Məhkəmə qərarları › İş №3(011)-983/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-983/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-983/2020 07.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X1 barəsində Səbail RPİ 39-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində Səbail RPİ 39-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində şəhərə çıxmışdı ki, iş alətlərini təmir işləri apardığı mənzildən götürsün. Bilirdi ki, xx.xx.2020-ci il tarixində karantin rejimi olacaq və heç yerə çıxa bilməyəcək. Bununla əlaqədar olaraq iş alətlərini geri götürməyə qərar aldı. Koroğlu metrosuna gəldikdə aptekdə maska tapmadı. Metroyla 28 May metrosuna gəldi və piyada rastına gələn hər aptekə ümidlə girdi ki, maska alar. Heç bir aptekdə maska satışda olmadı. Bütün yol boyu ağzını və burnunu yaylıqla örtmüşdü. 28 Mayda postun yanından keçəndə Mallun yanında olan aptekə, yolun bağlı olduğuna görə buraxmadılar. Heç bir polis işçisi ona töhmət vermədi. Belə piyada Sahil metrosuna gəldim. Orada onu polis mayoru gördü. Küçə bomboş idi, buna baxmayaraq ağzını və burnunu yaylıqla tutmuşdu. Polis işçisi çağırdıqda ona yaxınlaşdı. Ondan şəxsi vəsiqəsini tələb etdi və o, vəsiqəni təqdim etdi. Polis dedi ki, maska taxmadığına görə karantin rejimini pozmuşdur. O da dedi ki, piyada olaraq bütün aptekləri gəzdi ki, maska alsın, lakin satışda maska tapmadı. Polis onu şöbəyə apardı və protokol yazdı və verdi ki, mən qol çəksin. Sonra ona diktə etdi ki, yazsın ki, bir daha karantin rejimini pozmayacağamı söz verirəm. Sonra o, protokolun surətini verdi. Ondan soruşdu: Bu protokol cəriməyə görə verilir? O cavab verdi: Xeyr. Bu bir xəbərdarlıqdır. Əgər yolda başqa polis işçisi saxlasa, bu protokolu göstərə bilər. O dedi ki, nəsə yazmalıdır, belə ki, şöbədə kamera işləyir. Həmçinin o dedi ki, evə gəldikdə bu protokolu cırıb tullaya bilər. Sahil metrosundan İçərişəhər metrosuna kimi piyada getdi. Heç bir aptekdə maska olmadı. Yalnız Avropa aptekində dedilər ki, tikinti materialları mağazasında əldə edə bilər. O da bunu etdi. Mağazaya gedib tənzifli maskanı alan kimi üzümə taxdı. Evə gəldikdə həyat yoldaşına başına gələnləri danışdı, protokolun surətini saxladı. xx.xx.2020-ci il tarixində ona bildirişli zəng gəldi ki, karantin rejimini pozduğuna görə adına cərimə var. xx.xx.2020-ci il tarixində Xətai rayon İcra Şöbəsinə gəldi görsün nə baş verir. Və aydın oldu ki, xəbəri olmadan ona cərimə yazıblar. Həmçinin İcrada öyrənib bildi ki, 104.1.1-ci maddəyə əsasən ittiham olunur. Polis işçisi onu çağıranda o, dərhal yaxınlaşdı və şəxsiyyət vəsiqəsini tələb etdikdə təqdim etdi. Adına cərimə yazılması barədə xəbəri yox idi və onun üçün bu təəccüblidi ki, guya o, polisdən qaçmışdır və cəriməni ödəməkdən gizlənir. Mayor polisi ondan ünvanı soruşduqda dedi ki, anasının ünvanında qeydiyyatdadır, lakin Albalılıq qəsəbəsində yaşayır. Səbail RPİ 39-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 ezamiyyətdə olduğundan məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Səbail RPİ 39-cu Polis Bölməsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Səbail RPİ 39-cu Polis Bölməsinin səlahiyyətli nümayəndəsinin və X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Səbail RPİ 39-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, X2 karantin rejimini pozduğunu etiraf etmiş, bir daha karantin rejimini pozmayacağını bildirmiş və bu barədə inzibati xəta haqqında protokola qeyd etmişdir. Şikayətçi X1 şikayətində göstərdiyi xüsusat, yəni inzibati xətanın baş verdiyi zaman, xx.xx.2020-ci il tarixində ağzını və burnunu yaylıqla tutması onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinə riayət etməyərək karantin rejimini pozmuşdur. Səbail RPİ 39-cu Polis Bölməsinin sahə inspektoru bu faktı aşkar etdiyindən protokol tərtib etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Səbail RPİ 39-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayətçi X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 Səbail RPİ 39-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar