Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9968/2025 24.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1982-ci il tarixdə Ermənistan Respublikası, Zəngibasar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, maşın ustası vəzifəsində işləyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 04 iyun 2025-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 27 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində X6 idarə etdiyi “Vaz 21043” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Tesla” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində Anar Vəliyev bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 27 fevral 2025-ci il tarixdə saat 19:30 radələrində özünə məxsus, texniki cəhətdən saz olan “Tesla Model 3” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobili saatda 40-50 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə idarə edib, Xətai rayonu Babək prospektinə keçmək üçün sonuncu prospekt ilə H.Əliyev prospektinin kəsişməsində inşa edilmiş körpünün üzərində sağdan 2-ci zolaqla hərəkətini davam etdirdiyi zaman hərəkətdə olduğu zolaqda “Vaz 21043” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb sağ zolağa keçmək istəmişdir. Lakin sağ zolaqda, onunla eyni istiqamətdə “Ford Tranzit” markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobil olduğuna görə sağ zolağa keçə bilməmişdir. Nəticədə idarə etdiyi avtomobilin sol tərəf fara hissəsi “Vaz 21043” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf arxa stop işığı hissəsinə çırpılmış və zərbənin təsirindən sonuncu avtomobil sol tərəfə sürüşdüyünə görə həmin avtomobilin sürücüsü X9 avtomobili ilə körpünün beton səddi arasında sıxılmışdır. Dərhal avtomobildən enib Anar Vəliyevə yaxınlaşmış və onun hər iki ayaqlarından xəsarətlər aldığını görüb Azərbaycan Respublikası DİN-nin 102 Xidməti-zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Məlumatından qısa müddət keçmiş hadisə yerinə polis əməkdaşları və TTYS-nın həkim briqadası gəlmişlər. X8 bədənini müayinə edib ilkin tibbi yardımlar göstərib X4 və Ortopediya İnstitutuna aparmışlar, polis əməkdaşları isə araşdırmaya başlamışlar. Beləliklə o, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi və zərəçəkmiş şəxs iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və zərəçəkmiş şəxsin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 01 mart 2025-ci il tarixli, 203 saylı ekspert rəyinin surətindən görünür ki, X1 diz oynağı-bud və sağ aşıq-baldır oynağı nahiyələrinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, hematoması, hərəkət məhdudluğu, hər iki aşağı ətrafların sıyrıq və qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/980 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Tesla Model 3” markal **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitd “VAZ-21043” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərinin «Yol həreoti haqqında» Azərbaycan Respublikası Qanununu tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Azərbaycan Respublikası Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 04 iyun 2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində çıxarılmış qərarın surətinin Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs X6 Bakı şəhəri 6 saylı notariat ofisində verdiyi **********289 nömrəli ərizəsindən görünür ki, onun Şəxs qarşı heç bir maddi və mənəvi iddiası, tələbi və şikayəti yoxdur, barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Tesla Model 3” markalı, ** ME *** markalı avtomobilin sürücüsü "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, idarə etdiyi “Tesla Model 3” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobillə “Vaz 21043” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və X2 diz oynağı-bud və sağ aşıqbaldır oynağı nahiyələrinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, hematoması, hərəkət məhdudluğu, hər iki aşağı ətrafların sıyrıq və qançırları kimi yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş sürücü Şəxs hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olmadığı müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanması 04 iyun 2025-ci il tarixli qərar əsasında rədd edilmişdir. Araşdırma zamanı Şəxs yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydasını pozaraq ehtiyyatsızlıqla zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirdiyinə görə onun hərəkətlərində İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğu müəyyən edilmiş və bu barədə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən 03 aydan artıq müddət keçməsini, şəxsin barəsində inzibati tənbeh tətbiq etmə müddətinin 04 sentyabr 2025-ci il tarixində başa çatmasını, inzibati xəta törətmiş şəxsin qaçıb gizlənməsi faktının müəyyən edilmədiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tətbiq etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-9968/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-9968/2025
24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver