Məhkəmə qərarları › İş №3(011)-941/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-941/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-941/2021 04.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru Polad Əbdürov tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Xətai rayon məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, polis əməkdaşları xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində xidmət apararkən Xətai rayonu, R.Məmmədov küçəsi, ev 24 ünvanının qarşısında bir nəfər şəxsin uca səslə danışdığını görüb ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər, ictimai qaydadını pozmamasını tələb etmişlər. Özünü təqdim etməyi tələb etdikdə qərəzli şəkildə imtina etmiş, qanunsuz hərəkətlərini davam etdirərək nalayiq söyüşlərlə təhqir edərək polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində Xətai rayonu, R.Məmmədov küçəsi, ev 24 ünvanının qarşısında uca səslə danışdığına görə polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər, ictimai qaydadını pozmamasını tələb etmişlər. Özünü təqdim etməyi tələb etdikdə əsəbi olduğundan imtina etmiş, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir.Polis əməkdaşlarından üzür istədiyini, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona aşağı həddə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 36-cı Polis Bölməsi cinayət axtarış üzrə baş əməliyyat müvəkkili X3 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində xidmət apararkən Xətai rayonu, R.Məmmədov küçəsi, ev 24 ünvanının qarşısında bir nəfər şəxsin uca səslə danışdığını görüb ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər, ictimai qaydadını pozmamasını tələb etmişlər. Özünü təqdim etməyi tələb etdikdə qərəzli şəkildə imtina etmiş, qanunsuz hərəkətlərini davam etdirərək nalayiq söyüşlərlə təhqir edərək polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 36-cı Polis Bölməsi cinayət axtarış üzrə əməliyyat müvəkkili X1 Süleyman Rafiq oğlunun ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 18:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici hal kimi əməlindən səmimi peşman olması müəyyən etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar