Məhkəmə qərarları › İş №3(011)-942/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-942/2021

19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-942/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1986-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 mənzil 6A ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs xx xxxxxx 2021-ci il tarixində saat 09:10 radələrində özünə məxsus “BMW 320 minik” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu Babək prospekti ilə hərəkət edərkən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 YPX-nın xidməti inspektoru, polis kiçik serjantı Əşrəf Abbaszadə tərəfindən saxlanılmış, yoxlama zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. Bu səbəbdən Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 YPX-nın xidməti inspektoru, polis kiçik serjantı Əşrəf Abbaszadə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmiş və inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, özünə məxsus BMW 320 minik markalı, **-NX-*** nömrəli avtomobili idarə etmiş, xx xxxxxx 2021-ci il tarixində, saat 09:00 radələrində, işə gedərkən yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. O, heç bir spirtli içki içmədiyi halda alkotestin 0.418 promil göstərdiyini bildirmişlər. Buna baxmayaraq guya spirtli içki qəbul edib avtomobili idarə etməyini əsas gətirərək, idarə etdiyi avtomobili cərimə meydançasına aparıb ona isə İXP3726219 protokolu tərtib etmişdirlər. Yol polisi əməkdaşı onun barəsində protokol tərtib edərkən yol polisi əməkdaşının dediklərini yazmağa onu məcbur etmişdir. Ona dünən guya araq içdiyini yazmasını istəmişdilər. O, məcburiyyət qarşısında qalıb özü-özünə böhtan atmışdır. Buna baxmayaraq həmin günü 2 saatdan sonra saat 11:32radələrində spirtli içkinin miqdarını ölçmək məqsədilə tibbi-ekspertiza mərkəzinə getmiş və onun yanında qutudan yeni açılan alkotest vermişdir. Onun verdiyi analiz nəticəsində 0.00 % spirt müəyyən edilmişdir. Buda onu göstərir ki, o, spirtli içki qəbul etməmişdir. Polis əməkdaşı onun haqqında hansı üsullasa saxta akt tərtib etmişdir. Baş verən hadisənin qurma olduğunu nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli 642237 nömrəli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs izahatında müayinə zamanı qanında olan alkoqolun miqdarı 0,418% göstərici ilə tanış olduğunu, spirtli içki qəbul etdiyini, tibbi müayinəyə ehtiyacın olmadığını bildirmişdir. İş materiallarında olan “ACE Z-Series” markalı İN 642237 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin göstəricisindən görünür ki, müayinə zamanı Şəxs qanında olan alkoqolun miqdarı 0,418% təşkil etmişdir. Şəxs tərəfindən məhkəməyə təqdim edilən xx xxxxxx 2021-ci il tarixli, 2/952 sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 11:32-də ayıq vəziyyətində olmuşdur. Göründüyü kimi, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, 2/952 sərxoşluq vəziyyətinin tibbi müayinəsi akt və xx xxxxxx 2021-ci il tarixli 642237 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolu Şəxs barəsində həmin gün 2 saat 32 dəqiqə fərqi ilə tərtib edilmiş və bir-birinə zidd müxtəlif rəylər alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etməməsi məhkəmə iclasında kifayət qədər sübutlar təqdim olunmadığından sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatı həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə, barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs ailəli olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar