Məhkəmə qərarları › İş №3(011)-9924/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-9924/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9924/2025 05.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Xətai rayon Polis İdarəsinin MN ******* saylı və MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarlarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 36-cı PB-nin İnzibati xəta haqqında MN No ******* vǝ MN No ******* saylı protokolları əsasında qəbul edilmiş İnzibati tənbeh vermə haqqında MN No ******* və MN No ******* saylı qərarlarının ləğv edilməklə 50 manat və 300 manat məbləğində cərimələrin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, X1 barəmdə Xətai Rayon Polis İdarəsinin 36ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Xətai RPİ 36-cı PB-nin təhqiqatçısı Rəşad Babayevin aparmış olduğu təhqiqat araşdırması nəticəsində xx.xx.2025-ci il tarixdə "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" Qərar qəbul edilmişdir. Qərara əsasən, toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, mənim barəmdə Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddələrinə müvafiq olaraq tədbir görülməsi məqsədilə, qərarın surəti hadisənin baş verdiyi inzibati ərazidə xidmət edən polis sahə inspektoruna göndərilmişdir. Polis sahə inspektoru tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə MN ******* vǝ MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək müvafiq qərarlar qəbul edilmişdir. Xətai RPİ 36-cı PBnin təhqiqatçısı Rəşad Babayevin aparmış olduğu təhqiqat araşdırması nəticəsində xx.xx.2025-ci il tarixdə "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" Qərardan tərəfimdən şikayət verilmişdir. Xətai Rayon Prokurorunun baş ədliyyə müşaviri Sərdar İmanovun xx.xx.2025-ci il tarixli qərarı ilə X2 müraciəti əsasında toplanmış HK-1/480 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Xətai RPİ-nin 36cı Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Rəşad Babayevin xx.xx.2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Xətai RPİ-nin 36-cı Polis şöbəsinə göndərilmişdir. Xətai RPİ 36-cı PB-nin təhqiqatçısı Qabil Hüseynovun aparmış olduğu təhqiqat araşdırması nəticəsində xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət hadisəsi olmadığından və X2 ərizə və izahatında göstərdikləri faktlar təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilməsi haqqında" Qərar qəbul edilmişdir. Dəfələrlə Xətai RPİ 36-cı PB-na protokol və qərarla əsasında yazılmış cərimələrin silinməsi ilə bağlı müraciət etsəm də, müsbət cavab ala bilməmişəm. İnzibati qərarların ləğv edildiyi bildirilsə də, elektron sistemdə cərimə məbləğləri qalmaqda davam edir. Qeyd edilən səbəbdən hazırki şikayətlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Məhkəmə iclasının vaxtı və yeri barədə Xətai rayon Polis İdarəsi və X5 lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin və X3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X3 İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Xətai rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı və X3 İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Xətai rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Xətai rayon Polis İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X6 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X6 Azərbaycan Respublikası İXM-in 157 və 510-cu maddələri ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli MN ******* saylı və xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarlarda göstərilən inzibati xətanın X6 tərəfindən törədilməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində xx.xx.2025-ci il tarixli MN ******* saylı və xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Xətai rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı və xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Xətai rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı və xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar