Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-944/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X2, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 27.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 27.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. X5 məhkəməyə ərizə təqdim edərək barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin inzibati tənbeh vermə haqqında qərarından Qaradağ Rayon Məhkəməsinə şikayət edəcəyini nəzərə alaraq şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 şikayət ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə hesab edir ki, X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 27.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə belə hesab edir ki, X5 şikayət ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizə təqdim etdiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 27.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 27.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-944/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-944/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver