Məhkəmə qərarları › İş №3(011)-9970/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-9970/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-9970/2025 04.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3707778Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3707778Şəxs idarə etdiyi “Hyundai” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilini geriyə doğru hərəkət etdirən zaman X1 idarə etdiyi “Hyundai Getz” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində X2 xəsarət almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3707778Şəxs vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə idarə etmiş olduğum Hundai avante markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilə qarşı tərəfin idarə etmiş olduğu Hundai GETZ markalıi ** UJ *** markalı avtomobilə zəif bir şəkildə toxundum. Həmin vaxt avtomobillərdə cuzi toxunma olmuşdur. Ümumi götürsək bu hala qəza deyə bilmərik. Daha sonradan X2 qəza nəticəsində zədələnməsi barədə Polis orqanlarına müraciət etmişdir. Ancaq hansı tarixdə müraciət etməsi məlum deyildir. Məhkəmə Tibbi Eksperti Orxan Əliyev tərəfindən ekspertiza aparılmışdır. Onuda qeyd edim ki, Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Tural Abdullayev xx.xx.2025-ci il tarixli qərarı əsasında ekspertiza təyin edilmişdir. Qəza xx.xx.2025-ci il tarixdə baş vermişdir. Həmin qərar xx.xx.2025-ci il tarixdə qəbul olunmuşdur. Şəxsin özü isə qərardan 3 gün sonra yəni xx.xx.2025-ci il tarixdə ekspertizadan keçmişdir. xx.xx.2025-ci il tarixdə şəxsə dəyən xəsarət izinin niyə məhz 19 gün sonra müəyyən edilməsi özü qeyri-qanunidir. əgər şəxsə dəyən bədən xəsarəti yüngül dərəcəlidirsə bu qədər dövr ərizində həmin xəsarətin qalması qeyri-müəyyəndir. Əgər qanuni olduğunu iddia edirlərsə şəxsin bədəninə xəsarət alıb alması ilə baxış keçirilən zamn çəkdiyi xəsarətin şəkillərini və vidio görüntüsün məhkəməyə təqdim etmələrini tələb edirəm. Hər bir halda məhkəmə tibbi eksperti tərəfindən qanunsuzluq olmuş aradan xeyli müddət keçməsinə baxmayaraq belə bir rəy verilmişdir. Sual yaranır ki, Ekspertiza rəyində qeyd edilən xəsarətlərin xx.xx.2025-ci il tarixdə məhz bu tarixdə olmasını aradan xeyli müddət keçməsinə baxmayaraq necə müəyyən etmək olardı. əgər xəsarət yüngül dərəcəlidirsə necə ola bilər ki, 15 gün müddətinə ilkin xəsarət dərəcəsi kimi qala bilsin. Ekspertin elə bir imkanı vardır ki, aradan 15 gün keçib xəsarətləri ilkin xəsarət dərəcəsi kimi versin. Əgər xəsarət dərəcəsi necə yüngüldürsə 15 gün keçməsinə baxmayaraq hərəkət məhdudluğu yaranmışdır. Hesab edirəm ki, vəsatətim təmin olunmalı təkrar ekspertiza keçirilməli və ekspert rəyinə izah verilməsi üçün məhkəmə tibbi eksperti Orxan əliyev məhkəme iclasına çağırılıb dindirilməlidir. Bundan əlavə qeyd edim ki, hadisə baş verən ərazi kamera müşahidəsi altındadır həqiqəti üzə çıxarmaq üçün tədqiqat aparan orqanın bu qədər texni imkanlarının olmasına baxmayaraq heç bir kameragörüntüsü aşkar edilməmişdir və məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 71.1-ci maddəsinə əsasən Elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Həmin Məcəllənin 327.8. Bu Məcəllənin 327.1 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə- üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialı araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 100.1- ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.2- ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3- cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4- cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5- 6-cı maddəsinə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon DYPŞ-tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Belə olduğu təqdirdə şəxsin sürücülük vəsiqəsi məhkəməyə göndərilən materiallara əlavə edilməmiş, bundan başqa şəxsin izahatı da alınmamışdır. Halbuki, İXM-nin 94.2-ci maddəsinə əsasən sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3707778Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xətai rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3707778Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar