Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-951/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Şıxəliyev Ruslan Bazarxan oğlunun iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİM: Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-dən daxil olmuş 28 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:06 radələrində ünvan 2 ünvanında keçmiş həyat yoldaşı X1 qarşı səs-küy edərək ətrafdakı insanların narahatçılığına səbəb olmaqla ictimai qaydanı pozmaqla inzibati xəta törətmişdir. Buna görə Şəxs barəsində Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin sahə rəisi, polis mayoru Şıxəliyev Ruslan Bazarxan oğlu tərəfindən Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə 28 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadə verərək bildirmişdir ki, törətdiyi əməldən peşmandır, odur ki, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Xətai RPİ-nin 37-ci PŞ-nin sahə rəisi, polis mayoru Şıxəliyev Ruslan Bazarxan oğlu inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 510-cu maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Bildirmişdir ki, şəxs özü xx.xx.2025-ci il tarixdə 10:00 radələrində bölməyə yaxınlaşmış və barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid kimi ifadə verən X3 bildirmişdir ki, o, barəsində prostokol tərtib edilmiş şəxsin keçmiş həyat yoldaşıdır. Bu əməl həmin şəxs tərəfindən dəfələrlə təkrarlanmışdır. Belə olan təqdirdə hesab edir ki, şəxs inzibati qaydada həbs olunsa o bu əməllərindən çəkinər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00:06 radəsində xidməti ərazidə xidmət aparan zaman Şəxs keçmiş həyat yoldaşı X1 qarşı səs-küy etməsi ətrafdakı insanların narahatçılığına səbəb olması ilə müşahidə edildiyindən və həmin şəxs 37-ci PŞ-nə dəvət edilmişdir. Daha sonra sözügedən şəxs özü xx.xx.2025-ci il tarixdə 10:00 radəsində bölməyə yaxınlaşmış və Polis şöbəsində onun şəxsiyyəti müəyyən edilərək Şəxs olması müəyyən edilmişdir. 28 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs keçmiş həyat yoldaşı X1 qarşı səs-küy etməsi ətrafdakı insanların narahatçılığına səbəb olduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir; 28 yanvar 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin tarixdə saat 10:00 radələrində inzibati qaydada tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 510-cü maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, raport və işin halları ilə sübuta yetirilmişdir ki, Şəxs keçmiş həyat yoldaşı X1 qarşı səs-küy etməsi ətrafdakı insanların narahatçılığına səbəb olmaqla nəticədə xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsdə saxlamanın əvvəli 28 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 28 yanvar 2025-ci il tarixdən saat 10:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-951/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-951/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver