Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-954/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs oğlunun, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru polis kapitanı X2 iştirakları ilə, xx.xx.1954-cü il tarixdə Qəbələ rayonunun, Bum kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Orxan Məmmədovun 07.02.2022-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş 28.02.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 yanvar 2022-ci il tarixdə idarə etdiyi “Hyundai İ20 minik” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Neapol dairəsindən Ukrayna dairəsinə gəldiyi zaman yolun sol hissəsindən gələn “Lada Priora” markalı avtomaşının sağ qapısından vurmuş və hadisə nəticəsində avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, 17 yanvar 2022-ci il tarixdə idarə etdiyi “Hyundai İ20 minik” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Neapol dairəsindən Ukrayna dairəsinə gəldiyi zaman yolun sol hissəsindən gələn “Lada Priora” markalı avtomaşını gözləmədən yola daxil olaraq avtomobilin sağ qapısından vuraraq sərnişin Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, ilk dəfə inzibati xəta hadisəsi törətdiyini bildirərək barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru polis kapitanı X3 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 18 yanvar 2022-ci il tarixli 71 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində - sağ yanaq nahiyəsində kəsilmiş yara, başın sağ alın, sifətin sağ yarısı və burun nahiyələrində kəsilmiş səthi dəri yaraları, hər iki göz orbitası və gözaltı nahiyələrdə və sağ bazu oynağı nahiyəsində qançırlar müəyyən edilmişdir. Qeyd olunan xəsarətlərdən sağ yanaq nahiyəsində kəsilmiş yara, başın sağ alın, sifətin sağ yarısı və burun nahiyələrində kəsilmiş səthi dəri yaraları kəsici kənarlı əşya (əşyaların), ola bilsin avtomobilin sınmış şüşəsinin, hər iki göz orbitası və gözaltı nahiyələrdə və sağ bazu oynağı nahiyəsində qançırlar isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 17.01.2022-ci il tarixdə və şəraitdə yəni sərnişin qismində olduğu minik avtomobilin, digər minik avtomobillə vurulması nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Orxan Məmmədovun 07.02.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məlum olur ki, Şəxs oğlunun barəsində cinayət işinin başlanması rədd edilmiş və əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin əlamətləri olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xətai rayon DYPŞ-nin 28.02.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-954/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-954/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver