Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9597/2025 17.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Samid Sadiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 03 noyabr 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 98808.36 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 11 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 98808.36 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Şəxs MMC-nin barəsində ona görə 03 noyabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, guya Şəxs MMC xx.xx.2023-cü il tarixində 98808.36 ABŞ dolları məbləğində pul vəsaitini xaricə köçürmüş, lakin 2 il müddət keçsə də nə həmin dəyərdə mal ölkəyə idxal edilmiş, nə də ki, valyuta vəsaiti geri qaytarılmışdır. Hesab edirlər ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş 03 noyabr 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, Şəxs xx.xx.2006-cı ildə təsdiqlənmiş Nizamnaməsinin 3.1-ci maddəsinə əsasən Cəmiyyət bu nizamnamə ilə nəzərdə tutulmuş və Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan edilməmiş təsərrüfat fəaliyyətinin istənilən növü ilə məşğul olmaq hüququna malikdir. Şəxs MMC 2022-ci ildən etibarən Tranzit ticarət fəaliyyəti ilə məşğuldur. Göstərilən ticarət üsulu qanunidir və heç bir qanunvericilik aktları ilə qadağan edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının Azad sahibkarlıq hüququ barəsində 59-cu maddəsinə əsasən, “Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.” Şəxs MMC tərəfindən xaricdə əldə edilmiş, Şəxs MMC-nin mülkiyyətinə keçmiş mallar Azərbaycan Respublikasının sərhədlərinə daxil edilmədən, xaricdə olarkən üçüncü şirkətə Şəxs MMC tərəfindən satılaraq tranzit ticarət münasibəti ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Beləcə vasitəçilik münasibətindən fərqli olaraq Şəxs MMC tərəfindən öz mülkiyyətində olan malları sataraq tranzit ticarətlə məşğul olduğunu qeyd edirlər. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, Belçikanın “Brunswick Marine in Emea” şirkəti ilə Şəxs MMC arasında bağlanmış müqaviləyə əsasən, Şəxs MMC bu şirkətin mallarının rəsmi alıcısı və Azərbaycandakı distribyutorudur. “Brunswick Marine in Emea” şirkətindən Şəxs MMC tərəfindən distribyutor müqaviləsinə əsasən, müqavilədə qeyd edilmiş müxtəlif qayıq motorları və onların ehtiyat hissələri satın alıb Azərbaycanda və digər ölkələrdəki müştərilərə satır. Qeyd etməlidir ki, xx.xx.2023-cü il tarixli, ********* (07) nömrəli ödəniş tapşırığına əsasən məlum olur ki, Belçikanın “Brunswick Marine in Emea” şirkətinin xx.xx.2023-cü il tarixli, 23/411151 nömrəli və xx.xx.2023-cü il tarixli, 23/411152 nömrəli proformaları üzrə Şəxs MMC tərəfindən “Brunswick Marine in Emea” şirkətinin bank hesabına 98808.36 ABŞ dolları köçürülmüşdür. Mərkəzi Bankın təqdim etdiyi xx.xx.2025-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilən 98808.36 ABŞ dolları məbləğində (168000.00 manat) mallar “Brunswick Marine in Emea” şirkətinin xx.xx.2023-cü il tarixli, 23/411151 nömrəli və xx.xx.2023-cü il tarixli, 23/411152 nömrəli proformaları üzrə Şəxs MMC tərəfindən satın alınmış və Rusiyanın "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4 saylı alqısatqı müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı; xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı invoyslarla daha sərfəli qiymətə - 244.735,3 (iki yüz qırx dörd min yeddi yüz otuz beş manat otuz qəpik) manat məbləğinə satılmışdır. Şəxs MMC tərəfindən satın alınmış və Rusiyanın "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4 saylı alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı; xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı invoyslara uyğun tarixlər və kodlar üzrə malların qablaşdırma siyahısı işin materiallarına əlavə edilmişdir. X2, ordan da Rusiyaya aparılması təsdiq edən, 10013160/221123/3494667 və 10009100/221123/5028392 nömrəli Gömrük bəyannaməsi, Beynəlxalq yük daşıma qaiməsi ödəniş tapşırığı üzrə alınan malların Rusiyaya göndərildiyini təstiq edir, həmin sənədlərdə alınan malların invoyslar üzrə tarixləri, nömrələri və kodları mövcuddur. Həmçinin malların Şəxs MMC tərəfindən Rusiyanın "xxxx" MMC-yə verilməsini haqqında, xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı; xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı invoyslar üzrə xx.xx.2023-cü il tarixli təhvil-təslim aktları təstiq edir ki, mallar Azərbaycan Respublikasına daxil olmadan Rusiyanın "xxxx" MMC-yə təhvil verilmişdir. Şəxs MMC (sifarişçi) və "xxxx" MMC (icraçı) arasında xx.xx.2022-ci il tarixli, KPİ/104/2022 saylı Gömrük rəsmiləşdirilməsinin təmin olunması barədə müqavilə bağlanmışdır. Malların “Brunswick Marine in Emea” şirkətindən Şəxs MMC-nin sifarişi ilə daşınmasını haqqında xx.xx.2023-cü il tarixli, KPİALF063/23 saylı invoysa əsasən, xx.xx.2023-cü il tarixli, ********* saylı ödəniş tapşırığı üzrə ödənişlər edilmişdir (müqavilə, invoys, qaimə və ödəniş tapşırığı qoşmaya əlavə edilir). Beləliklə, ümumilikdə bu əməliyyatdan 98.808,36 ABŞ dolları – manat qarşılığı 168.000,00 manat məbləğin "xxxx" MMC tərəfindən xaricə köçürüldüyünü nəzərə alınsa, sifariş olunan həmin mallara görə ölkəmizə daha çox: 244.735,3 (iki yüz qırx dörd min yeddi yüz otuz beş manat otuz qəpik) manat məbləğ daxil olmuşdur. Göstərilən müqavilələrdən xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı; xx.xx.2023-cü il tarixli, ***- *******3-MP saylı invoyslarla edilmiş alqı-satqı əsasında qazanılmış (244.735,3 manat – 168.000,00 manat) 76.735,3 manat məbləğində həmin mallardan qazanılmış gəlirlə bağlı Şəxs MMC tərəfindən müvafiq gəlir bəyannaməsi verilmiş, müvafiq vergilər ödənilmişdir. Bununla bağlı məhkəməyə Şəxs MMC tərəfindən 2023-2024-cü illər üzrə ödənilmiş Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsi etiraza əlavə edilərək məhkəməyə təqdim edilir. Pandemiya dövründə Şəxs MMC-nin 3 işçisi olmuş orta əmək haqqı 400 manat təşkil etmişdir. Daha sonra 2022-ci ildən etibarən işçilərin sayı 10, orta aylıq əmək haqqı məbləği 1.000 (min) manata kimi yüksəlmişdir. Şəxs MMC tərəfindən ƏƏSMN-ə illik 30.000 manat məbləğində ödəniş edilmişdir. 2022-2025-ci illər ərzində Şəxs MMC tərəfindən 1.000.000 manat dəyərində vergi ödənilmişdir. Şəxs MMC-nin Mərkəzi Banka təqdim təqdim etdiyi sənədlərdən aşkar etmək olur ki, Şəxs MMC Belçikadan aldığı və “Brunwick Marine in Emea” şirkətinin invoysunda qeyd edilən mallarla eyni adlı və kodlu malları Rusiyanın "xxxx" MMCyə satdığı mallardır. Həm şirkət tərəfindən göndərilən invoyslar, təhviltəslim aktları həm də Rusiyadan bu malların İdxal Bəyannaməsindəki malların eynisi olduğu tam təsdiq edilir. Mərkəzi Bank tərəfindən iş düzgün, hər tərəfli araşdırılmadan Şəxs barəsində AR İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Pleniumunun Qərarına əsasən,“2016-cı il 28 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” qəbul edilmişdir. Həmin Qaydaların 4-cü bəndi bank hesabları üzrə aparılan valyuta əməliyyatlarını tənzimləyir. Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir.” Azərbaycan Respublikası Mərkəzi X6 28 noyabr 2016-cı il “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qanunun 4.3.13cü maddəsinə əsasən, “qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir; Yuxarıda göstərilən hallardan da məlum olurki, Şəxs MMC 98.808,36 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaitini 11 oktyabr 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürmüş, “Brunswick Marine in Emea” şirkəti tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 23/411151 nömrəli, xx.xx.2023-cü il tarixli, 23/411152 nömrəli proformaları ilə alınan mallar Şəxs ilə Rusiyanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4 saylı alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı; xx.xx.2023-cü il tarixli, ***- *******3-MP saylı invoyslarla “Brunswick Marine in Emea” şirkətindən alınan mallar daha sərfəli qiymətə - 244.735,3 (iki yüz qırx dörd min yeddi yüz otuz beş manat otuz qəpik) manat məbləğinə satılmışdır. 1. xx.xx.2023-cü il tarixində 5.224.400,00 rubl - manat qarşılığı 91.949,44 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı proforma invoys; 2. xx.xx.2023cü il tarixində 7.006.930,00 rubl - manat qarşılığı 123.321,97 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı proforma invoys; 3. xx.xx.2023-cü il tarixində 557.937,80 rubl – manat qarşılığı 10.656,61 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı proforma invoys; 4. xx.xx.2023-cü il tarixində 984.674,20 rubl - manat qarşılığı 18.807,28 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı proforma invoysu əsasında Azərbaycan Respublikasına daxil olmuşdur. Şəxs MMC xx.xx.2023-cü il tarixdə 98.808,36 ABŞ dolları (manat qarşılığı – 168.000,00 manat) məbləğində vəsaiti xaricə köçürsə də, köçürmənin edildiyi tarixdən 02 il müddət keçmədən, yəni, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində cəmi 244.735,3 (iki yüz qırx dörd min yeddi yüz otuz beş manat otuz qəpik) manat pul vəsaiti vəsaiti üçüncü şəxs tərəfindən (Rusiyanın "xxxx" MMC) geri qaytarılmışdır. Mərkəzi Bank tərəfindən irəli sürülən iddia əsassız və ziddiyətlidir, belə ki, 30 dekabr 2022-ci il tarixli Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununa və bu sahədə olan digər qanunvericilik aktlarına, əsasən, AR-nın Mərkəzi Bankı bu məsələ ilə bağlı Nəzarət orqanıdır. Əlavə olaraq, Valyuta dövriyyəsinə və valyuta tənzimlənməsinə nəzarət AR Mərkəzi Bankının səlahiyyətinə aiddir. Bu səbəbdən də göstərilən pulların mənbəyi AR Mərkəzi Bankına məlumdur, hazırki inzibati xətaya dair iş tərəflərindən sadəcə olaraq süründürməçilik və vaxt itkisi, məhkəmə yükünü artırmaq kimi qiymətləndirilir. Azərbaycan Respublikasının 21 oktyabr 1994-cü il tarixli Valyuta tənzimi haqqında Azərbaycan Respublikası Qanununun İİİ fəslində əks olunmuş Maddə 14-1. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasını barəsində qeyd edilir: 14-1.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin və milli valyutanın Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş məlumat və sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidir. Həmin qanunun Valyuta nəzarəti orqanları və agentləri barəsində 15-ci maddəsində əks olunmuşdur ki, “Azərbaycan Respublikasının əsas valyuta nəzarəti orqanı Azərbaycan Respublikasının Mərkəzi Bankı və müvafiq icra hakimiyyəti orqanıdır. Bu halda Şəxs MMC tərəfindən aparılan valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən aşkar olunur. Hər hansı şübhəli valyuta əməliyyatının aşkar olunması zamanı, yaxud hər hansı qeyriqanuni vəziyyətin aşkarlandığı şəraitdə Mərkəzi Bank Şəxs MMC barəsində cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş məlumat və sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidir. Bu məsələ ilə bağlı Mərkəzi Bankın aidiyyəti orqanlara göstəriş verməsi, yaxud məhkəməyə cinayət işi ilə bağlı müraciət etməsi səlahiyyətləri çərçivəsində edilməlidir. Hazırda göstərilən, İXM 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyini iddia etməsi və buna əsas olaraq malların eyniləşdirilə bilmədiyini göstərməsi, eyniləşmənin mümkün olmadığı qeyd edildiyi halda yuxarıda qeyd edilən heç bir tədbirin görülməməsi, Mərkəzi Bank tərəfindən səlahiyyətlərindən sui-istifadə edərilərək qurumun əsas marağının Şəxs MMC-ni əsassız cərimələmək olduğunu aydın şəkildə görə bilərlər. Şəxs tərəfindən təqdim edilmiş sübutlardan da göründüyü kimi şirkət tərəfindən məsuliyyət yaradacaq heç bir hal mövcud deyildir. "xxxx" MMC tərəfindən xaricə ödənilmiş 98.808,36 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallın ölkəyə idxal edilməməsi, həmin malın təyinatına görə birbaşa digər xarici ölkəyə göndərilməsi heç də İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi kimi qiymətləndirilməməlidir. Belə ki, təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Şəxs MMC 98.808,36 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaitini 11 oktyabr 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş Və “Brunswick Marine in Emea” şirkəti tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 23/411151 nömrəli, xx.xx.2023-cü il tarixli, 23/411152 nömrəli proformaları ilə alınan mallar Şəxs ilə Rusiyanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4 saylı alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixli, ***- *******3-MP saylı; xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı invoyslarla “Brunswick Marine in Emea” şirkətindən alınan mallar daha sərfəli qiymətə - 244.735,3 (iki yüz qırx dörd min yeddi yüz otuz beş manat otuz qəpik) manat məbləğinə satılmışdır. xx.xx.2023-cü il tarixində 5.224.400,00 rubl - manat qarşılığı 91.949,44 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı proforma invoys; xx.xx.2023-cü il tarixində 7.006.930,00 rubl - manat qarşılığı 123.321,97 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı proforma invoys; xx.xx.2023cü il tarixində 557.937,80 rubl - manat qarşılığı 10.656,61 manat, xx.xx.2023-cü il tarixli, ***- *******3-MP saylı proforma invoys; xx.xx.2023-cü il tarixində 984.674,20 rubl - manat qarşılığı 18.807,28 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı proforma invoysu əsasında Azərbaycan Respublikasına daxil olmuşdur. Şəxs MMC xx.xx.2023-cü il tarixdə 98.808,36 ABŞ dolları (manat qarşılığı – 168.000,00 manat) məbləğində vəsaiti xaricə köçürsə də, köçürmənin edildiyi tarixdən 02 il müddət keçmədən, yəni xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində cəmi 244.735,3 (iki yüz qırx dörd min yeddi yüz otuz beş manat otuz qəpik) manat pul vəsaiti vəsaiti üçüncü şəxs tərəfindən (Rusiyanın "xxxx" MMC) geri qaytarılmışdır. Eyni analoji iş üzrə vaxtilə Zaqatala Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli Qərarı ilə İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin adı gedən Qərarından AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş apellyasiya şikayəti isə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarı ilə təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin göstərilən analoji işlə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə etdiyi müraciət əsasında yuxarıda qeyd etdiyimiz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Pleniumunun Qərarı qəbul edilmiş və bu məsələ ilə bağlı ziddiyyət aradan qaldırılmışdır. Eləcə də Şəki Apellyasiya Məhkəməsinin mövqeyi qanuni hesab edilmişdir. Həmçinin mahiyyət üzrə tamamilə eynilik təşkil edən iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-1112/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-1128/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-3247/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-3250/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-4215/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-4205/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-5446/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-6039/2025 saylı işlər üzrə qərarları iş materiallarına əlavə edilmişdir. Həmin inzibati xəta haqqında işlərdə də eyni ilə bu işdə olduğu kimi, şirkət tərəfindən Azərbaycandan xaricə pul köçürülmüş və həmin pul qarşılığında mallar alınmış və ölkəyə idxal edilmədən mallar üçüncü xarici şirkətə satılmışdır. Yəni, məhkəmədə sübut olunmuşdur ki, həmin mallar üçüncü şirkətə satılmış və həmin satışdan daha çox məbləğ Azərbaycana idxal olunmuşdur. Nəticə olaraq, hər iki iş üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göstərilən işlərlə bağlı qarşı tərəfdən apellyasiya şikayəti verilməmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli, 3(011)-3247/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-3250/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-4215/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-4205/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-5446/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-6039/2025 saylı məhkəmə işlərində qarşı tərəfin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd edilmişdir ki, iş materiallarında olan "xxxx" ASC-nin məktubundan görünmuşdür ki, protokolda qeyd olunan vəsait Şəxs MMC-in hesabına üçüncü şəxs "xxxx" şirkəti tərəfindən daxil olmuşdur. Daxil olan vəsaitin təyinatı avans köçürməsi zamanı təqdim edilən sənədlərlə uyğunluq təşkil etmişdir. Bütün bu halları nəzərə alaraq Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxılmışdır. Göründüyü kimi bu hal onu sübut etmişdir ki, qarşı tərəf qeyd olunan sənədləri eyniləşdirməyərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə, hesab edir ki, Şəxs MMC barəsində xx.xx.2023-cü il tarixində xaricə köçürülmüş 98.808,36 ABŞ dolları məbləğində vəsaitə görə, şirkət İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, qeyd etməlidir ki, sənədlərin eyniləşdirilməsi tərəflərindən təqdim edilən sübutlara əsasən, kifayət qədər sadə prosesdir. Lakin, bunun Mərkəzi Banka məlum olmasına baxmayaraq, bizə məlum olmayan hər-hansı bir məqsədlə Şəxs MMC-nin məhkəməyə verərək barəsində cərimə tətbiq edilməsinə çalışmaq ölkənin iqtisadi potensialına ciddi zərbə vurmaq kimi qiymətləndirilməlidir. Belə ki, sahibkarlığa və ölkə iqtisadiyyatına vurulan bu zərbə nəticəsində, yəni cərimə olunması təqdirində bu məsələnin fəsadları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və digər orqanların qərarlarına bilavasitə təsir edəcək. Onlar tərəflərindən ödənilmiş vergi bəyannamələrini, dövlətə edilmiş ödənişləri geri tələb etmək məcburiyyətində qalacaqlar, həmçinin qeyd etməlidir ki, Şəxs MMC tərəfindən Vergi orqanlarına vergi bəyannamələrini verdikdə və müvafiq sənədləri təqdim etdikdə heç bir orqanının etirazı ilə qarşılaşmamışlar. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan heç bir fəaliyyətlə məşğul olmadan, əldə edilən gəlirləri Azərbaycan Respublikasının iqtisadi bazarında səmərəli şəkildə istifadə etmişlər. Göstərilən şəraitdə onlar bütün malların geri qaytarılmasını təşkil etməyə məcbur olacaqlar. Mərkəzi Bankın iddiasının doğru olduğunu fərz etsələr, bu zaman yeni ziddiyət yaranır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının 21 oktyabr 1994-cü il tarixli Valyuta tənzimi haqqında Azərbaycan Respublikası Qanununun İİİ fəslində əks olunmuş Maddə 14-
1. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasını barəsində qeyd edilmiş maddəyə, əsasən, sübhə yarandığı təqdirdə Mərkəzi Bank tərəfindən aidiyyəti orqanlara Şəxs MMC barəsində məlumat verilməli idi, bu zaman yaranan digər ziddiyət budur ki, Mərkəzi Bank tərəfindən şübhənin hansı səbəbdən yaranmadığını, şübhə yaranmadığı təqdirdə isə onlara qarşı sənədlərin eyniləşməsinin müəyyən edilməməsi əsas gətirilərək tərtib edilən protokolun hansı məqsəd ilə hazırlandığını anlamaq mümkün deyil. Əlavə olaraq Mərkəzi Bank tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş EP ******* saylı protokola nəzər yetirdikdə protokolun ümumiyyətlə düzgün tərtib edilmədiyini görə bilirlər. Belə ki, protokolda qeyd edilir ki, Şəxs MMC tərəfindən 2 il müddət keçsə də, 98.808,36 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Hansı ki, onlar yuxarıda qeyd etdikləri sübutlarla bu halın baş vermədiyini, yəni valyuta vəsaitinin geri qaytarıldığını müəyyən edə bilirlər. Protokolda ona əlavə edilən sənədlər ilə təqdim edilməmiş, təqdim edilməli olan sənədlər protoklda əks etdirilməmişdir. Protokolda müvafiq hissələr boş saxlanılmaqla tərtib edilərək, bu halda məhkəməyə təqdim edilmişdir, lakin müvafiq xanalar doldurulmalı, doldurulmadığı halda isə saxtakarlığın qarşısının alınması məqsədi ilə silinməlidir. Eləcə də, barəsində İnzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamış, ona telefonoqram belə göndərilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokola müvafiq qeydlər aparılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququna malikdir. Onlar bu hüquqdan məhrum edilmişlər. Eləcə də, İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbləri pozularaq, qoşma və protokolun surəti olaraq heç bir sənəd Şəxs MMC-ə göndərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə təqdim edilməmişdir. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə və ümumiyyətlə inzibati xəta hadisəsi baş vermədiyinə görə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP0256302 saylı inzibati xəta haqqında protokola xitam verilməsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, cəmiyyət barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 oktyabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 98808.36 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 11 oktyabr 2023-cü il tarixində "xxxx" KB X1 hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür; "xxxx" KB X4 17 oktyabr 2025-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi, xidmətlərin göstərilməsini təsdiq edən sənəd və pulun geri qaytarılması barədə sübutlar banka təqdim edilməmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X5 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 03 noyabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 98808.36 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 11 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 98808.36 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; "xxxx" KB Nərimanov Filialı tərəfindən Şəxs MMC-nin ünvanına göndərilmiş xx.xx.2025ci il tarixli sorğuya cavab məktubundan görünür ki, bankda mövcud olan AZ65UBAZ**********0140RUB001 saylı cari Rusiya rubl hesabına xx.xx.2023-cü il tarixində 5 224 400.00 Rub OOO "xxxx" şirkəti tərəfindən (OPLATA PO İNV ***-*******3-MP ZA ZAPCHASTİ 5 224 400.00 RUB), xx.xx.2023-cü il tarixində 7 006 930.00 RUB (OPLATA PO İNV ***-*******3-MP ZA ZAPCHASTİ 7 006 930.00 RUB), xx.xx.2023-cü il tarixində 557937.80 RUB (OPLATA PO İNV ***-*******3-MP ZA ZAPCHASTİ 557937.80 RUB) və xx.xx.2023-cü il tarixində 984674.20 RUB (OPLATA PO İNV ***-*******3- MP ZA ZAPCHASTİ 984674.20 RUB) təyinatı ilə daxil olmuşdur. xx.xx.2023-cü il tarixində Şəxs MMC şirkəti “Brunswick Marine İN EMEA LLC” şirkətinə 98808.36 USD xx.xx.2014 tarixli müqaviləyə 23/411151 və 23/411152 nömrəli invoysa əsasən malların alışı üçün köçürmə edib. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada əməliyyatların aparılması Qaydalarının 4.3.1.3 bəndinə əsasən 2 il bitdikdən sonra banka müvafiq İdxal bəyannaməsi təqdim olunmamışdır. Müştəri bildirmişdir ki, ölkəyə xx.xx.2023 və xx.xx.2023 tarixlərində daxil olan vəsaitlərin müqabilində, xx.xx.2023-cü il tarixində “Brunswick Marine İN EMEA LLC” şirkətinə 98808.36 USD avans ödəniş icra olunub və mallar Azərbaycan Respublikasının ərazisinə idxal olunmadan bir başa Rusiyaya göndərilmişdir; Belçikanın “Brunswick Marine in Emea” şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli distribyutor müqaviləsindən görünür ki, Şəxs MMC bu şirkətin mallarının rəsmi alıcısı və Azərbaycandakı distribyutorudur. “Brunswick Marine in Emea” şirkətindən Şəxs MMC tərəfindən distribyutor müqaviləsinə əsasən, müqavilədə qeyd edilmiş müxtəlif qayıq motorları və onların ehtiyat hissələri satın alınaraq Azərbaycanda və digər ölkələrdəki müştərilərə satılır; “Brunswick Marine in Emea” şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23/411151 nömrəli, xx.xx.2023-cü il tarixli, 23/411152 nömrəli proformalardan və xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, Şəxs MMC tərəfindən “Brunswick Marine İN EMEA LLC” şirkətinin hesabına 98808.36 USD avans ödənişi edilmişdir; Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış 14 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Şəxs MMC müxtəlif texnika, qayıq motorları, motor və sürtkü yağları, onların ehtiyat hissələrini "xxxx" MMC-yə satmağı öz öhdəsinə götürmüşdür; məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, ***-*******3-MP saylı invoysdan görünür ki, Şəxs MMC ilə Rusiyanın "xxxx" MMC-si arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən “Brunswick Marine in Emea” şirkətindən alınan mallar 244.735,3 manat məbləğinə satılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X6 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X6 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 03 noyabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokolda hüquqi şəxs Şəxs 98808.36 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 11 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 98808.36 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından və məhkməəyə təqdim edilmiş sənədlərdən məlum olduğu kimi təmsil etdiyi hüquqi şəxs ilə Belçikanın “Brunswick Marine in Emea” şirkəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli distribyutor müqaviləsinə Şəxs MMC bu şirkətin mallarının rəsmi alıcısı və Azərbaycandakı distribyutoru olmaqla müqavilədə qeyd edilmiş müxtəlif qayıq motorları və onların ehtiyat hissələrini satın alaraq Azərbaycanda və digər ölkələrdəki müştərilərə satmağı öz öhdəsinə götürmüşdür. “Brunswick Marine in Emea” şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23/411151 nömrəli, xx.xx.2023-cü il tarixli, 23/411152 nömrəli proformalardan və xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarından məlum olduğu kimi Şəxs MMC tərəfindən “Brunswick Marine İN EMEA LLC” şirkətinin hesabına həmin malların müqabilində 98808.36 USD avans ödənişi edilmişdir. Daha sonra isə Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış 14 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 98808.36 USD müqabilində alınmış mallar "xxxx" MMC-yə satılmış, şirkət tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş invoyslar, təhvil-təslim aktları və idxal bəyannamələrindəki malların Şəxs MMC-nin satdığı mallar ilə eyni olduğu tam təsdiq edilmişdir. Bununlada, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi 11 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 98808.36 ABŞ dolları məbləğində vəsait 02 (iki) il keçmədən Şəxs MMC tərəfindən ölkə ərazisinə geri qaytarılmışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 98808.36 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 11 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara köçürdüyünü, həmin məbləğ müqabilində alınan malların birbaşa Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-yə satıldığını, bu halın iş materiallarında olan məktublarla və digər sənədlərlə də öz təsdiqini tapmasını, 98808.36 ABŞ dolları məbləğində vəsaitin 02 (iki) il keçmədən geri qaytarılmasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata təqsirliliyi sübuta yetmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Fuad Axundov