Məhkəmə qərarları › İş №3(011)-957/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-957/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-957/2023 26.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Bakı Nəqliyyat Agnetliyinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 09 sentyabr 2021-ci il tarixli, BNA ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Bakı Nəqliyyat Agnetliyinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 09 sentyabr 2021-ci il tarixli, BNA ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o avtomobilin içində olduğu zaman BNA tərəfindən avtomobilinin şəkli çəkilmiş və onun barəsində cərimə tənbeh tədbiri görülmüşdür. Bu barədə BNA-ya şikayət ərizəsi yazmışdır və ona göndərilən cavabla razılaşmamışdır. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, 09 sentyabr 2021-ci il tarixli, BNA ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, hesab edir Bakı Nəqliyyat Agnetliyinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 09 sentyabr 2021-ci il tarixli, BNA ******* nömrəli qərar ləğv olunmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Nəqliyyat Agnetliyinin inzibati tənbeh vermə haqqında 09 sentyabr 2021-ci il tarixli, BNA ******* nömrəli qərarından görünür ki, X2 09 sentyabr 2021-ci il tarixdə idarə etdiyi “Opel Astra” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Məmmədcəfər Cəfərov küçəsində hərəkətdə olarkən “X4” Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq nəqliyyat vasitəsini yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozulması səbəbindən İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 20 manat cərimə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 3(011)-957/2023 saylı qərarından görünür ki, Bakı Nəqliyyat Agnetliyinin inzibati tənbeh vermə haqqında 09 sentyabr 2021-ci il tarixli, BNA ******* nömrəli qərarı ləğv edilmiş və inzibati icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 3(103)-852/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 3(011)-957/2023 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılmağı üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. “X4” Azərbaycan Respublikasının Qanununun: 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Bakı Nəqliyyat Agnetliyinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 09 sentyabr 2021-ci il tarixli, BNA ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini barədə X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qərardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, icraat İXM-in 124cü maddəsinə əsasən aparılmış, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar inzibati xətanın törədildiyi yerdə vəzifəli şəxsin bilavasitə iştirakı ilə məhz bort-komputer (planşet) vasitəsilə tərtib olunmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Bakı Nəqliyyat Agnetliyinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 09 sentyabr 2021-ci il tarixli, BNA ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə X1 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar