Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9926/2025 17.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8, X2nun iştirakları ilə, X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin 21 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X21 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında 21 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında 21 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 (doqquz yüz) manat məbləğində cərimə olunmuşdur. Cərimənin tətbiq edilməsinə əsas ondan ibarət olmuşdur ki, guya ona məxsus olan “Dolu Store” mağazasında X9 11 fevral 2025-ci il tarixinədək iş vaxtından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb olunduğu, normal əmək və istirahət rejiminin pozulduğu müəyyən edilmişdir. Aşağıdakı səbəblərə görə, hesab edir ki, X7 sözügedən qərarı tamamilə qanunsuz və əsassız olduğundan, məhkəmə tərəfindən ləğv olunmalı və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir: 1. Belə ki, “Dolu Store” mağazasının Qara Qarayev filialının mühafizə xidmətinin əməkdaşı X18 15 fevral 2025-ci il tarixdə iş vaxtı mağazanın digər əməkdaşı Nigar Eyubzadə ilə mübahisə etmiş, dərhal mağazanın digər əməkdaşları müdaxilə edərək onları ayırmışlar. Mübahisə zamanı əməkdaşların heç biri xəsarət almamışdır. Hadisədən sonra hər iki əməkdaşın izahatları alınaraq barələrində intizam tənbeh tədbiri tətbiq edilmişdir. Hadisədən sonra X4 rayon Polis İdarəsinə müraciət edərək iş yoldaşı barəsində şikayətçi olmuşdur. Hər iki əməkdaş Polis Bölməsinə dəvət edilmiş və yaranmış mübahisə aralarında həll edilərək sonlandırılmışdır. Növbəti gün X18 işə gəlməmiş, bununla əlaqədar mağazaya dəvət edilmiş və Nigar Eyubzadə ilə barışmaları təklif olunmuşdur. Nigar Eyubzadədən fərqli olaraq Gülnar Əfkari barışmaqdan imtina etmişdir. Belə olan halda, Gülnar Əfkariyə “Dolu Store” mağazasının Qara Qarayev filialında işləmək təklif olunmuşdur. O, təkliflə razılaşsa da növbəti günlərdə (18-24 fevral 2025-ci il tarixlərində) Xətai filialına işə gəlməmişdir. Qeyd olunanlarla əlaqədar X6ynar xəttinə zəng edilərək atılmalı olan növbəti prosedurlar barədə məlumat aldıqdan sonra 18-24 fevral 2025-ci il tarixlərində Gülnar Ofkarinin işə gəlmədiyi günlərdə işçinin iş vaxtında iş yerində olmaması barədə tərəflərindən akt tərtib edilmişdir. 24 fevral 2025-ci il tarixdə rəsmi məktub göndərmək üçün yaşadığı ünvanı dəqiqləşdirmək məqsədi ilə Gülr.ar Əfkari ilə əlaqə saxlanıldıqda ünvan barədə məlumat verməmiş, həmin gün mağazaya yaxınlaşaraq rəsmi xəbərdarlıq məktubu şəxsən təhvil almışdır. Qeyd olunanları və əmək intizamını kobud şəkildə pozduğunu nəzərə alaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə X9 əmək müqaviləsinə 27 fevral 2025-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra Gülnar Əfkari cavabdeh “Dolu Store” mağazasına qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli e-2(007)-1591/2025 nömrəli qərardadı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli e- 2(011)-4266/2025 nömrəli qərardadı ilə məhkəmə işləri iddiaçı Gülnar Əfkarinin əleyhinə yekunlaşmışdır. 2025-ci ilin sentyabr ayında Gülnar Əfkari yenidən işə bərpa tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. Əmək müqaviləsinə xitam verilməsindən 7 ay ötdükdən sonra məhkəməyə müraciət edən Gülnar Əfkari iddia müddətini ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin X16 qeyd olunan halları nəzərə almamış, heç bir əsas olmadan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. 2. Əmək hüquqlarının pozulması barədə məhkəməyə müraciəti uğursuz nəticələnən Gülnar Əfkari əsassız və böhtan xarakterli şikayətlə X11 müraciət etmişdir. X12 mağazada iş yoldaşı ilə münaqişə yaşadığı, xəsarət aldığı barədə yalan məlumatlar vermiş, Nigar Eyubzadə ilə barışmadığını və mağazanın digər filialında bilərəkdən işə çıxmadığını etiraf etmiş, əsassız olaraq işdən azad edildiyini qeyd etmişdir. X7 sorğusuna cavab olaraq Gülnar Əfkarinin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar tərəflərindən rəsmi qaydada təqdim edilmişdir. Nizami rayon Polis İdarəsində Nigar Eyubzadə ilə mübahisənin həll edilərək sonlandırılıdığına, heç bir xəsarət faktının təsdiq olunmadığına baxmayaraq Gülnar Əfkari qərəzli şəkildə bu barədə öz şikayətində qeyd etmişdir. X16 də öz növbəsində Gülnar Əfkarinin əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinə riayət olunmaması barədə heç bir tədbir görməmişdir. Çünki, X6ynar xəttinə tərəflərindən müraciət olunduğu zaman işçinin əmək intizamını pozması zamanı növbəti atılacaq addımlar barədə onlardan məsləhət alınmışdır ki, X11 sorğu verərək həmin faktı dəqiqləşdirmək mümkündür. Eyni zamanda, Gülnar Əfkarinin əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyə tam şəkildə əməl olunmuş, işçinin üzrsüz səbəbdən işə gəlmədiyi günlərdə akt tərtib edilmiş, mütəmadi olaraq işə gəlməyə dəvət edilmiş, baş verə biləcək növbəti prosedurlar barədə məlumatlandırılmışdır. 1 həftədən sonra ona rəsmi xəbərdarlıq məktubu göndərilərək əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş və həmin xəbərdarlıq məktubu 24 fevral 2025-ci il tarixdə şəxsən təhvil verilmişdir. X11 X12 heç bir şəkildə iş rejimi ilə bağlı narazılığını və şikayətini bildirməmiş və bunu heç bir zaman mübahisələndirməmişdir. Gülnar Əfkari müraciətində iş rejimi ilə bağlı mübahisələndirmədiyinə baxmayaraq X16 Gülnar Əfkarinin əsassız iddialarına və böhtan xarakterli şikayətlərinə əsaslanaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İşə bərpa tələbinə dair məhkəməyə müraciətləri uğursuz nəticələnən və böhtan xarakterli şikayət ünvanlayan Gülnar Əfkarinin iş rejimindən narazılığını bildirməməyinə baxmayaraq X16 əsassız olaraq onun iş vaxtından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb olunduğu, normal əmək və istirahət rejiminin pozulduğu qənaətinə gəlmişdir. Mağazanın mühafizə xidmətinin əməkdaşı kimi Gülnar Əfkari növbəli rejimdə çalışır, mağazaya daxil olanda davamiyyət cədvəlinə giriş saatını qeyd edərək imza atırdı. İş vaxtı bitdikdən sonra da mağazada qalaraq əməkdaşlarla söhbət edir, tələsmədən evə getməyə hazırlaşar, nəhayət mağazanı tərk edərkən davamiyyət cədvəlinə çıxış saatını qeyd edərək imza atırdı. Bir daha qeyd edir ki, Gülnar Əfkari iş vaxtından əlavə işlərin yerinə yetirilməsinə cəlb olunmamış, iş günü ərzində nahar və çay fasilələri, həmçinin həftədə bir dəfə istirahət günü verilmişdir. Eyni zamanda normal əmək və istirahət rejimi pozulsaydı Gülnar Əfkari bunu mübahisələndirər, bu barədə həm işəgötürənə, həm də şikayət verdiyi orqana müraciət edərdi. X16 bütün bu faktları araşdırmadan, tələm-tələsik şəkildə barəsində inzibati tənbeh vermə haqqında 15 may 2025-ci il tarixli MN ******* nömrəli qərar qəbul etmişdir və mən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin qərarı əsassız və yanlış hesab etdiyi üçün müvafiq qərardan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsində şikayəti obyektiv şəkildə araşdırılmış və həmin məhkəmənin 19 iyun 2025ci il tarixli 3(011)-3948/2025 nömrəli qərarı ilə tərəflərindən verilən şikayət qismən təmin edilmiş, X16 Xidmətinin 15 may 2025-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması X16 Xidmətinə tapşırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin mövqeyi o olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X21 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X21 barəsində xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Belə ki, Gülnar Əfkari cavabdeh "Dolu Store" mağazasına qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2(007)-1591/2025 nömrəli qərardadı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2(011)-4266/2025 nömrəli qərardadı ilə məhkəmə işləri Gülnar Əfkarinin əleyhinə yekunlaşmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X21 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X21 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalıdır. Həmin qərarla razılaşmayan X17 Xidməti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 3(011 )-3948/2025 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 3(103)-2175/2025 nömrəli qərarı ilə X16 Xidmətinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 3(011)-3948/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin mövqeyi o olmuşdur ki, məhkəmə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq verilmiş şikayətə əsasən qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X21 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X21 barəsində xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Beləliklə, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X21 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X21 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalıdır. Bakı Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri - təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai- təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir:
1. hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi hallan baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3948/2025 saylı, xx.xx.2025-ci il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. 3. X16 inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən prosessual normaları və onun hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, birinci dəfə, X7 Bakı şəhər idarəsinin 6 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə yenidən baxılması ilə əlaqədar 15 may 2025-ci il tarixdə saat 16.00-da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılar, şəxs qismində X7 Bakı şəhər idarəsinə və ya ZOOM platforması linki üzərindən video konfrans vasitəsilə dəvət olunduğum barədə X7 7 may 2025-ci il tarixli 3-17-5/2-42274/2025 nömrəli bildirişi mənə poçt vasitəsilə rəsmi şəkildə 17 may 2025-ci il tarixdə təqdim olunmuşdur. Sözügedən bildiriş barədə 17 may 2025-ci il tarixdə məlumatlı olduğu halda, X16 barəsində onun xəbəri olmadan inzibati tənbeh vermə haqqında 15 may 2025-ci il tarixli MN ******* nömrəli qərar qəbul etmişdir. Halbuki məlumatlı olsaydı, video konfransda iştirak edərək və ya şəxsən X11 yaxınlaşaraq onlara Gülnar Əfkarinin şikayəti ilə əlaqədar müvafiq məlumatları təqdim edə bilərdi. X16 7 may 2025-ci il tarixli 3-17-5/2-42274/2025 nömrəli bildirişin mənə rəsmi təqdim olunmasını gözləmədən tələm-tələsik əsassız olaraq barəmdə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bundan sonra X16 yenidən heç bir araşdırma aparmadan, yeni sübutlar əldə etmədən, G.Əfkarinin əsassız şikayətinə aldanaraq növbəti dəfə ona 13 oktyabr 2025-ci il tarixli bildiriş ünvanlayaraq 21 oktyabr 2025-ci il tarixdə saat 12.00-da ZOOM platforması üzərindən video konfrans vasitəsi ilə görüşə dəvət etmişdir. Qeyd edilən vaxtda video konfrans vasitəsi ilə görüşə qatılmış və iş üzrə bütün məlumatları ətraflı şəkildə X7 əməkdaşlarına izah etmişdir. Onlara G.Əfkarinin şikayətində heç bir şəkildə iş rejimi ilə bağlı narazılığını və şikayətini bildirmədiyini və bunu heç bir zaman mübahisələndirmədiyini, eləcə də G.Əfkarinin iş vaxtından əlavə işlərin yerinə yetirilməsinə cəlb olunmadığını, iş günü ərzində nahar və çay fasilələri, həmçinin həftədə bir dəfə istirahət günü verildiyini bir daha X7 diqqətinə çatdırmışdır. X24 müraciətində iş rejimi ilə bağlı hər hansı mübahisənin mövcud olmadığına baxmayaraq X16 yenidən heç bir araşdırma aparmadan, yeni sübutlar təqdim etmədən Gülnar Əfkarinin əsassız iddialarına və böhtan xarakterli şikayətlərinə əsaslanaraq barəmdə növbəti dəfə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Maraqlısı odur ki, X16 Xidmətinin 15 may 2025-ci il tarixli MN ******* nömrəli qərarı 800 (səkkiz yüz) manat məbləğində cərimə olunduğum halda və həmin qərar məhkəmə tərəfindən ləğv olunduğu halda növbəti dəfə yenidən haqsız və əsassız şəkildə 21 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə 900 (doqquz yüz) manat məbləğində cərimə olunmuşdur. Belənəticə hasil olur ki, Dövlət-Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarına məhəl qoymamış və şikayəti yenidən araşdırmamış, əsaslı sübutları olmadan öz mülahizələrinə əsasən yenidən inzibati tənbeh vermə barədə qərar qəbul etmiş və təyin etdikləri əsassız cərimənin məbləğini belə istədikləri miqdarda müəyyənləşdirmişlər. X1 video konfransa dəvət etməkdə məqsəd şikayətin araşdırılması və onu dinləməkləri isə onda niyə məsələ ilə bağlı ətraflı məlumat verməyinə, G.Əfkarinin iş vaxtından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb olunmadığını, normal əmək və istirahət rejiminin pozulmadığını qətiyyətlə bildirdiyimə, həmçinin təqsirim olmadığına baxmayaraq öz mülahizələri əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir? 4. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.1.5-ci maddəsinə əsasən nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün işçiyə münasibətdə normal əmək və istirahət rejiminə riayət edilməməsi faktı müəyyən edilməlidir. Məhkəmə iclasında X21 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat vermiş və barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 21 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, X16 Xidməti tərəfindən ona qarşı qərəzli şəkildə münasibət göstərilməkdədir. Belə ki ilk dəfə həmin qurum tərəfindən barəsində əsassız və qanunsuz olaraq inzibati tənbeh vermə haqqında 8 yanvar 2025-ci il tarixli qərar qəbul edilmiş və 3000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan verdiyi şikayət üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3 fevral 2025-ci il tarixli 3(010- 872/2025 nömrəli qərarı ilə inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. X16 Xidməti qərardan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 4 aprel 2025-ci il tarixli 3(103)-717/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3 fevral 2025-ci il tarixli 3(011)-872/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Növbəti dəfə X16 Xidməti tərəfindən X10 əsassız şikayəti əsasında heç bir araşdırma aparılmadan barəsində əsassız və qanunsuz olaraq inzibati tənbeh vermə haqqında 15 may 2025-ci il tarixli qərar qəbul edilmiş və 800 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan verdiyi şikayət üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 3(011)- 3948/2025 nömrəli qərarı ilə inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. X16 Xidməti qərardan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 3(103)-2175/2025 nömrəli qərar, ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 3(011)-3948/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 3. X16 Xidməti tərəfindən yenidən heç bir araşdırma aparılmadan, kifayət qədər izahat və əsaslandırma verdiyinə baxmayaraq əsassız şikayət əsasında növbəti dəfə barəsində əsassız və qanunsuz olaraq inzibati tənbeh vermə haqqında 21 oktyabr 2025-ci il tarixli qərar qəbul edilmiş və heç bir əsas olmadan cərimənin məbləğini öz istəklərinə görə artırmışlar və 900 manat məbləğində cərimə olunmuşdur. Sözügedən qərarı qeyri-qanuni və əsassız hesab etdiyi üçün qərardan şiakyət vermişdir. 4. X16 Xidməti tərəfindən X9 şikayəti düzgün araşdırılmamışdır. Belə ki, G.Əfkari 17 mart 2025-cı il tarixli 3-17- 5/1 -Ə-16061/2025 nömrəli müraciətində qanunsuz olaraq işdən azad edildiyi bildirmişdir. Halbuki əmək müqaviləsinə xitam verildikdən sonra G.Əfkari xitam əmrini məhkəmədə iddia qaldıraraq mübahisələndirmişdir. X16 Xidməti paralel olaraq G.Əfkarinin əmək mübahisəsi üzrə məhkəmə proseslərinin getdiyini araşdırmamışdır.5. Cavabdeh X14 qarşı “xitam əmrinin ləğvi, işə bərpa və kompensasiyanın ödənilməsi” tələbi ilə G.Əfkari dəfələrlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2(007)-1591/2025 nömrəli qərardadı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli e-2(011)-4266/2025 nömrəli qərardadı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli e-2(011)- 7483/2025 nömrəli qərarı ilə məhkəmə işləri iddiaçı G.Əfkarinin əleyhinə yekunlaşmışdır. Bu da G.Əfkarinin əmək mübahisəsinin və işə bərpa tələbinin əsassız olduğunu sübut edir. Lakin göründüyü kimi, X16 Xidməti bu faktları da qətiyyən araşdırmamışdır. 6. X16 Xidmətinə müraciətində G.Əfkari yalnız işdən azad olunmasını mübahisələndirmiş, heç bir şəkildə iş rejimi ilə bağlı narazılığını və şikayətini bildirməmiş və bunu heç bir zaman mübahisələndirməmişdır. G.Əfkari müraciətində iş rejimini mübahisələndirmədiyinə baxmayaraq X16 Xidməti G.Əfkarinin əsassız iddialarına və böhtan xarakterli şikayətlərinə əsaslanaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. 7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 3(011)- 3948/2025 nömrəli qərarında qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X21 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan onun barəsində xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, onun barəsində inzibati xəta haqqında qərar qəbul edərək, onun hüquqlarını pozmuşdur. O, inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalıdır. Bakı Apellyasiya Məhkəməsi də həmin mövqe ilə razılaşmış və qərarı qüvvədə saxlamışdır. 8. Lakin X16 Xidməti heç bir əlavə araşdırma aparmamış, əksinə video konfrans vasitəsi ilə qatıldığı görüşdə iş üzrə bütün məlumatları ətraflı şəkildə onlara izah etməyinə, G.Əfkarinin şikayətində iş rejimi ilə bağlı narazılığını və şikayətini bildirmədiyini və mübahisələndirmədiyini, eləcə də G.Əfkarinin iş vaxtından əlavə işlərin yerinə yetirilməsinə cəlb olunmadığını, iş günü ərzində nahar və çay fasilələri, həmçinin həftədə bir dəfə istirahət günü verildiyini bir daha vurğuladığına baxmayaraq yenidən heç bir araşdırma aparmadan, yeni sübutlar təqdim etmədən Gülnar Əfkarinin əsassız iddialarına və böhtan xarakterli şikayətlərinə əsaslanaraq barəsində növbəti dəfə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X19 21 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X9 xx.xx.2025-ci il tarixinədək iş vaxtından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb edildiyi, normal əmək və istirahət rejiminin pozulduğu müəyyən edilmişdir. X3 Azərbaycan Respublikası İXM-nin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 900 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X21 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X18 izahatında bildirmişdir ki, mağazada o, mühafizəçi vəzifəsində işləyərək qeyri-qida məhsullarına nəzarət etmişdir. Mağazada olan qaydalara əsasən işdən çıxanda onun çantası yoxlanılmalı və o, evə getməli idi. Lakin qəsdən hər dəfə onun çantasını gec yoxlanılmış və o, saatlarla işdən çıxmasını gözləməli olmuşdur. O, hər gün işə saat 10:00-da getmiş və 8 saatdan çox işləmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi müavini vəzifəsini müvəqqəti icra edən X20 tərəfindən 21 oktyabr 2025-ci il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 xx.xx.2025-ci il tarixinədək iş vaxtından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb edilməsi, normal əmək və istirahət rejiminin pozulması əsas gətirilərək X13 Azərbaycan Respublikası İXM-nin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 900 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X21 ilə X18 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X18 mühafizəçi vəsifəsinə qəbul eidlmiş və onu iş saatı gündə 8 saatdan çox olmayaraq saat 10:00-dan 18:00-dək müəyyən edilmişdir. Məhkəməyə təqdim olunmuş işçinin işə daxil olub-çıxması barədə siyahıdan görünür ki, X18 mağazada 8 saatdan çox işlərin görülməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 198.1.5-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X21 tərəfindən X9 xx.xx.2025ci il tarixinədək iş vaxtından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb edilməsi, normal əmək və istirahət rejiminin pozulması əsas gətirilərək onun Azərbaycan Respublikası İXMnin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 900 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X21 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, G.Əfkarinin iş vaxtından əlavə işlərin yerinə yetirilməsinə cəlb olunmadığını, iş günü ərzində nahar və çay fasilələri, həmçinin həftədə bir dəfə istirahət günü verildiyini, lakin buna baxmayaraq səlahiyyətli orqan tərəfindən barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın ləğv edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş işçinin işə daxil olub-çıxması barədə siyahıdan görünür ki, X18 mağazada 8 saatdan çox işlərin görülməsinə cəlb edilmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində izahatı X18 izahatında bildirmişdir ki, mağazada o, mühafizəçi vəzifəsində işləyərək qeyri-qida məhsullarına nəzarət etmişdir. Mağazada olan qaydalara əsasən işdən çıxanda onun çantası yoxlanılmalı və o, evə getməli idi. Lakin qəsdən hər dəfə onun çantasını gec yoxlanılmış və o, saatlarla işdən çıxmasını gözləməli olmuşdur. O, hər gün işə saat 10:00-da getmiş və 8 saatdan çox işləmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X21 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, X13 maddi vəziyyəti nəzərə alınmaqla ona Azərbaycan Respublikasının İXM-nin 198.1.5-ci maddəsi ilə tətbiq edilmiş inzibati tənbeh yüngülləşdirilməklə X16 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X22 tərəfindən qəbul edilmiş 21 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərar dəyişdirilməli və ona təyin edilmiş cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X13 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X22 tərəfindən qəbul edilmiş 21 oktyabr 2025ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilsin. X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə təyin edilmiş 900 (doqquz yüz) manat məbləğində cərimə cəzası 500 (beş yüz) manata endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov