Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-972/2025 28.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Şəxs etibarnamə üzrə nümayəndəsi X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin regionlar üzrə 2-ci audit şöbəsinin böyük dövlət vergi müfəttişi X4 iştirakı ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə 26 dekabr 2024-cü il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şəxsndə (BOKT) xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək olan müddət ərzində aparılmış kompleks yoxlama (xx.xx.2021 – xx.xx.2024-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin regionlar üzrə 2-ci audit şöbəsinin böyük dövlət vergi müfəttişi X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xətaq haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X3 protokola etiraz edərək bildirmişdir ki, protokolda qeyd olunan sənədləri fiziki olaraq təqdim etmiş, protokolda qeyd olunan faktlarla bağlı vergi orqanının diqqətinə çatıdırılmışdır ki, heç bir qanun pozuntusu yoxdur. Müvafiq sənədləri fiziki olaraq təqdim etsələr də, lakin həmin sənədlərin fiziki olaraq təqdim olunmasını təsdiq edəcək sənəd təqdim edə bilmir. Protokolun əsassız olmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: 26 dekabr 2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs MMC DVX sorğularına cavab verməmiş, tələb olunan sənəd və məlumatları təqdim etməmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********188815 saylı qərardan görünür ki, Şəxsndə AR Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2021-ci ildən xx.xx.2024-cü illər arasındakı vergi dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsi qərara alınmışdır. Yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında **********678200 saylı, xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şəxsndən “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” AR Qanununa əməl edilməsinin yoxlanılmasının aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir. xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Şəxs təsisçisi X5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təsisçisi olduğu hüquqi şəxs barəsində aparılan növbədənkənar səyyar vergi yoxlaması ilə bağlı izahat vermişdir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2024-cü il tarixli, **********325400 saylı qərardan görünür ki, İDEAL-HOUSE" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) adlı öhdəlik daşıyan şəxsdən "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması ilə bağlı müəssisənin rəhbərinin və məsul şəxsin izahatları, onların şəxsiyyət vəsiqələrinin surəti; müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyasına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri (şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, pasportun, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən digər sənədlərin surəti) müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin, habelə notariat qaydasında təsdiq olunmuş hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında və digər sənədlərin surətləri); məlumat daşıyıcılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərinin, pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyətinə dair məlumatlar (arayış, izahat və s); Qanunun 11.2.-ci və 11.3-cü maddələrində göstərilən əməliyyatlara dair məlumatların həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim olunmasına dair müvafiq formada təsdiq edilmiş sənədlərin surətləri, Qanunun 10cu maddəsinin tələblərinə uyğun olaraq, daxili nəzarət proqramı çərçivəsinə dair məlumatlar və sənədlərin (qaydalar, prosedur, məsul şəxsin təyini və sair) müvafiq qaydada təsdiq edilmiş surətləri; nəzarət orqanı tərəfindən öhdəlik daşıyan şəxsə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırılması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətlərinin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin regionlar üzrə 2-ci audit şöbəsinin böyük dövlət vergi müfəttişi X6 və Şəxs təsisçisi X5 tərəfindən tərtib edilərək imzalanmış aktdan görünür ki, Lokal Gəlirlər Baş İdarəsinin “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” AR Qanununa əsasən xx.xx.2024-cü il tarixli **********678200 nömrəli vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə ilə Şəxs MMC-nin direktoru X2 yoxlama dövrünə aid olan sənədlərinin yoxlamaya təqdim olunması bildirilmiş, tələbnamədə qeyd olunan sənədlər təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin regionlar üzrə 2-ci audit şöbəsinin böyük dövlət vergi müfəttişi X6 tərəfindən tərtib edilmiş sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında aktdan görünür ki, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2024-cü il tarixli, **********325400 saylı qərar hüquqi şəxsin direktoruna təqdim edilmiş, hüquqi şəxsin direktoru isə cavabında “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” sənədlərinin olmamasını və daha sonra sənədlər tam hazır olduqda qısa müddətdə təhvil veriləcəyini bildirmiş və aktı imzalamaqdan imtina etmişdir. 10 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2-346480/2024 saylı aktın göndərilməsi haqqında məktubdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən sənədlərin müəyyən edilmiş vaxt ərzində təqdim edilməməsi səbəbilə tərtib edilmiş aktın surəti Şəxs MMC-yə göndərilmişdir. xx.xx.2024-cü il tarixli **********189607 saylı sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol və ona əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli qərara əsasən “İDEAL-HOUSE" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) kassa mədaxil orderi, əmək haqqı ödənişləri, bəyannamələrin (hesabatların) təqdim edilməsi barədə bildiriş, şəxsi hesab vərəqəri və müqavilələrin götürülməsi həyata keçirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş və möhürlə təsdiq edilmiş çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində Dövlət Vergi Xidməti tərəfindən Şəxs MMC-yə göndərilmiş 15 sorğudan heç biri hüquqi şəxs tərəfindən cavablandırılmamışdır. Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli, **********189800 saylı aktdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********188815 nömrəli qərarına əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin regionlar üzrə 2-ci audit şöbəsinin böyük dövlət vergi müfəttişi X6 tərəfindən “İDEAL-HOUSE" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə səyyar yoxlama aparılmış, yoxlama ilə daxili nəzarət proqramının tətbiqi, müştəri uyğunluğu tədbirləri, siyasi nüfuzlu şəxslərin müəyyənləşdirilməsi öhdəliyi, məlumat və sənədlərin saxlanılması öhdəliyi, məlumatların təqdim edilməsi öhdəliyi müəyyən olunaraq yoxlanılmış və pozuntu müəyyən olunmamış, nəticə olaraq “İDEAL-HOUSE" Məhdud Məsuliyyətli Cəmiyyəti və direktoru barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş sorğulara cavab verilməməsinə və tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.4-cü maddəsinə əsasən inzibati xətaya görə hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 598.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.7-ci maddəsinə əsasən bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, “İDEAL-HOUSE" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2024cü il tarixinədək olan dövr üzrə səyyar yoxlama aparılmış, yoxlama ilə daxili nəzarət proqramının tətbiqi, müştəri uyğunluğu tədbirləri, siyasi nüfuzlu şəxslərin müəyyənləşdirilməsi öhdəliyi, məlumat və sənədlərin saxlanılması öhdəliyi, məlumatların təqdim edilməsi öhdəliyi müəyyən olunaraq yoxlanılmış və pozuntu müəyyən olunmamış, nəticə olaraq “İDEAL-HOUSE" Məhdud Məsuliyyətli Cəmiyyəti və direktoru barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş sorğulara cavab verilməməsinə və tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 8.000 (səkkiz min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 8.000 (səkkiz min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-972/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-972/2025
28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver