Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9734/2025 25.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin 04 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X11 şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin 04 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin baş direktoru X11 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyı yanında X17 Xidmətının Qarabağ Regional Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibatı tənbeh vermə haqqında Qərar qəbul etmişdir. Sözügedən Qərar üzrə X11 AR İXM-in 192.1-cı maddəsinə əsasən 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, X11 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar qanunsuzdur, əsassızdır və ləğv edilməlidır. Belə ki, 1.İlk öncə qeyd edək ki, "xxxx" MMC-nin direktoru X11 ilə X22 arasında əmək müqaviləsi bağlanmamış, onunla əmək münasibətlərinə əsaslanan hər hansı zəruri tələb və şərt müəyyən olunmamışdır. Belə ki, həmin şəxsin hər hansı vəzifəyə təyin edilməsi, iş saatları, nahar fasiləsi vaxtları və s. kimi məsələlər müəyyənləşdirilməmışdır. Eyni zamanda həmin şəxslə aylıq əmək haqqı ilə bağlı müzakirə aparılmamış və sadəcə görüləcək işlərın həcminə görə gələcəkdə əmək müqaviləsi bağlanacağı halda anbardar X13 tərəfindən ödənişin edilməsi nəzərdə tutulmuşdur. Halbuki, anbardar X8 hər hansı şəxsi şəxsi əmək münasibətlərinə cəlb etmək səlahiyyəti onun əmək müqaviləsi ilə müəyyən edilməmişdir. Bildirmək istəyirəm ki, "xxxx" MMC-nin direktoru X11 və təsisçisi X2 Həsən Akif oğlunu heç vaxt görməmiş, tanımamış, həmin şəxs onun tərəfindən əmək münasibətlərinə cəlb edilməmişvə onunla rəhbəri olduğu şirkət arasında heç bir müqavilə bağlanmamışdır. X22 təsisçi olan X3 heç vaxt görmədiyini bildirmişdir. Bu şəxsin işə cəlb edilməsinə direktor və təsisçinin heç bir aidiyyəti olmamışdır. O, prokurorluq tərəfindən qeyd edilən fakt üzrə araşdırma aparılarkən X12 və digər işçilərin "F&M” MMC tərəfindən işə cəlb edilməsi ilə bağlı məzmunda hər hansı bir izahat verməmişdir. Bunlardan əlavə bildirilir ki, X12 xx.xx.2025-ci il tarixdə "102" qaynar xətt xidmətinə zəng edərək, guya Xankəndi şəhərində çörək zavodunda olan zaman sağ və sol qolunun, sol ayaq barmağının yanması ilə bağlı müraciət etmişdir. Lakin, aparılan araşdırma nəticəsində X12 heç bir xəsarət almadığı, 26 iyul 2025-ci il tarixdə xəsarət alması ilə bağlı təyin olunan ekspertizadan imtina etməsi, onunla bağlı şikayət və tələbinin olmadığı nəzərə alınaraq, X12 xəsarət almaması faktının müəyyən olunması səbəbindən xx.xx.2025- ci il tarixdə cinayət işinin başlanmasını rədd edilməsi barədə qərar qəbul edilmişdir. X19 niyyətini əvvəlcədən bəlli edərək, "xxxx" MMC çörək zavoduna iş şəraiti ilə tanış olmağa deyil, qeyri-qanuni yolla pul əldə etmək niyyəti ilə gəlmişdir. Bu niyyətə əl ataraq, o Şabanzadə Varisdən guya yanıq xəsarətinin alması ilə bağlı pul tələb etsə də, buna nail ola bilməmişdir. Niyyətinə nail ola bilmədikdən sonra MMC-nin fəaliyyətinə maneə olmaq üçün şər-böhtan xarakterli hərəkətə başlayaraq, "102" qaynar xətt xidmətinə müraciət etsə də, xx.xx.2025-ci il tarixdə tam sağlam olduğunu bildirərək ekspertizadan imtina etməsi onun dolayı yolla da olsa “şər atmaq" niyyəti ilə hərəkət etdiyini sübut etmişdir. Halbuki, "xxxx" MMC tərəfindən X12 işə götürülməsi ilə bağlı "Xankəndi şəhəri, Ağdərə və Xocalı” rayonlarında qurulmuş stasionar polis postlarından keçmək üçün portal açılmamışdır. Halbuki, "xxxx" MMC-də fəaliyyət göstərən işçilər üçün "Xankəndi şəhəri, Ağdərə və Xocalı" rayonlarında qurulmuş stasionar polis postlarından keçmək üçün müraciət edilərək portal açılmışdır. Əmək münasibətləri mövcud olmadığı təqdirdə isə işçi ilə əmək müqaviləsinin bağlanmasının tələb edilməsi absurddur. Və bunu əsas gətirərək inzibati tənbeh tətbiq etmə də tamamilə qanunazidddir.
2. Digər şəxs X10 barəsində də əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinə cəlb edildiyi üçün İXM-nin 192.1-ci maddəsinə əsasən "F&M” MMC-nin direktoru X11 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. X10 barəsində də, guya onun 2024-cü ilin avqustundan 21 iyul 2025-ci il tarixədək təndirçi vəzifəsində "xxxx" MMC tərəfindən istifadəsində olan un məmulatları zavodunda əmək müqaviləsi olmadan istehsalat ilə bağlı işlərin yerinə yetirilməsinə cəlb edilərək, inzibati xətanı törətməsi göstərilmişdir. Lakin, Hüquqi şəxslərin Dövlət Reyestri çıxarışından görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır, yəni, həmin tarixdə fəaliyyətə başlamışdır. xx.xx.2024-cü il tarixdə fəaliyyətə başlayan MMC yaranma tarixindən "bir ay” əvvəl necə işçini istehsalat ilə bağlı işlərin yerinə yetirilməsinə cəlb edə bilər? Bundan əlavə, X5 (Fin kod: 4YHENL5, Seriya AA5144759) "mygov.az” rəqəmsal hökumət platformasındakı çıxarışın surətindən (çıxarışın surəti əlavə olunur) görünür ki, o, "xxxx" MMC-dən əvvəl 2024-cü ilin sentyabr və oktyabr aylarında əmək müqaviləsi əsasında "Xınalıq İM” MMC-də fəaliyyət göstərmişdir. xx.xx.2024-cü il tarixdən isə istehsalat ilə bağlı işlərin yerinə "xxxx" MMC-də əmək müqaviləsi bağlayaraq, yetirilməsinə cəlb edilmişdir. Və bunu əsas gətirərək inzibati tənbeh tətbiq etmə də tamamilə qanunazidddir. Xankəndi şəhər prokurorluğu tərəfindən iş düzgün formada araşdırılmamışdır. 3. Üçüncü şəxs X15r ki, onunla da əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə bağlanmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək "Xankəndi şəhəri, Ağdərə və Xocalı" rayonlarında qurulmuş stasionar polis postlarından keçmək üçün portal açılmışdır. Əlavə olaraq qeyd edək ki, X23 barəsində inzibati icraat zamanı onunla bağlı olan heç bir məsələ aydınlaşdırılmamışdır. Onun barəsində aparılan araşdırma yalnız izahatının alınmasından ibarət olmuş və onun tərəfindən verilən izahat "imzası" olmadan prokurorluq orqanı tərəfindən alınaraq, təsdiqlənmişdir. Halbuki, X23 "Latın qrafikalı Azərbaycan əlifbasının" hərflərini tanımadığı və oxuya bilmədiyi səbəbindən həmin izahatda nə yazıldığını bilməmiş və onu bildirsə də, "kiril əlifbası” ilə yazılan - "izahatı oxudum, imzamla təsdiq edirəm" sözlərinin izahatın sonunda prokurorluq orqanı tərəfindən vərəqəyə yazılması tələb edilmişdir. Həmçinin, X23 bir neçə il əvvəl baş hissəsindən zədə aldığı üçün yaddaş problemi yaranmış və onunla əlaqədar olaraq baş verənləri xatırlaya bilmir, xatırladıqların da yanlış xatırlayır. Baş nahiyəsindən aldığı zədə ilə əlaqədar olaraq, o, hətta müddətli həqiqi hərbi xidmətdə olmamışdır. (hərbi biletin surəti əlavə olunur) Və bu hal prokurorluq orqanı tərəfindən araşdırılan zaman nəzərə alınmamışdır. Bu isə inzibati orqan tərəfindən ümumiyyətlə işin materiallarının və sübutların hərtərəfli və obyektiv araşdırılmadan qərar qəbul edildiyini deməyə əsas verir. 4. Digər mühüm bir məqam budur ki, sözügedən inzibati xətaya dair Xankəndi Şəhəri Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(065)-61/2025 nömrəli qərar qəbul etmişdir. Həmin qərar üzrə "xxxx" MMC AR İXM-in 192.1-ci maddəsinə əsasən 20.000 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə tərəfindən həmin inzibati xətaya görə artıq inzibati tənbeh tədbiri tədbiq olunmuşdur. Bununla da bir inzibati xətaya münasibətdə iki dəfə inzibati tənbeh vermə haqda qərar qəbul edildiyi aydın olur. Bu isə inzibati xətalara dair qanunvericiliyin tələblərinin ciddi şəkildə pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu səbəblə sözügedən qanunsuz inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hazırki məsələyə münasibətdə deməliyik ki, heç bir öhdəliyini pozmamış X11 barəsində məlumatı və razılığı olmadan hər hansı şəxsin iş şəraiti ilə tanış olması ilə əlaqədar olaraq, hansısa hüquqazidd və ya təqsirli sayılan əməldən, dolayısı ilə inzibati xətadan söhbət gedə bilməz, əksinə bu səbəbdən şəxsi inzibati məsuliyyətə cəlb etməklə inzibati orqan qanunvericiliyin əsas və prinsiplərinin ciddi şəkildə pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Qarabağ Regional Şöbəsi tam və ətraflı araşdırma aparmadan yalnız öz subyektiv mülahizələrinə əsasən X11 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilməz. Qeyd olunan normaları və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, X11 barəsində inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında X6 etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin 04 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Qarabağ Regional Şöbəsinin rəis X9 tərəfindən tərtib olunmuş 04 noyabr 2025ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X11 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X22, X23 və X10 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri faktı aşkar edildiyindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Xankəndi Şəhər Məhkəməsinin 3(065)-61/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 manat məbləğində inzibati cərimə edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 3(104)-673/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Xankəndi Şəhər Məhkəməsinin 3(065)-61/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X22, X23 və X10 işlərin yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız və ya qanunsuz olması, qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilməsi və həmin qərarın ləğv edilməsi üçün hər hansı bir əsasın olması sübuta yetirilməmişdir. Həmçinin, Xankəndi Şəhər Məhkəməsinin 3(065)-61/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən X6 direktoru olduğu "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 manat məbləğində inzibati cərimə edilmiş və daha sonra həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməməklə qərar dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 04 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Axundov