Məhkəmə qərarları › İş №3(011)-9607/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-9607/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9607/2025 23.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən qəbul edilmiş 05 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən qəbul edilmiş 05 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon SHXÇDXnin MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə o, AR İXM-nin 606.3-cü maddəsində nəzərdə tutulmuş inizbati xəta haqqında iş üzrə 300 (üç yüz) AZN məbləğində cərimə edilmişdir. Bu qərarın surətini xx.xx.2025-ci il tarixində almışdır. Bakı şəhəri Xətai Rayon SHXÇDX MN ******* saylı 05.11 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını onunla əsaslandırmışdır ki, güya o, tibbi yoxlanışlardan yayınmışdır, ancaq o, heç zaman tibbi müayinə və yoxlanışlardan yayınmamışdır. Belə ki, onun "Astma bronxit" müayinəsindən keçməyinə dair yoxlanması barədə müayinə olunmağı sistemə vurulmuş, lakin "X14" yoxlanışından keçməsinə dair müayinə olunmağı sistemə vurulmamışdır. Ondan asılı olmayan bu səbəbdən əsassız olaraq cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, hər iki müayinədən keçməyinə baxmayaraq onun barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X3 təkrar tibbi müayinədən yayınması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 606.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, X5 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətçini və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Nicat Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 təkrar tibbi müayinədən yayınması əsas gətirilərək barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 "X11" X13 tərəfindən Bakı şəhər Xətai Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X5 xx.xx.2025-ci il tarixində X9 stasionar, ambulator qeydiyyat kitablarından və "E-TƏBİB" portalından qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 "X11" X13 tərəfindən Bakı şəhər Xətai Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, "Tibbi Ərazi Bölmələrinin İdarə Birliyi" PHŞ-nin (TƏBİB) "İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara "Tibbi Ərazi Bölmələrini İdarəetmnə Birliyi" X13in tabeliyində olan tibb müəssisələrində tibb müayinələrin təşkili haqqında" xx.xx.2023-ci il tarixli PHŞ-6/3-1- 1292-2023-cü il əmrinin 1.3 bəndinə əsasən "xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən ilkin hərbi xidmətə çağırılanların və ehtiyatdan hərbi xidmətdə vətədaşların (çağırışçıların) TƏBİB-in tabeliyindəki müəssisələrində tibbi baxış, müayinə, müalicə-sağlamlıq qeydiyyat və hesabatın aparılması X10 Yoluxucu xəstəliklər üzrə şöbəsində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 606.3. Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Nicat Həsənov tərəfindən X3 təkrar tibbi müayinədən yayınması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 606.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X2 şikayət ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 05.11 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını onunla əsaslandırmışdır ki, güya o, tibbi yoxlanışlardan yayınmışdır, ancaq o, heç zaman tibbi müayinə və yoxlanışlardan yayınmamışdır. Belə ki, onun "Astma bronxit" müayinəsindən keçməyinə dair yoxlanması barədə müayinə olunmağı sistemə vurulmuş, lakin "X14" yoxlanışından keçməsinə dair müayinə olunmağı sistemə vurulmamışdır. Ondan asılı olmayan bu səbəbdən əsassız olaraq cərimə edilmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 "X11" X13 tərəfindən Bakı şəhər Xətai Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan məlum olur ki, "Tibbi Ərazi Bölmələrinin İdarə Birliyi" PHŞ-nin (TƏBİB) "İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara "Tibbi Ərazi Bölmələrini İdarəetmnə Birliyi" X13in tabeliyində olan tibb müəssisələrində tibb müayinələrin təşkili haqqında" xx.xx.2023-ci il tarixli PHŞ-6/3-1- 1292-2023-cü il əmrinin 1.3 bəndinə əsasən "xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən ilkin hərbi xidmətə çağırılanların və ehtiyatdan hərbi xidmətdə vətədaşların (çağırışçıların) TƏBİB-in tabeliyindəki müəssisələrində tibbi baxış, müayinə, müalicə-sağlamlıq qeydiyyat və hesabatın aparılması X10 Yoluxucu xəstəliklər üzrə şöbəsində həyata keçirilir. Şikayət ərizəsində şikayətçinin istinad etdiyi "Astma bronxit" və "X14" müayinələrindən əlavə “Yoluxucu xəstəliklərin müəyən edilməsi ilə bağlı” müayinədən də keçməsinə zərurət olması Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 "X11" X13 tərəfindən Bakı şəhər Xətai Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə təsdiq edilir. Lakin, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 "X11" X13 tərəfindən Bakı şəhər Xətai Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan məlum olur ki, X5 xx.xx.2025-ci il tarixində X9 stasionar, ambulator qeydiyyat kitablarından və "E- TƏBİB" portalından qeydiyyatdan keçməmişdir. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, X3 təkrar tibbi müayinədən yayınması təsdiq edilmiş, bununla da şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən qəbul edilmiş 05 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar