Məhkəmə qərarları › İş №3(011)-96/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-96/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-96/2023 10.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialları nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Fərid Həmzəyev tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli və 26 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 22 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli və 26 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollara əsasən vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə özünün yaşadığı ünvan 1 ünvanında yerləşən “AL Market” mağazasının arxa hissəsini uçurtmuşdur. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəməyə göndərilmiş iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduqlarından, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından həmin materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən tərtib olunmuş 29 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Baki şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yaşayan X7, atası X1 və “AL" marketin işçisi olan X2 Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə verdikləri məlumatla bağlı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanının ona məxsus olmasını və mülkünün olmasını, həmin evin 2 mərtəbədən ibarət olmasını, 2-ci mərtəbədə özünün valideynləri ilə birlikdə yaşadığını, 1-ci mərtəbədə isə evin bir hissəsində qanuni sənədlər əsasında “AL” market mağazasının fəaliyyət göstərdiyini, bir hissəsini isə müvəqqəti yaşamaq üçün bibisi Şəxs verdiyini, hazırda bibisi Bikənin müxtəlif münaqişələr yaratdığını və onun mülkünə ziyan vurduğunu, xx.xx.2022-ci il tarixdə bibisi Bikənin balta ilə ona məxsus marketin arxa hissəsinin divarını uçurdaraq ona 300 manat məbləğində ziyan vurduğunu bildirərək bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılmış təhqiqat araşdırması zamanı vətəndaş X5 məxsus əmlakın zədələnməsi ilə əlaqədar olaraq toplanmış material üzrə əməldə cinayət tərkibinin olmaması, lakin hadisəni törətmiş vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmasının tərkib əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəblə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində toplanmış material onun inzibati məsuliyyətə cəlb edilməsi üçün Xətai RPİ-nin 37ci PŞ-nə göndərilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən tərtib olunmuş 11 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə verdiyi məlumatla bağlı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nə ərizə ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən “AL” marketdə mağaza müdiri vəzifəsində işlədiyini, işlədiyi obyektin fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşdiyini, mağaza yerləşən ünvanda yaşayan obyekt sahibinin bibisi Şəxs onun obyekti boşaltmasını tələb etdiyini, xx.xx.2022-ci il tarixdə Şəxs yaşadığı otağa baxan mağazanın pəncərəsini balta ilə sındırdığını, həmin vaxt ona məxsus ümumi dəyəri 580 manat olan ərzaq məhsullarına və digər əşyalara zərər dəydiyini bildirərək bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılmış təhqiqat araşdırması zamanı vətəndaş X3 məxsus əmlakın zədələnməsi ilə əlaqədar olaraq toplanmış material üzrə əməldə cinayət tərkibinin olmaması, lakin hadisəni törətmiş vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmasının tərkib əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəblə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində toplanmış material onun inzibati məsuliyyətə cəlb edilməsi üçün Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5348 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 607,70 manat müəyyən edilir. Beləliklə ilk olaraq qeyd etməyi zəruri hesab edirəm ki, Bakı şəhəri Xətai RPİ-nin 37ci PŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən tərtib edilmiş 11 avqust 2022-ci il və 29 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən “AL market” mağazasının müşahidə kameralarından götürülmüş videogörüntülərə baxış zamanı mağazanın arxa divarının bir nəfər qadın tərəfindən balta ilə uçurdulması və vitrin üzərində yığılmış mağaza əşyalarının kənar şəxs tərəfindən yerə dağıdılması faktı müəyyən edilmişdir. Lakin məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar sırasında hadisə yerində çəkilmiş fotoşəkillər və “AL market” mağazasının müşahidə kameralarından götürülmüş videogörüntü olan disk müəyyən edilməmişdir. Bundan başqa, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən tərtib olunmuş 29 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda 19 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “AL” market mağazasının divarının Şəxs tərəfindən uçurdulması nəticəsində dəymiş ziyanın məbləği şikayətçinin izahatında göstərdiyi məbləğə uyğun olaraq 300 manat kimi qeyd edilsə də, əmlaka dəymiş ziyanın dəqiq hesablanması üçün təhqiqat orqanı tərəfindən müvafiq ekspertiza təyin edilməmiş, edildiyi təqdirdə isə ekspert rəyi məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, Şəxs tərəfindən 15 iyul 2022-ci il tarixdə törədilməsi ehtimal edilən əməl nəticəsində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “AL market” mağazasında olan mallara 607,70 manat məbləğində ziyan dəyməsi göstərilsə də, zərərçəkmiş hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin izahatı alınmamış və baş vermiş hadisəyə münasibətləri aydınlaşdırılmamışdır, həmçinin. Odur ki, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq hesab edirəm ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 22 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli və 26 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar