Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-951/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xətai rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Xətai rayon Prokurorluğundan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə baxılması üçün Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xətai rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materialdan görünür ki, Xətai rayon polis idarəsinin 36-cı polis şöbəsinin polis sahə inspektoru, polis mayoru Şəxs (FİN xxxxxxx; AA 2446188) X1 müraciəti əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraat zamanı Xətai RPİ-nin 36-cı PŞ-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın xx.xx.2023-cü il tarixdə dayandırılmasına və qərarda onun 48 saat ərzində prokurora göndərilməsinin nəzərdə tutulmasına baxmayaraq, onu yalnız xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna göndərməklə icra etmiş, bununla da, Azərbaycan Respublikası İXMnin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən həmin Məcəllənin 104.4-cü maddəsində müəyyən edilmiş müddətlərin pozulmasına görə inzibati xətasını törətmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan X3 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək xx.xx.2023-cü il tarixdə naməlum şəxs(lər) tərəfindən yaşadığı ünvanın həyətində saxladığı özünə məxsus "VAZ 2107" markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının yan şüşəsinin sındırılmaqla salondan bir ədəd 200 manat dəyərində "Pioneer" markalı maqnitofonun və bir ədəd 200 manat dəyərində "Pioneer" markalı monitorun oğurlandığını göstərmişdir. Qeyd olunan müraciət əsasında Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Rəşad Babayev tərəfindən ilkin yoxlama aparılmış və 04 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə istinad edilməklə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən naməlum şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın icrası Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru, polis mayoru Şəxs həvalə edilmişdir. 06 noyabr 2023-cü il tarixdə Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru, polis mayoru Şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Qərardad qəbul edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat Xətai RPİ-nin 36-cı PŞ-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 104.1.3-cü maddəsinə istinad edilməklə dayandırılmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında Qərar rayon prokurorluğunda öyrənilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.2 və 104.4-cü maddələrinin tələblərinin kobud surətdə pozulması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 104.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında iş üzrə icraatın dayandırılmasına qədər səlahiyyətli vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri aparmalı, həmin Məcəllənin 104.1.1 və 104.1.3-cü maddələrində nəzərdə tutulmuş və inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması üçün səbəb olmuş halların aradan qaldırılması üçün bütün tədbirləri görməlidir. Araşdırma zamanı X3 özünə məxsus "VAZ 2107" markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının yan şüşəsinin sındırılmasını göstərsə də, qeyd olunan xüsusat araşdırılmamış, müvafiq ekspertiza təyin edilərək mülkiyyətçiyə dəymiş ziyanın konkret məbləği müəyyən edilməmiş və nəticəsindən asılı olaraq əməlin inzibati və ya cinayət tərkibi olmasına hüquqi qiymətin verilməsi təmin edilməmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar xx.xx.2024-cü il tarixdə ləğv edilərək qərarı qəbul etmiş səlahiyyətli vəzifəli şəxsə göndərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 104.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxs 48 saat ərzində həmin qərarın surətini müvafiq prokurora göndərməlidir. Toplanmış materialdan isə görünür ki, inzibati xəta haqqında iş üzrə icraat xx.xx.2023-cü il tarixdə dayandırılmasına baxmayaraq xx.xx.2024-cü il tarixdə qərarın surəti prokurora göndərilmişdir. Şəxs izahatında qərarın hansı səbəbdən 48 saat ərzində müvafiq prokurora göndərilməməsinin səbəbini bilmədiyini göstərmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat Xətai RPİ-nin 36-cı PŞ-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 104.1.3-cü maddəsinə istinad edilməklə dayandırılmış, qərarda onun 48 saat ərzində prokurora göndərilməsi nəzərdə tutulsa da, qərarı icra edən RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru, polis mayoru Şəxs tərəfindən yalnız xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna göndərilmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən həmin Məcəllənin 104.4-cü maddəsində müəyyən edilmiş müddətlərin pozulmasına görə inzibati xətasını törətmişdir. Azərbaycan Respublikası İXM-nin 596.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən həmin Məcəllənin 52.2-ci, 57.4-cü, 83.2-ci, 83.3-cü, 91.0.4-cü, 97-ci, 101-ci, 102.5-ci, 103-cü, 104.4-cü, 104.7-ci, 111.1-ci, 117-ci, 131-ci, 136.2-ci və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin pozulmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Xətai rayon prokuroluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xətai Rayon Polis İdarəsinin 36cı Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 mart 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, xx xxx 1970-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Xətai RPİ-nin 36-cı PŞ-nin polis sahə inspektoru işləyən, ünvan 2 ünvanında yaşayan Şəxs (FİN xxxxxxx; AA*******) barəsində Azərbaycan Respublikası İXM-nin 596.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. 04 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən naməlum şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi qərara alınmışdır. Xətai RPİ 36-cı Polis Şöbəsinin rəisi Rza Əliyev tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 30 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərarın surətindən görünür ki, 30 oktyabr 2023-cü il tarixdə X2 məxsus 200 manat dəyərində Pioneer markalı maqnitofonun oğurlanması barədə X1 müraciəti əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış icraatın həmin Məcəllənin 104.1.3-cü maddəsinə əsasən dayandırılması qərara alınmışdır. Xətai RPİ 36-cı Polis Şöbəsi tərəfindən Xətai Rayon Prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında məlumat verilmiş və müvafiq qərarın surəti təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq- ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Prokurorluq haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir. Həmin Qanunun 24-cü maddəsinə əsasən prokuror cinayət və inzibati xəta aşkar etdikdə və digər hallarda müvafiq olaraq cinayət işi başlamaq və ya inzibati xətalara dair icraat başlamaq haqqında, yaxud digər qərar çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən xırda talama əməli barədə Xətai RPİ 36-cı Polis Şöbəsinin rəisi Rza Əliyev tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Daha sonra iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış icraat Həmin Məcəllənin 104.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104.1.3-cü maddəsinə əsasən inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda inzibati xəta haqqında iş üzrə icraat dayandırılmalıdır. Lakin iş materiallarından da göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat xx.xx.2023-cü il tarixdə dayandırılmasına baxmayaraq xx.xx.2024-cü il tarixdə qərarın surəti prokurora göndərilmişdir. Şəxs izahatında qərarın hansı səbəbdən 48 saat ərzində müvafiq prokurora göndərilməməsinin səbəbini bilmədiyini göstərmişdir. İXM-in 104.4-cü maddəsinin dispozisiyasında İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxs 48 saat ərzində həmin qərarın surətini müvafiq prokurora göndərməsi göstərilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat Xətai RPİ-nin 36-cı PŞ-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 104.1.3-cü maddəsinə istinad edilməklə dayandırılmış, qərarda onun 48 saat ərzində prokurora göndərilməsi nəzərdə tutulsa da, qərarı icra edən RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru, polis mayoru Şəxs tərəfindən yalnız xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna göndərilmişdir. Beləliklə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 104.6-cı maddəsinə əsasən prokuror inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın bu Məcəllənin 104.1-ci maddəsi pozulmaqla qəbul edildiyini müəyyən etdikdə, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edir və onun surətini qərarı qəbul etmiş səlahiyyətli vəzifəli şəxsə göndərir. Bu halda prokuror həmçinin səlahiyyətli vəzifəli şəxs barəsində bu Məcəllənin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edir. 596.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllənin 52.2-ci, 57.4-cü, 83.2-ci, 83.3-cü, 91.0.4-cü, 97-ci, 101-ci, 102.5-ci, 103-cü, 104.4-cü, 104.7-ci, 111.1-ci, 117-ci, 131-ci, 136.2-ci və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin pozulmasına görə – vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 200 (iki yüz) manat məbləğində cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-951/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-951/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver