Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-995/2021 09.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, Bakı şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından X1 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: X1 Bakı şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsini barədə şikayətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan X1 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlirəm ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından görünür ki, ehtimal olunan xəta Səbail rayonu Su İdman sarayının yaxınlığında törənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarına əsasəb qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayətçi şiayətinin onun yaşadığı yer üzrə baxılması barədə vəsatət verməmişdir. Beləliklə, törədilməsi ehtimal olunan inzibati xətanın Bakı şəhərinin Xətai rayonu ərazisində deyil, Səbail rayonu ərazisində törədildiyini, şikayətçinin şiayətinin onun yaşadığı yer üzrə baxılması barədə vəsatət vermədiyini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından X1 tərəfindən verilmiş şikayət üzrə iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-995/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-995/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver