Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-946/2022 02.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 02 mart 2022-ci il tarixli protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib olunmuş 02 mart 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 21.02.2022-ci il tarixində yaşadıqları evdə bacısı X3 məxsus “Redmi Note 9S” markalı telefonu talamışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib olunmuş 02 mart 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs sonuncu dəfə 28.02.2022-ci il tarixində yaşadığı ünvan 3 ünvanının yaxınlığında qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, ünvan 1 ünvanında evdə olan zaman, bacısı Leyla Nurullayevaya məxsus “Redmi Note 9S” markalı telefonu oğurlayıb evdən getmiş və həmin telefonu Neftçilər metrosunun yaxınlığında 50 manat satmışdır. Həmçinin o, 28.02.2022-ci il tarixdə narkotik vasitə olan heroindən istifadə etmişdir. Polis şöbəsində olan zaman onun sərxoşluğunu və ya narkotik maddələrdən istifadə etməsini müəyyən etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılmış, tibbi müayinədən keçirilən zaman sidiyində narkotik vasitə aşkar edilmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin o qeyd etmişdir ki, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəmişdir və onunla barışıq əldə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, Şəxs ona vurmuş olduğu ziyanı ödəmiş, onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq 02.03.2022ci il tarixli protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 mart 2022-ci il tarixli, 1021 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktdan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan OPİ, MET və AMP aşkar olunmuşdur; inzibati qaydada tutma haqqında 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs oğlu 02.03.2022-ci il tarixdə, saat 14:40-da tutulmuşdur; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib olunmuş 02 mart 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 21.02.2022-ci il tarixində yaşadıqları evdə bacısı X3 məxsus “Redmi Note 9S” markalı telefonu talamışdır; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib olunmuş 02 mart 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs sonuncu dəfə 28.02.2022-ci il tarixində yaşadığı ünvan 3 ünvanının yaxınlığında qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir; cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, İXM-nin 206 və 227-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün material Xətai RPİ-nin 34-cü PŞ-nə göndərilmişdir; zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, o, Şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsinə məhkəmədən xahiş edir; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş, onunla barışıq əldə etmişdir və İXM-nin 227-ci maddəsi ilə barəsində başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş edir; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.06.2013-cü il tarixli hökmü ilə CM-nin 185.2.1, 69.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il 04 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 22.06.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 39.2-ci maddəsinə əsasən 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, tibbi müayinə protokolu, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini, inzibati xətanı törətmiş şəxs və zərərçəkmiş şəxsin əzrizələrini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından icraata xitam verilməli, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli «02» mart 2022-ci il tarixdən saat 14:40-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «02» mart 2022-ci il tarixdən saat 14:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-946/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-946/2022
02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver