Məhkəmə qərarları › İş №3(011)-968/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-968/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-968/2023 14.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, xx.xx.1975-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş 18 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən “Bakı Market”də dövriyyəsi qanunla qadağan edilmiş pirotexniki partlayıcı satmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişləir. Məhkəmə,işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 18 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən “Bakı Market”də dövriyyəsi qanunla qadağan edilmiş pirotexniki partlayıcı satmışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmiş və o, protokolun qeyd hissəsində pirotexniki maddələrin ona məxsus olduğunu, oğlunun dükanda tanıdığı şəxsə verdiyini qeyd etmişdir. Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsində izahatı alınmış şahid X5 izahatında qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində yaşadığı evin qarşısında özlərinə məxsus olan “Bakı Market”ə 1 nəfər şəxs ona yaxınlaşaraq pirotexniki maddə istəmiş və o da keçən ildən qalma pirotexniki maddələri vermişdir. Sonra başqa qadın içəri daxil olaraq mağaza sahibini istəmiş və anası mağazaya daxil olduqda həmin qadın anasından 20 manat pul istəmişdir. anası imtina etmiş və sonra həmin qadın DİN-nin 102 xidmətinə müraciət etdiyindən onlar 37-ci PŞ-nə dəvət edilmişlər. Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsində izahatı alınmış şahid X3 izahatında qeyd etmişdir ki, bir müddət əvvəl hamilə qadın övladının evdə pul qoymadığını, gündəlik zırpaket alaraq evdə pul qoymadığını bildirmiş və bu barədə onların redaksiyasına məlumat verərək ictimailəşdirməklərini xahiş etmişdir. Onlar əməkdaşlarla birlikdə sözügedən “Bakı Market” adlanan yerdən aldıqlarını dəqiqləşdirmək üçün satıcı zırpaket satarkən çəkim etmişlər. Bununlada faktın öz təsdiqini tapdığına əmin olmuşlar. Bundan sonra onlar 102 xidmətinə məlumat verimişlər. Hüquq mühafizə orqanlarının əməkdaşları sonra onlarla irlikdə sözügedən marketə daxil olmuşlar. Mağazada olan xanım onu və yanında olan əməkdaşları təhqir etmiş, şərəf və ləyaqətlərini alçaldan sözlər demişdir. Eyni zamanda əməkdaşları şərləyərək ondan 200 manat istəməklərini təsdiqləyirdi. Xanımın sözlərindəkilər şər və böhtan xarakterlidir. Belə ki, onun işi rüşvət almaq yox, həmin marketdə icazə olmadan pirotexniki vasitələrin satılmasını lentə almaq olmuşdur. Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsində izahatı alınmış şahid X1 izahatında qeyd etmişdir ki, bir neçə müddət əvvəl məlumat daxil olmuşdur. Daxil olan məlumatı yerində yoxlamaq üçün Xətai rayonu, Əhmədov küçəsində yerləşən “Bakı Marketə” gəlib real vəziyyətdə görmüşlər ki, kassir açıq şəkildə qanunla qadağan edilmiş pirotexniki vasitə satır. Piştaxtanın arxasında eyni zamanda kassirin önündə pirotexniki vasitə aşkarlanmışdır. Piştaxta arxasında olan şəxs valideynini çağırdı. Valideyni onlara rüşvət qismində 100 manat təklif etmişdir. O da müxbir olduğunu bildirmiş və sonuncu onun xidməti vəsiqəsinin şəklini çəkmək istədiyini bildirmişdir. O, buna etiraz etmiş, əməkdaşlar DİN-nin 102 xidmətinə zəng edəərk məlumat vermişlər. Daha sonra qadın onların söyüb təhqir etmişdir. Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsində izahatı alınmış şahid Şəxs izahatında qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində dükanda oğlu olan zaman bir nəfər tanımadığı şəxs yaxınlaşaraq pirotexniki partlayıcı maddə istəmiş və oğlu ondan əvvəlki illərdən qalma pirotexniki maddə istəmişdir. Sonra bir xanım oğluna yaxınlaşaraq buranın sahibini istəmiş və oğlu ona demişdir ki, anam xəstədir, onun içəriyə keçməyə icazəsi yoxdur. O, maqazinə keçərək xanıma özünü təqdim etməyini istəmiş, o, isə ona heç bir sənəd təqdim etməyəcəyini bildirərək 200 manat istəmiş və aşağıdan satmağını ona bildirmiş, lakin o, öz növbəsində ona demişdir ki, sabah başqa adam gəlsə nə deyəcək, heç olmasa qoysun vəsiqəsinin şəklini çəksin. O da səs-küy salaraq demişdir ki, qoy gedim çöldə “Mercedes” markalı maşında oğlan əvvəlcə gəlib 150 manata razılaşıb. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng etmiş və onlar 37-ci PŞ-nə dəvət edilmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 26.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin iş materiallarına əlavə olunmuş izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar