundan sonra anası taksi sürücüsü ilə əlaqə saxlamış və anası həmin şəxsə onu 116 saylı tam orta məktəbə aparmaq lazım olduğunu bildirmişdir. Həmin şəxs təxminən 10 dəqiqədən sonra yaşadıqları ünvanın qarşısına gəlmişdir. Məktəbə çatdıqda o, avtomobildən aşağı enmək istədikdə sürücü avtomobili hərəkətə gətirmişdir. Bu zaman onun sağ ayağı şinin altında qalmış və o xəsarət almışdır. Əlindəki sumka olmasa idi daha ağır xəsarət ala bilərdi, çünki çantası şinlə ayağının arasında qalmışdı buna görə xəsarəti bir az daha yüngül olmuşdur. Həmin sürücü hadisə yerindən uzaqlaşmışdır. Onu yolda tanımadığı şəxs ayağa qaldırdıqdan sonra o, məktəbin qarşısında olan parkda yerləşən oturacaqda əyləşərək anasına zəng edib məlumat vermişdir. Anası hadisə yerinə gəldikdən sonra təcili tibbi yardıma müraciət etmişlər və o, ilkin tibbi yardım aldıqdan sonra 3 saylı Sabunçu xəstəxanasına getmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək inzibati xətanı törətmiş şəxs Şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini bildirərək barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Cahid Musayevin xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs barəsində toplanmış material üzrə cinayət təqibininin başlanması rədd edilmiş və onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 1230 nömrəli 27 oktyabr 2022-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ budun dərialtı hematoması, sağ diz və sağ aşıq-baldır oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, sıyrığı və hərəkət məhdudluğu müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasıyasına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur; Qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə təqdim etdiyi yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Şəxs ilə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir, ona qarşı şikayətçidir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə iş materiallarında olan ekspert rəylərini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsini, Zərərçəkmiş şəxs izahatını, Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Cahid Musayevin xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-94/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-94/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver