Məhkəmə qərarları › İş №3(011)-95/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-95/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-95/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, şikayətçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X4 rəisi X1 nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X4 rəisi X1 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X4 rəisi X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tələblərinin pozulduğunu iddia edərək, X1 vəzifəli şəxs kimi barəsində xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib etmiş və cərimə tətbiq etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinin tələblərinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə işəgötürən 1000 manatdan 1500 manata kimi cərimə edilir. 27 avqust 2022-ci il tarixdə “Nəriman Nərimanov’’ gəmisinin 2-ci mexaniki X16 istehsalatda baş verən bədbəxt hadisə nəticəsində xəsarət almış və bununla bağlı X8 tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirmə aparılmışdır. Bununla bağlı məlumat 29 avqust 2022-ci il tarixdə rəsmi şəkildə EC05/02-166 saylı məktubla AR ƏƏSMN yanında X14 Xidmətinə məlumat verilmişdir. Hadisə baş verən günün həftənin altıncı günü olması və növbəti günün bazar gününə təsadüf etməsi səbəbindən məlumat iş günü 29 avqust tarixində təqdim edilmişdir. Belə ki, tərəflərindən hər hansı bir inzibati xəta pozuntusu törədilməmişdir, hadisə barədə məlumat DƏMX-nə göndərilmişdir. Belə ki, idarə protokolu tərtib etməklə birbaşa olaraq İXM-in 1.1-ci və 3-cü maddələrinin tələblərini ciddi şəkildə pozmuşdur. Yəni, İXM-də nəzərdə tutulmayan əməl inzibati xəta hesab edilə bilməz və inzibati məsuliyyət yarada bilməz. X14 isə Məcəllədə nəzərdə tutulmayan əməli də yanlışlıqla inzibati xəta hesab etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən onun izahatı alınmamış və belə bir izahatın protokola əlavə edilməsi barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş MN ******* saylı protokolda hüquqları izah edilən şəxsin imzasına rast gəlinmir və bununlada 100.2-ci maddənin tələbləri aşkarcasına kobud şəkildə pozulmuşdur. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol qanunsuz və əsassızdır. Belə ki, təqdim olunmuş sənədlərdən sübuta yetirilir ki, onun tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xəzər X4 rəisi X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək şikayət ərizəsinin mətnində bir neçə yerdə texniki səhvə yol verilərək qərarın tarixinin xx.xx.2022-ci il kimi göstərildiyini qeyd edərək, həmin tarixin 28 noyabr 2022-ci il kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X11 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, "xxxx" QSC-nin Xəzər X4 rəisi X3 tərəfindən işçisi X16 ilə xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə DƏMX-nə həmin gün deyil 29 avqust 2022-ci il tarixində məlumat verilmişdir və bunu təsdiq edən çıxarış məhkəməyə təqdim olunur. Bununla da "xxxx" QSC-nin Xəzər X4 rəisi X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinin tələbləri pozulduğundan barəsində xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, "xxxx" QSC-nin Xəzər X4 rəisi X1 nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" QSC-nin X10 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ünvanlanmış 29 avqust 2022-ci il tarixli ECO5/02-166 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində "xxxx" QSC-nin strukturunun vahidi olan X7 məxsus “N.Nərimanov” gəmisinin 2-ci mexaniki xx.xx.1981-ci il təvəllüdlü X16 təxminən saat 21:00 radələrində istirahət otağına gedərkən dəhlizdəki pilləkənin axırıncı pilləsində sağ ayağı büdrəmiş və nəticədə yıxılaraq sağ ayağının topuq nahiyəsindən sınıq xəsarəti almışdır. Hazırda A.Osmanovun müalicəsi ambulator şəraitdə davam edir. Baş vermiş hadisənin təhqiqi ilə əlaqədar yaradılacaq komissiyanın tərkibinə X4 Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin rəisi X6 və DND-nın Həmkarlar İttifaqı Komitəsinin sədri X2 daxil edilməsini təkilf edirlər; X14 Xidmətinə məxsus mailto:demx@sosial.gov.azElektron ünvan elektron poçt ünvanından əldə olunmuş çıxarışdan görünür ki, "xxxx" QSC-nin X10 tərəfindən xx.xx.2022ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə məlumat DƏMX-nə 29 avqust 2022-ci il tarixdə göndərilmişdir; X14 Xidmətinin rəis müavini X12 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" QSC-nin Xəzər X4 rəisi X3 tərəfindən işçisi X16 ilə xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə DƏMX-nə həmin gün məlumat verilməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 555.1-ci maddəsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X14 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X14 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Həmin Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X14 Xidməti həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X14 Xidmətinin rəis müavini X12 tərəfindən "xxxx" QSC-nin Xəzər X4 rəisi X1 işçisi X16 ilə xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə DƏMX-nə həmin gün məlumat verməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında "xxxx" QSC-nin X4 rəisi X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsində qeyd etdiyi xüsusatları təsdiqləyərək 27 avqust 2022-ci il tarixdə “Nəriman Nərimanov’’ gəmisinin 2-ci mexaniki X9 istehsalatda baş verən bədbəxt hadisə nəticəsində xəsarət aldığını, bununla bağlı X8 tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirmə aparıldığını və məlumatın 29 avqust 2022-ci il tarixdə rəsmi şəkildə EC05/02- 166 saylı məktubla AR ƏƏSMN yanında X14 Xidmətinə verildiyini, hadisə baş verən günün həftənin altıncı günü olması və növbəti günün bazar gününə təsadüf etməsi səbəbindən məlumatın iş günü 29 avqust tarixində təqdim edildiyini və bununlada tərəflərindən hər hansı bir inzibati xəta pozuntusu törədilmədiyini bildirərək 28 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsinə əlavə edilmiş 29 avqust 2022-ci il tarixli ECO5/02-166 saylı məktubdan və səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Elektron ünvan elektron poçt ünvanından əldə olunmuş çıxarışdan məlum olur ki, 27 avqust 2022-ci il tarixdə işçi X9 istehsalatda baş verən bədbəxt hadisə nəticəsində xəsarət almasına baxmayaraq məlumat dərhal hadisə baş verən gün deyil əmək qanunvericiliyinin tələbləri pozularaq gecikmə ilə 29 avqust 2022-ci il tarixdə X14 Xidmətinə göndərilmişdir. Şikayət ərizəsində şikayətçinin nümayəndəsinin istinad etdiyi 27 avqust 2022-ci il tarixinin həftənin altıncı gününə və növbəti günün bazar gününə təsadüf etməsi, bu səbəblə məlumat məktubunun gecikmə ilə göndərilməsi inzibati xəta hadisəsinin törədilməməsi kimi qiymətləndirilə bilməz, belə ki, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisə nəticəsində işçinin xəsarət almasına dair məlumatın X14 Xidmətinə məxsus Elektron ünvan elektron poçt ünvanına məhz 27 avqust 2022-ci il tarixdə də göndərilməsinə heç bir maneə olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsində birmənalı olaraq göstərilmişdir ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisə barədə dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana hadisə barədə məlumat verməyə borcludur. Göründüyü kimi, maddənin dispozisiyasında da hadisə baş verən günün iş günü olmadıqda hadisə barədə məlumatın növbəti iş günündə verilməsi barədə heç bir qeyd yoxdur. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, "xxxx" QSC-nin Xəzər X4 rəisi X3 tərəfindən işçisi X16 ilə xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə DƏMX-nə həmin gün məlumat verilməməsi təsdiq edilmiş, bununla da şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X4 rəisi X1 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X4 rəisi X1 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar