Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-950/2024 17.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Şikayətçi şəxs X9 etibarnamə üzrə nümayəndəsi, Şirvan Regional Vəkil Bürosunun vəkili X7, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin 31 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X16 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin 31 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X16 şikayətini onunla əsaslandırmışdır ki, X15 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli MN № ******* saylı qərarına əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 manat cərimə tətbiq edilmişdir. Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin 31 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibatı tənbeh vermə haqqında qərarı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə ona göndərilmişdir. Həmin qərardan tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinə göstərilən nöqsanla bağlı şikayət verilmişdir və həmin orqan verilən şikayəti təmin etməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 xidmətinin Bakı şəhər İdarəsinin 31 yanvar 2024-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmışdır. Aşağıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin 31 yanvar 2024-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, X10 ilə "xxxx" MMC-nin arasında xx.xx.2023- cü il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Lakin elektron sistemdə yaranmış nasazlıqla bağlı əmək müqaviləsinin sistemə daxil edilərək təsdiq edilməsi mümkün olmamışdır. Növbəti iş günü, yəni xx.xx.2023-cü il tarixdə X10 ilə "xxxx" MMC-nin arasında bağlanmış əmək müqaviləsi elektron sistemə daxil edilərək təsdiq edilmişdir. X10 ilə "xxxx" MMC arasında xx.xx.2023cü il tarixdə əmək müqaviləsi bağlanmasına baxmayaraq o iş cəlb edilməmiş, 01,05.2023cü il tarixdən əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına başlamışdır. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsi qeyd olunanları nəzərə almamış, X5 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi qənaətinə gəlmiş və barəmdə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhəri İdarəsinin 31 yanvar 2024- ci il tarixli MN ******* nömrəi inzibati tənbeh vermə haqqında qərarı DƏMXnin Bakı Şəhəri İdarəsinin rəis müavini Fərid Bağırov tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli MN 193728 saylı protokol əsasında qəbul edilmişdir. Bildiririk ki, DƏMX-nin Bakı Şəhəri İdarəsinin xx.xx.2024- ci il tarixli MN 193728 sayli protokola xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən baxılmış və inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan məhkəmə qərarı ilə tərəfimdən hər hansı bir inzibatı xəta törədilməməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şikayətçi şəxs X9 etibarnamə üzrə nümayəndəsi, Şirvan Regional Vəkil Bürosunun vəkili X14 izahat verərək bildirmişdir ki, X10 xx.xx.2023-cü il tarixində işləmək üçün "xxxx"-ə müraciət etmişdir. xx.xx.2023-cü il tarixi həftənin cümə günü olduğu üçün X10 ilə müvafiq olaraq iş şəraiti ilə tanış olması üçün sınaq müddəti müəyyən edilmiş, həmçinin həmin günü “ASAN” imza işləmədiyi üçün xx.xx.2023-cü il tarixində müvafiq olaraq əmək müqaviləsinin bildirişi imzalanmışdır. X5 işləmədiyi 28-30 aprel 2023-cü il tarixləri onun iş günü kimi götürülərək ona əmək haqqı verilmişdir. Məlumdur ki, 29-30 aprel 2023-cü il tarixləri həftənin qeyri-iş günlərinə düşür. "xxxx" heç bir sosial və vergi ödənişlərindən yayınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin mahiyyəti ümumilikdə dövlət büdcəsinə ödənilməli olan vergi və sosial ödənişlərin yayınmasının qarşısını almaq məqsədi daşıyır. Daha sonra X5 hər ay maaşı verilmişdir. X2 Əmək Müfəttişliyinə əsassız olaraq "xxxx" barəsində şikayət ünvanladıqdan sonra protokol tərtib edən orqan araşdırma apararaq verilmiş şikayət ilə əlaqədar heç bir tutarlı əsas müəyyən etmədiyindən, sadəcə formal olaraq 28 aprel tarixində Əhmədov Rəsulun işə gəlməsini, lakin əmək müqaviləsinin “ASAN imza” ilə imzalanmamasını əsas gətirərək X16 barəsində əssasız olaraq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin 31 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X4 izahat verərək şikayət ərizəsinin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin 31 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin 31 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-231/2024 saylı qərarından görünür ki, X10 ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin İ hissəsinin tələblərinin pozulması faktına görə X15 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 17 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair sübut olmadığından iş üzrə icraata xitam verilmişdir. Hesab edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsi qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları nəzərə almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir 53.1.7-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, vəzifəli şəxs X16 tərəfindən X10 ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlamadan müyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, X10 ilə “Xəzri TN" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlanmış və müqavilə üzrə tərəflərin öhdəlikləri müəyyən edilmiş, hər ay xidmət haqqı ödənilmiş X10 şikayətində əmək bildirişinin gecikmə ilə imzalanması barədə heç bir nüans qeyd etmədiyi halda X8 Bakı şəhər İdarəsi vəzifəli şəxs barəsində inzibati tənbeh vermə haqqında qərarı qəbul etmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-231/2024 saylı qərarı ilə Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair sübut olmadığından iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, X9 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin 31 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin 31 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-950/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-950/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver