Məhkəmə qərarları › İş №3(011)-946/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-946/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-946/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X4 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 28 yanvar 2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib olunmuş 28 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 27 yanvar 2025ci il tarixində, saat 19:00 radələrində ünvan 3 ünvanının qarşısına gələrək səs-küy salıb nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq əməli törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Kubra ilə 2018-ci ildə ailə həyatı qurmuş və 2024-cü ilin mart ayında boşanmışlar. Biri 4 yaşlı oğlan, biri də 6 yaşlı qız olmaqla iki övladı var. xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində qayınanası Natella Məmmədovanın kirayə yaşadığı ünvan 4 ünvanının qarşısına azyaşlı uşaqlarının oyuncağını götürmək üçün getmişdir. Belə ki, uşaqları müvəqqəti onunla qalmaları üçün öz yaşadığı evə aparmışdır. Əvvəlki arvadı Kubra Məmmədova və anası Natella Məmmədovanı hədələməmiş və heç bir xuliqanlıq əməli törətməmişdir. Beləliklə o, göstərilənlərə əsasən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2025-ci il tarixli protokol tərtib olunduğunu və Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 bildirmişdir ki, 27 yanvar 2025-ci il tarixdə keçmiş həyat yoldaşı Şəxs mobil telefonuna zəng edərək və yaşadığı ünvana gələrək onu öldürəcəyi ilə hədələmişdir. Hal-hazırda onun onu öldürəcəyindən qorxduğu üçün hərəkət etməyə qorxur. Şəxs əvvəllər də dəfələrlə bu cür hərəkətlərə yol vermişdir və o, dəfələrlə onun barəsində 36-cı Polis Şöbəsinə şikayət etmişdir. Onun tələbi onun işdən çıxmasıdır. Hazırda o, Nərimanov rayonu ərazisində yerləşən “Aura” spa idman salonunda terapist kimi işləyir. İki aydır ki, Rəşad bu barədə bilir və onun işdən çıxmağını tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı, polis mayoru Qabil Hüseynov tərəfindən qəbul edilmiş 28 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onun İXM-nin 510-cu maddəsi ilə məsuliyyət cəb edilməsi üçün qərar Xətai RPİ-nin 36-cı PŞ-nin rəhbərliyinə təqdim edilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib olunmuş 28 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 yanvar 2025-ci il tarixində, saat 19:00 radələrində ünvan 3 ünvanının qarşısına gələrək səs-küy salıb nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq əməli törətmiş, bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında 28 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:05-də tutulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3118/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşır və hesab edir ki, həmin izahat inzibati məsuliyyətdən boyun qaçırmaq üçün verilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini və ağırlaşdıran hal kimi il ərzində təkrar inzibati xəta hadisəsi törətməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri olan həbs tətbiq olunmalı, həbs etmənin əvvəli 28 yanvar 2025-ci il tarixdən, saat 00:05-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 06 (altı) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 28 yanvar 2025-ci il tarixdən, saat 00:05-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar